Yay tətilindən sonra məktəbə adaptasiya: Valideynlər və müəllimlər nələrə diqqət etməlidir? - ARAŞDIRMA

Yay tətilindən sonra məktəbə adaptasiya: Valideynlər və müəllimlər nələrə diqqət etməlidir? - ARAŞDIRMAUşaqların yay tətilindən sonra məktəbə adaptasiyası çətin olur. Bəzi mütəxəssislərin məktəbin başlamasına bir neçə həftə qalmış uşağın gündəlik həyat tərzinin tədricən dərs rejiminə uyğunlaşdırılması adaptasiya prosesini xeyli asanlaşdırdığını bildirir.

Mövzu ilə bağlı Sonxeber.aza danışan sosioloq Nəzrin Əhmədzadə bildirib ki, yay tətilindən sonra məktəbə qayıdış uşaqlar üçün həm sevindirici, həm də müəyyən çətinliklərlə müşayiət olunan mərhələdir:

"Uzun müddət sərbəst rejimdə olan şagirdin yenidən dərs cədvəlinə, erkən oyanmağa, ev tapşırıqlarına və məktəb qaydalarına uyğunlaşması vaxt tələb edə bilər. Adaptasiyanı asanlaşdırmaq üçün tətilin son günlərində yuxu və oyanma saatları tədricən məktəb rejiminə uyğunlaşdırılmalıdır.Dərs ləvazimatları əvvəlcədən hazırlanmalı, məktəbə qayıdışla bağlı müsbət ab-hava yaradılmalıdır.İlk günlərdə uşağa həddindən artıq dərs yükü verilməməlidir.Uşağın məktəblə bağlı narahatlıqları dinlənilməli və ona dəstək göstərilməlidir.Gün ərzində fiziki fəaliyyət, açıq havada vaxt keçirmək və düzgün qidalanma təmin edilməlidir.Valideynlər uşağı digər şagirdlərlə müqayisə etmək əvəzinə, onun özünə uyğun tempdə irəliləməsinə şərait yaratmalıdır.Adətən uyğunlaşma mərhələsi tədricən keçir. Lakin uşaq uzun müddət məktəbə getməkdən ciddi şəkildə çəkinirsə, davamlı narahatlıq və ya gündəlik fəaliyyətinə mane olan problemlər müşahidə olunursa, məktəb psixoloqu və ya digər uyğun mütəxəssislə danışmaq faydalıdır".

Psixoloq Leyla Alışova söyləyib ki, yay tətilindən sonra məktəbə qayıdış uşağın psixoloji vəziyyətinə də təsir edə bilər:

"Uzun müddət sərbəst rejimdə olan şagird yenidən dərs, qiymətləndirmə, müəllim və sinif yoldaşları ilə bağlı məsuliyyətlərə uyğunlaşmalıdır. Bu zaman da uşaqlarda müəyyən psixoloji çətinliklər ortaya çıxır.

Əsasən ortaya çıxan psixoloji çətinliklər aşağıdakılardır:

-Məktəbə qayıtmaqla bağlı həyəcan və narahatlıq;
-Dərs yükünün artacağından qorxu;
-Qiymətlər və imtahanlarla bağlı stress;
-Sinif yoldaşları ilə münasibətlərə dair narahatlıq;
-Əvvəlki məktəb uğursuzluqlarının yenidən yaşanacağından qorxu;
-Yuxu və diqqət rejiminin dəyişməsi;
-Motivasiyanın ilk günlərdə aşağı olması.

Bu mərhələdə valideynlərin dəstəyi mühümdür. Uşağı danlamaq və yüksək nəticə tələb etmək əvəzinə, onun narahatlıqlarını dinləmək, məktəb haqqında müsbət danışmaq və gündəlik rejimi tədricən bərpa etmək daha faydalıdır.
Əsas məqsəd uşağın məktəbə yalnız akademik deyil, emosional və sosial baxımdan da rahat şəkildə uyğunlaşmasına kömək etməkdir".

Təhsil üzrə ekspert Ramin Nurəliyev vurğulayıb ki, yay tətilindən sonra məktəbə adaptasiyada müəllimlərin rolu böyükdür:

