Metroda təmir, avtobusda ödəniş: Yeni qərar sərnişinlərin narazılığına səbəb olub - İQTİSADÇIDAN AÇIQLAMA

Metroda təmir, avtobusda ödəniş: Yeni qərar sərnişinlərin narazılığına səbəb olub - İQTİSADÇIDAN AÇIQLAMAAvqustun 15-dən Bakı metrosunda Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsinin əsas tikinti mərhələsinə başlanılır. Bu səbəbdən sərnişinlərin rahat hərəkətini təmin etmək məqsədilə bir sıra ekspress avtobus marşrutları istifadəyə veriləcək. Lakin bu avtobuslardan istifadənin ödənişli olacağı açıqlanıb və qərar ictimaiyyətdə geniş müzakirələrə səbəb olub. Bir çox vətəndaş hesab edir ki, metroda aparılan təmir işləri səbəbindən yaranan məhdudiyyətlər sərnişinlərin seçimindən irəli gəlmədiyi üçün alternativ marşrutların ödənişsiz olması daha məqsədəuyğun olardı.

Digər tərəfdən isə bu xidmətin ümumi ictimai nəqliyyat sisteminin bir hissəsi olduğu bildirilir. Bəs görəsən, təmir müddətində təşkil olunan alternativ marşrutların ödənişli olması nə dərəcədə əsaslı qərardır?
Metroda təmir, avtobusda ödəniş: Yeni qərar sərnişinlərin narazılığına səbəb olub - İQTİSADÇIDAN AÇIQLAMAMövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Sonxeber.az-a açıqlamasında bildirdi ki, metroda təmir işləri ilə əlaqədar təşkil olunan alternativ marşrutların ödənişli olması məsələsi həm iqtisadi, həm də sosial baxımdan qiymətləndirilməlidir. Onun sözlərinə görə, bir tərəfdən, bu marşrutlarda xidmət göstərən avtobusların istismarı, yanacaq, texniki xidmət, sürücü əməyinin ödənilməsi və digər əməliyyat xərcləri mövcuddur: "Bu baxımdan müəyyən ödənişin tətbiqi iqtisadi cəhətdən başadüşüləndir.
Digər tərəfdən, nəzərə almaq lazımdır ki, sərnişinlər bu marşrutlardan öz seçimlərinə görə deyil, metroda aparılan təmir işləri səbəbindən istifadə etməyə məcbur olurlar. Yəni burada söhbət əlavə nəqliyyat xidmətindən deyil, müvəqqəti olaraq metro xidmətini əvəz edən alternativ nəqliyyat vasitəsindən gedir. Bu səbəbdən vətəndaşların əlavə maliyyə yükü ilə üzləşməsi sosial baxımdan müzakirə doğuran məsələdir.

Ən optimal yanaşma ondan ibarət ola bilər ki, alternativ avtobus marşrutları mövcud ictimai nəqliyyat tarifləri çərçivəsində fəaliyyət göstərsin və ya metro kartı ilə inteqrasiya olunsun. Məsələn, sərnişin metroya daxil olmaq üçün ödəniş edibsə və təmir səbəbindən avtobusdan istifadə etməyə məcburdursa, həmin marşrut üzrə əlavə ödəniş tələb olunmaması daha ədalətli görünər. Bu yanaşma bir çox ölkələrdə də tətbiq olunur və sərnişin məmnuniyyətinin qorunmasına xidmət edir.

Əgər avtobus marşrutları ayrıca ödəniş əsasında fəaliyyət göstərəcəksə, tarifin sosial baxımdan əlçatan olması, marşrutların sayı və hərəkət intervalının sərnişin axınına uyğun təşkil edilməsi xüsusi əhəmiyyət daşıyır. Əks halda, vətəndaşlar həm əlavə xərc çəkəcək, həm də vaxt itkisi ilə üzləşəcəklər ki, bu da təmir işlərinə münasibəti mənfi istiqamətdə təsirləndirə bilər.

