55 saat dayanmadan üzüb tarix yazdı - Video
Polşalı üzgüçü Bartlomey Kubkovski inanılmaz uğura imza ataraq Baltik dənizini tam şəkildə üzərək keçən ilk insan kimi tarixə düşüb.
"Qafqazinfo" xəbər verir ki, Kubkovski təxminən 160 kilometrlik məsafəni qət edərək İsveçin Koseberqa şəhərindən Polşanın Djnuv sahilinə çatıb. O, bu çətin səyahəti sudan çıxmadan və fasilə vermədən təxminən 55 saata tamamlayıb.
Üzgüçünü yol boyu qidalanma, tibbi nəzarət və istiqamət müəyyənləşdirmə üçün xüsusi müşayiət qayıqları dəstəkləyib. Lakin keçidin qaydalarına əsasən, Kubkovski qayıqlara toxuna, onların üzərinə çıxa və yata bilməzdi. Rekordun qeydə alınması üçün o, sahilə öz gücü ilə çıxmalı olub.
55 saatlıq mübarizədən sonra necə hiss etdiyi soruşulan idmançı həddindən artıq yorğun olduğunu və yaşadıqlarını hələ tam dərk etmədiyini bildirib.
Bu, Bartlomey Kubkovskinin Baltik dənizini keçmək üçün beşinci cəhdi olub. O, 2025-ci ildəki sınağında Polşa sahillərinə cəmi 11 kilometr qalmış huşunu itirib və təhlükəsizlik məqsədilə sudan çıxarılıb.
Budəfəki rekord üzgüçülük həm də xeyriyyə məqsədi daşıyıb. Kubkovskinin təşəbbüsü xərçəng müalicəsi alan uşaqlara yardım edən "Cancer Fighters" təşkilatı üçün təxminən 600 min Polşa zlotısı (140 min avro) vəsait toplanmasına kömək edib.
Kubkovskinin uğurundan sonra keçidi tamamlayan ilk qadın olmaq istəyən keçmiş polşalı olimpiyaçı Karolina Şçepanyak da eyni marşrut üzrə üzməyə başlayıb. Lakin onun cəhdi uğursuz nəticələnib. Şçepanyak dənizdə təxminən 58 saat qaldıqdan sonra finişə 40-45 kilometr qalmış sudan çıxarılıb.
Onun komandası bildirib ki, idmançının vəziyyəti stabildir, lakin uzunmüddətli üzgüçülükdən sonra yorğunluq, ağrılar və bədəndə şişkinlik yaranıb.
Şçepanyakın bu cəhdi də xeyriyyə məqsədi daşıyıb və ağır onurğa zədəsi alan 14 yaşlı uşağın müalicəsi və reabilitasiyası üçün ianə toplama kampaniyasına dəstək verib.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 735 Tarix: 04 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İmtahana gecikən namizəd yalınayaq qaçdı, amma içəri buraxılmadı - VİDEO
Türkiyədə Dövlət Qulluğu üzrə Personal Seçim İmtahanının (2026-KPSS) bakalavr səviyyəsi üzrə Ümumi Bacarıqlar-Ümumi Mədəniyyət sessiyası keçirilib. xarici mediaya istinadla xəbər verir ki, imtahan günlərində tez-tez rast gəlinən görüntülər bu dəfə də yaşanıb. İmtahana gecikən namizədlərdən biri başmaqların
7 sentyabrToyun səhəri qızılları götürüb qaçan gəlin tək cümləlik açıqlama verdi
Türkiyənin Muğla vilayətinin Milas rayonunda 3 gün 3 gecə davam edən toy mərasimindən sonra milyonlarla lirə dəyərində qızıl-zinət əşyaları ilə birlikdə yoxa çıxdığı iddia edilən Özbəkistan vətəndaşı Mamura Burkhonova saxlanılıb. 28 yaşlı gəlin polisə verdiyi ifadədə ona qarşı irəli sürülən ittihamlar
7 sentyabrOrta əslərdə insanlar gecə iki dəfə yatırdılar - Birinci və ikinci yuxu nədir?
Orta əsrlərdə insanların bütün gecəni fasiləsiz yatmadığı, yuxunun iki ayrı mərhələyə bölündüyü bildirilir. Tədqiqatçılar hesab edir ki, insanlar gecənin ortasında oyandıqdan sonra həmin vaxtı dua etməyə, söhbətləşməyə, ev işlərinə və həyat yoldaşları ilə vaxt keçirməyə sərf edirdilər. xəbər verir ki
6 sentyabrÇiçəklərin dibinə yarım stəkan tökün: Küsən çiçəyi canlandırır
Ev ən gözəl nöqtəsində yerləşdirilməsinə baxmayaraq, ara-sıra çiçəklər küsür, yarpaq saraldıb çiçək açmağı dayandırır. Əksər hallarda əhəngli kran sularının zərərli təsirlərindən qaynaqlanan bu solma prosesini tərsinə çevirmək isə zənn edildiyi qədər çətin deyil. Bitki mütəxəssislərinin tövsiyə etdiy
5 sentyabrQışda Avropada hara getmək olar? - Ən yaxşı 13 istiqamət
Qışa hələ bir neçə ay qalsa da, təcrübəli səyahətçilər xüsusilə bayram dövrü üçün səfər hazırlığına indidən başlayırlar. xəbər verir ki, "Lonely Planet" ekspertləri qarşıdakı qış mövsümündə Avropada ziyarət üçün ən yaxşı istiqamətlərin siyahısını açıqlayıblar. Ekspertlərin sözlərinə görə, qı
3 sentyabrBu ərzağı istifadə edənlər diqqətli olsun
Yumurta yüksək protein tərkibi və zəngin qida dəyərinə görə ən sağlam qidalar sırasında göstərilir. Səhər yeməklərinin vazkeçilməz məhsullarından biri olan yumurta yanlış istifadə və saxlanma vərdişləri səbəbindən sağlamlıq üçün risk yarada bilər. Bəs yumurtanı necə istifadə etmək lazımdır?. xarici mediay
4 sentyabrHəzm problemi ilə həkimə getdi - Qarnından 17 kq-lıq şiş çıxdı
Rusiyanın Yekaterinburq şəhərində həkimlər uğurlu əməliyyatla qadının qarın boşluğundan 17 kiloqramlıq nəhəng şiş çıxarıblar. "Qafqazinfo" xəbər verir ki, bu barədə Sverdlovsk vilayətinin Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, qadın uzun müddət çəkisinin artmasına əhəmiyyət verməyi
5 sentyabrİş günündən əvvəl hansı hərəkətlər faydalıdır? - Həkimdən məsləhət
Nevropatoloq Masud Hüseyn daha məhsuldar gün üçün işə getməzdən əvvəl bir fəaliyyətlə məşğul olmağı məsləhət görüb. -ın xəbərinə görə, "El Confidencial" nəşri onun tövsiyələrini dərc edib. Masud Hüseynin sözlərinə görə, işdən əvvəl istənilən çətin tapşırıqla məşğul olmaq lazımdır. O, nümun
4 sentyabrQayınananın ərini qucaqlayan gəlinə hərəkəti müzakirə yaratdı - VİDEO
Ad günü qeyd edən cütlüyün romantik anlarına qayınananın müdaxiləsi sosial şəbəkələrdə gündəmə gəlib. xəbər verir ki, yayılan görüntülərdə kişinin həyat yoldaşı ilə birlikdə ad günü tortunun qarşısında səmimi anlar yaşadığı görünür. Cütlük kamera qarşısında birlikdə poza verməyə hazırlaşarkən gözlənilmə
5 sentyabr