"Tətildən sonra şagirdlərin məktəb rejiminə qayıtması müəyyən vaxt və psixoloji uyğunlaşma tələb edir. Bu mərhələdə müəllimlərin münasibəti və düzgün yanaşması şagirdlərin məktəb mühitinə daha rahat alışmasına kömək edir. Müəllimlərin əsas rolu şagirdləri ilk günlərdə mehriban və pozitiv qarşılamalıdırlar, tətil sonrası dərs yükünü tədricən artırmalıdırlar. Əsas da şagirdlərdən dərhal yüksək nəticə gözləmək əvəzinə, onların əvvəlki rejimə uyğunlaşmasına şərait yaratmalı, sinifdə rahat və təhlükəsiz psixoloji mühit formalaşdırmalı, məktəblilərin yorğunluq, diqqət dağınıqlığı və motivasiya azalmasını nəzərə almalı, maraqlı və interaktiv fəaliyyətlərdən istifadə etməklə dərsə həvəsi artırmalıdırlar. Ən önəmlisi isə şagirdlərlə ünsiyyət quraraq onların məktəbə qayıdışla bağlı çətinliklərini dinləməli, valideynlərlə əməkdaşlıq edərək uşağın məktəb rejiminə uyğunlaşmasını dəstəkləməlidirlər. Bir sözlə müəllim yalnız bilik verən şəxs deyil, həm də şagirdin məktəbə psixoloji uyğunlaşmasında mühüm dəstəkçidir. Səbirli, anlayışlı və motivasiyaedici yanaşma yeni dərs ilinin daha uğurlu başlanmasına şərait yaradır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 319   Tarix: 05 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bu şəxslərə əlavə MAAŞ ÖDƏNİLMƏLİDİR - AÇIQLAMA

Əmək müqaviləsi ilə çalışan işçilərin artıq iş saatlarında, istirahət və bayram günlərində, gecə vaxtı, eləcə də ağır və zərərli əmək şəraitində işləməsi zamanı əlavə ödəniş məsələsi əmək qanunvericiliyi ilə tənzimlənir. Bu ödənişlərin düzgün hesablanması və vaxtında verilməsi işçinin əmək hüquqlarını

2 oktyabr
.

"Poz-Qazan" oyunlarında sentyabrda 22 böyük uduş qazanılıb

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya"nın "Poz-Qazan" oyunları sentyabrda ümumilikdə 3,144,137 ədəd uduşlu bilet sahiblərini sevindirib. Bu biletlər üzrə ödənilən ümumi uduş məbləği 15,823,889 manat təşkil edib. Onlar arasında 22 böyü

2 oktyabr
.

Bakının bu yolu birdəfəlik bağlanır - Tarix açıqlandı

"İçərişəhər" qoruq ərazisində sakinlərin rahatlığının təmin edilməsi, gündəlik hərəkət zamanı izafi yürüş məsafəsinin minimuma endirilməsi, habelə Qoşa Qala meydanında mobilliyin artırılması və təhlükəsizliyin qorunması məqsədilə geniş piyadalaşmış ərazinin yaradılması üçün nəqliyyatın hərəkətini

3 oktyabr
.

Məktəbdə nöqsanlar aşkarlandı, direktor işdən çıxarıldı

Şəmkir rayonu Hacı Zeynalabdin Tağıyev adına Kür qəsəbə tam orta ümumtəhsil məktəbində aparılmış monitorinq zamanı müəssisənin fəaliyyətində ciddi hüquqi və inzibati nöqsanlar müəyyən edilib. xəbər verir ki, bu barədə APA-ya Qazax-Tovuz Regional Tədris idarəsindən məlumat verilib. Bildirilib ki, qey

2 oktyabr
.

Yağıntılı havanın nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata əsasən, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Bakıda havanı

3 oktyabr
.

Leyla Quliyeva bu verilişlə qayıdır

Aparıcı Leyla Quliyeva yenidən efirə qayıtmağa hazırlaşır. Axşam.az xəbər verir ki, aparıcı bu barədə "Xəzər axşamı" proqramında danışıb. O bildirib ki, "Söhbət musiqidən gedir" verilişi yenidən yayıma başlayacaq:. "Bütün komanda proqramı bərpa etmək üçün işə başlayıb"

1 oktyabr
.

Azərbaycan Hava Yolları daha bir yeni nəsil "Airbus A321neo" təyyarəsi ilə donanmasını genişləndirib

AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları donanmasına növbəti yeni nəsil "Airbus A321neo" təyyarəsini qəbul edib. Bununla, aviaşirkətin donanmasındakı yeni nəsil təyyarələrin ümumi sayı 10-a (8 ədəd "Airbus A320neo" və 2 ədəd "Airbus A321neo") çatıb. Yen

1 oktyabr
.

Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarıldı - Aralarında baş həkimlər də var

Sumqayıt Tibb Mərkəzinin tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində 13 əməkdaş bir gündə işdən azad edilib. İşdən çıxarılanlar arasında üç poliklinikanın baş həkimləri də var. "Teleqraf"a istinadən xəbər verir ki, buna səbəb vətəndaşlara sağlamlıq haqqında tibbi arayışların qısa müddə

1 oktyabr
.

YAP sədrinin səlahiyyət müddəti ilə bağlı məhdudiyyət aradan qaldırılıb

Yeni Azərbaycan Partiyasının sədrinin seçki proseduru dəyişib. APA-ya istinadla xəbər verir ki, bunu YAP Təftiş Komissiyasının üzvü, deputat Nizami Səfərov partiyanın VII Qurultayında Nizamnaməyə təklif olunan dəyişikliklərin müzakirəsi zamanı deyib. Nizami Səfərov bildirib ki, hazırda qüvvədə olan Nizamnaməy

2 oktyabr