Paltaryuyan maşında sıxmadan sonra paltarların yaş qalmasının SƏBƏBİ
Paltaryuyan maşından islanmış paltar çıxarmaq hər kəsi narahat edir. Lakin bu problem hər zaman ciddi nasazlıqdan xəbər vermir. Bir çox hallarda səbəbi özünüz müəyyən edib aradan qaldıra bilərsiniz.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, ilk növbədə təhlükəsizlik qaydalarına əməl edin. Maşını elektrik şəbəkəsindən ayırın və daxili hissələrə baxarkən əllərinizi qorumaq üçün əlcəkdən istifadə edin. Bəzən problem sadəcə elektrik gərginliyindəki dəyişiklik və ya proqramın müvəqqəti xətası ilə bağlı olur. Bu halda maşını elektrikdən ayırıb 15-20 dəqiqə gözləyin.
Bu, elektron sistemin yenidən işə düşməsinə və proqramın sıfırlanmasına kömək edə bilər. Paltarların tambura düzgün yerləşdirilməməsi də sıxmanın dayanmasına səbəb ola bilər. Böyük dəsmallar, yorğan və ya qalın gödəkçələr bir tərəfə yığıldıqda balans pozulur.
Müasir paltaryuyan maşınlar belə hallarda tamburun yüksək sürətlə fırlanmasını dayandırır. Buna görə tamburu həddindən artıq doldurmayın və təkcə ağır bir əşyanı yumağa çalışmayın. Ən çox rast gəlinən səbəblərdən biri drenaj filtrinin tutulmasıdır. Filtrdə zamanla sikkələr, düymələr, sancaq, sap və digər xırda əşyalar yığılır. Su çəndən tam boşalmadığı üçün maşın sıxma rejiminə keçmir.
Filtri mütəmadi təmizləmək problemi çox vaxt aradan qaldırır. Əgər nasos işləsə də su boşalmırsa, drenaj nasosunun dəyişdirilməsi lazım ola bilər. Su boşaldan şlanqı da yoxlamaq vacibdir. Şlanqın əyilməsi, sıxılması və ya tutulması suyun axmasına mane olur. Bundan başqa, şlanqın kanalizasiyaya qoşulduğu nöqtə təxminən döşəmədən 1 metr hündürlükdə olmalıdır. Daha yüksək quraşdırıldıqda nasos suyu tam boşalda bilməyə bilər.
Həddindən artıq yuyucu vasitə istifadə edildikdə çoxlu köpük yaranır. Köpük sensorların düzgün işləməsinə mane olur və maşın təhlükəsizlik məqsədilə sıxmanı dayandırır. Belə vəziyyətdə əlavə yaxalama proqramını yuyucu vasitə əlavə etmədən işə salmaq kifayətdir.
Bütün bunlar nəticə vermirsə, problem daxili hissələrdə ola bilər. Mühərrikdən tambura hərəkəti ötürən qayış zamanla boşala, yerindən çıxa və ya qopa bilər. Mühərrikin kömür fırçaları köhnəldikdə isə yüksək dövriyyə yaratmaq mümkün olmur. Su səviyyəsini ölçən sensorun çirklənməsi də maşının çəndə hələ su olduğunu düşünməsinə və sıxmanı işə salmamasına səbəb ola bilər.
Əgər mexaniki hissələr normal işləyirsə, nasazlıq elektron idarəetmə platası ilə bağlı ola bilər. Bu cür problemlərin aradan qaldırılması xüsusi avadanlıq tələb etdiyindən, artıq servis mütəxəssisinə müraciət etmək tövsiyə olunur.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb