Hörmüz boğazının bağlanması dünyanı iqtisadi böhranla üz-üzə qoya bilər? - İQTİSADÇIDAN AÇIQLAMA
Dünyanın ən strateji enerji marşrutlarından biri hesab olunan Hörmüz boğazının yenidən bağlanması ilə bağlı narahatlıqlar yenidən gündəmə gəlib. Böyük Britaniyanın "The Guardian" nəşri yazır ki, boğazın uzun müddət fəaliyyətini dayandırması ölkə iqtisadiyyatını tənəzzül riski ilə üz-üzə qoya bilər.
Ekspertlər isə xəbərdarlıq edirlər ki, belə bir ssenari təkcə Böyük Britaniya ilə məhdudlaşmayacaq, neft və mayeləşdirilmiş təbii qaz tədarükündə yaranacaq ciddi fasilələr enerji qiymətlərinin kəskin bahalaşmasına, inflyasiyanın sürətlənməsinə və dünya iqtisadiyyatında yeni böhran dalğasına səbəb ola bilər. Bəs Hörmüz boğazının uzun müddət bağlı qalması həqiqətən də qlobal iqtisadi böhran yarada bilərmi?
Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədti Akif Nəsirli Sonxeber.az-a açıqlamasında bildirdi ki, hörmüz boğazı dünya enerji bazarının ən strateji keçid məntəqələrindən biridir. Onun sözlərinə görə, qlobal neft ticarətinin və mayeləşdirilmiş təbii qaz ixracının əhəmiyyətli hissəsi məhz bu marşrutdan həyata keçirilir: "Əgər boğaz uzun müddət bağlı qalarsa, dünya bazarına enerji tədarükündə ciddi problemlər yarana, neft və qazın qiyməti kəskin bahalaşa bilər. Belə bir vəziyyət qlobal inflyasiyanı sürətləndirər, istehsal və nəqliyyat xərclərini artırar, beynəlxalq ticarətə mənfi təsir göstərər. Enerji idxalından asılı olan ölkələr daha çox zərər görər, sənaye istehsalı zəifləyə və iqtisadi artım tempində azalma müşahidə oluna bilər. Böyük Britaniya da daxil olmaqla Avropa ölkələri və Asiyanın iri iqtisadiyyatları bu təsirləri daha çox hiss edə bilər.
Bununla belə, qlobal böhranın dərinliyi boğazın nə qədər müddət bağlı qalacağından, alternativ marşrutların və strateji neft ehtiyatlarının hansı həcmdə istifadə olunacağından, eləcə də əsas neft istehsalçılarının bazara əlavə tədarük imkanlarından asılı olacaq. Qısamüddətli fasilələr bazarda qiymət artımı və qeyri-müəyyənlik yaratsa da, uzunmüddətli bağlanma dünya iqtisadiyyatında resessiya (iqtisadi aktivliyin azalması) riskini əhəmiyyətli dərəcədə artıra və qlobal maliyyə bazarlarında ciddi sarsıntılara səbəb ola bilər".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycan meyvə-tərəvəz ixracından gəlirini 14 %-ə yaxın artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycan 637 milyon 106 min ABŞ dolları dəyərində 540 min 918,5 ton meyvə-tərəvəz ixrac edib. Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 76,3 milyon ABŞ dolları (13,6 , həcm baxımından isə 1 433 ton (0,
22 sentyabrƏmtəə bazarlarında qızıl və gümüşün bahalaşması davam edir
Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri artıb. "APA-Economics" birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun "COMEX" əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 0,75% artaraq 4 218,
1 oktyabrADY: Astara Terminalında yük aşırılması 30 % artıb
Bu ilin yanvar-avqust aylarında Astara Terminalında (İran ərazisində) 537 min tondan çox yük aşırılıb. Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) istinadən xəbər verir. Bildirilib ki, bu, ötən ilin eyni dövrünün göstəricisindən təqribən 30 % çoxdur. Təkcə bu ilin avqust ayı üzrə müvafi
22 sentyabrNaxçıvanda sahibkarlara verilən lisenziyaların sayı 17 %-ə yaxın artıb
Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi "ASAN xidmət" mərkəzi vasitəsilə sahibkarlara əczaçılıq, baytarlıq, tikinti və digər fəaliyyət növləri üzrə ümumilikdə 35 lisenziya verib. "Report"un yerli bürosunun məlumatına görə, bu, ötən ili
17 sentyabrMegaSec ADEX 2026 sərgisində ilk dəfə iştirak edəcək-VİDEO
MegaSec MMC ilk dəfə ADEX 2026 beynəlxalq müdafiə sərgisində iştirak edəcək. xəbər verir ki, şirkətdən verilən məlumata görə, sərgi 30 sentyabr - 2 oktyabr 2026-cı il tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək. MegaSec sərginin 4-cü pavilyonunda yerləşən stendində müasir texnologiyalarını nümayi
30 sentyabrBakıda avtobuslarla sərnişindaşıma 6 %-ə yaxın artıb
Bu ilin yanvar-avqust aylarında Bakıda şəhərdaxili, şəhərətrafı və qəsəbələrarası avtobuslarla 335,6 milyon sərnişin səfəri həyata keçirilib. Bu barədə -a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. Bildirilib ki, bu, ötən ilin eyn
28 sentyabrAzərbaycanın 8 ayda metanol istehsalının həcmi açıqlanıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 223,2 min ton həcmində metanol (metil spirit) istehsal olunub. -ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, 2025-ci ilin ilk 8 ayı ilə müqayisədə 29,8 % azdır. Bu ilin sentyabrın 1-nə 37 min ton hazır məhsul qalığı yaranıb. Qeyd edə
17 sentyabr