Ümumilikdə, metroda təmir işləri şəhər nəqliyyat infrastrukturunun yenilənməsi üçün vacibdir və bu cür layihələr müəyyən müvəqqəti narahatlıqlar yaradır. Lakin həmin narahatlıqların sosial təsirini minimuma endirmək üçün alternativ nəqliyyatın mümkün qədər əlçatan, rahat və sərnişinlər üçün əlavə maliyyə yükü yaratmayan model əsasında təşkil edilməsi daha məqsədəuyğun olardı. Bu, həm ictimai etimadın qorunmasına, həm də təmir müddətində nəqliyyat sisteminin səmərəli fəaliyyətinə müsbət təsir göstərə bilər".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1179   Tarix: 05 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bu şəxslərə əlavə MAAŞ ÖDƏNİLMƏLİDİR - AÇIQLAMA

Əmək müqaviləsi ilə çalışan işçilərin artıq iş saatlarında, istirahət və bayram günlərində, gecə vaxtı, eləcə də ağır və zərərli əmək şəraitində işləməsi zamanı əlavə ödəniş məsələsi əmək qanunvericiliyi ilə tənzimlənir. Bu ödənişlərin düzgün hesablanması və vaxtında verilməsi işçinin əmək hüquqlarını

2 oktyabr
.

"Poz-Qazan" oyunlarında sentyabrda 22 böyük uduş qazanılıb

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya"nın "Poz-Qazan" oyunları sentyabrda ümumilikdə 3,144,137 ədəd uduşlu bilet sahiblərini sevindirib. Bu biletlər üzrə ödənilən ümumi uduş məbləği 15,823,889 manat təşkil edib. Onlar arasında 22 böyü

2 oktyabr
.

Bakının bu yolu birdəfəlik bağlanır - Tarix açıqlandı

"İçərişəhər" qoruq ərazisində sakinlərin rahatlığının təmin edilməsi, gündəlik hərəkət zamanı izafi yürüş məsafəsinin minimuma endirilməsi, habelə Qoşa Qala meydanında mobilliyin artırılması və təhlükəsizliyin qorunması məqsədilə geniş piyadalaşmış ərazinin yaradılması üçün nəqliyyatın hərəkətini

3 oktyabr
.

Məktəbdə nöqsanlar aşkarlandı, direktor işdən çıxarıldı

Şəmkir rayonu Hacı Zeynalabdin Tağıyev adına Kür qəsəbə tam orta ümumtəhsil məktəbində aparılmış monitorinq zamanı müəssisənin fəaliyyətində ciddi hüquqi və inzibati nöqsanlar müəyyən edilib. xəbər verir ki, bu barədə APA-ya Qazax-Tovuz Regional Tədris idarəsindən məlumat verilib. Bildirilib ki, qey

2 oktyabr
.

Yağıntılı havanın nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata əsasən, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Bakıda havanı

3 oktyabr
.

Leyla Quliyeva bu verilişlə qayıdır

Aparıcı Leyla Quliyeva yenidən efirə qayıtmağa hazırlaşır. Axşam.az xəbər verir ki, aparıcı bu barədə "Xəzər axşamı" proqramında danışıb. O bildirib ki, "Söhbət musiqidən gedir" verilişi yenidən yayıma başlayacaq:. "Bütün komanda proqramı bərpa etmək üçün işə başlayıb"

1 oktyabr
.

Azərbaycan Hava Yolları daha bir yeni nəsil "Airbus A321neo" təyyarəsi ilə donanmasını genişləndirib

AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları donanmasına növbəti yeni nəsil "Airbus A321neo" təyyarəsini qəbul edib. Bununla, aviaşirkətin donanmasındakı yeni nəsil təyyarələrin ümumi sayı 10-a (8 ədəd "Airbus A320neo" və 2 ədəd "Airbus A321neo") çatıb. Yen

1 oktyabr
.

Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarıldı - Aralarında baş həkimlər də var

Sumqayıt Tibb Mərkəzinin tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində 13 əməkdaş bir gündə işdən azad edilib. İşdən çıxarılanlar arasında üç poliklinikanın baş həkimləri də var. "Teleqraf"a istinadən xəbər verir ki, buna səbəb vətəndaşlara sağlamlıq haqqında tibbi arayışların qısa müddə

1 oktyabr
.

YAP sədrinin səlahiyyət müddəti ilə bağlı məhdudiyyət aradan qaldırılıb

Yeni Azərbaycan Partiyasının sədrinin seçki proseduru dəyişib. APA-ya istinadla xəbər verir ki, bunu YAP Təftiş Komissiyasının üzvü, deputat Nizami Səfərov partiyanın VII Qurultayında Nizamnaməyə təklif olunan dəyişikliklərin müzakirəsi zamanı deyib. Nizami Səfərov bildirib ki, hazırda qüvvədə olan Nizamnaməy

2 oktyabr