Bu vəziyyət valideynlərin arxayınlaşması üçün əsas yaratmır - Sosioloqdan ÇAĞIRIŞ
Azərbaycanda yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı tələblərin pozulmasına görə cərimələrin müəyyənləşdirilməsi rəqəmsal təhlükəsizlik mövzusunu yenidən gündəmə gətirib. Xüsusilə uşaqların və yeniyetmələrin internet mühitində qorunması məqsədi daşıyan bu dəyişikliklərin nə dərəcədə effektiv olacağı geniş müzakirə olunur. Bəs, yaş məhdudiyyəti ilə bağlı tələblərin sərtləşdirilməsi azyaşlıların rəqəmsal davranışına necə təsir göstərə bilər və bu cür hüquqi mexanizmlər valideyn nəzarətini nə dərəcədə əvəz edə bilərmi?
Məsələ ilə bağlı Sonxeber.az-a açıqlama verən sosioloq Hüseyn İbrahimov bildirib ki, sosial şəbəkələrdə yaş məhdudiyyəti tələblərinin sərtləşdirilməsi məsələsi təkcə uşaq və yeniyetmələrə deyil, həm də onların valideynlərinə müəyyən məsuliyyət yükləyir.
"Bu, ilk növbədə valideyn nəzarəti ilə birlikdə həyata keçirilməli olan bir məsələdir. Çünki azyaşlı uşaqlar sosial şəbəkələrdə elə davranışlar sərgiləyə bilərlər ki, yaşlarına görə onlara hüquqi sanksiyaların tətbiqi mümkün olmasa da, belə hallarda valideynlər birbaşa məsuliyyət daşımalıdırlar. Bu məsuliyyət yalnız hüquqi normaların icrası ilə məhdudlaşmır. Eyni zamanda, cəmiyyətin sağlam inkişafı, gələcək nəslin düzgün formalaşması, ailə institutunun səmərəli fəaliyyət göstərməsi və gələcəkdə ailə quracaq şəxslərin şəxsiyyət kimi yetişməsi baxımından da mühüm əhəmiyyət daşıyır".
Sosioloq bildirib ki, ailə institutu hüquqi, sosial, mənəvi və ənənəvi normalara əsaslanan bir sistemdir:
"Ailə həm hüquqi, həm ictimai, həm də milli-mənəvi dəyərlərin bir araya gəldiyi əsas institutlardan biridir. Sosial şəbəkələrdə uşaq və yeniyetmələrin ənənəvi, mənəvi və hüquqi normalardan kənara çıxan davranışları baş verdikdə, bunun mənəvi məsuliyyəti valideynlərin üzərinə düşür. Eyni zamanda, həmin şəxslər azyaşlı olduqları üçün onların hüquqi məsuliyyətini də valideynlər daşıyırlar. Bu baxımdan tətbiq olunan yaş məhdudiyyətləri valideyn nəzarətini əvəz etmir və valideynlərin arxayınlaşması üçün əsas yaratmır. Əksinə, valideynlər tətbiq olunan məhdudiyyətlər və aidiyyəti qurumlarla paralel şəkildə fəaliyyət göstərməli, bu mexanizmlərin ailə daxilində və uşaqların sosial şəbəkələrdən istifadəsində necə tətbiq olunduğuna ciddi nəzarət etməlidirlər".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 500 Tarix: 05 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu şəxslərə əlavə MAAŞ ÖDƏNİLMƏLİDİR - AÇIQLAMA
Əmək müqaviləsi ilə çalışan işçilərin artıq iş saatlarında, istirahət və bayram günlərində, gecə vaxtı, eləcə də ağır və zərərli əmək şəraitində işləməsi zamanı əlavə ödəniş məsələsi əmək qanunvericiliyi ilə tənzimlənir. Bu ödənişlərin düzgün hesablanması və vaxtında verilməsi işçinin əmək hüquqlarını
2 oktyabr"Poz-Qazan" oyunlarında sentyabrda 22 böyük uduş qazanılıb
Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya"nın "Poz-Qazan" oyunları sentyabrda ümumilikdə 3,144,137 ədəd uduşlu bilet sahiblərini sevindirib. Bu biletlər üzrə ödənilən ümumi uduş məbləği 15,823,889 manat təşkil edib. Onlar arasında 22 böyü
2 oktyabrBakının bu yolu birdəfəlik bağlanır - Tarix açıqlandı
"İçərişəhər" qoruq ərazisində sakinlərin rahatlığının təmin edilməsi, gündəlik hərəkət zamanı izafi yürüş məsafəsinin minimuma endirilməsi, habelə Qoşa Qala meydanında mobilliyin artırılması və təhlükəsizliyin qorunması məqsədilə geniş piyadalaşmış ərazinin yaradılması üçün nəqliyyatın hərəkətini
3 oktyabrMəktəbdə nöqsanlar aşkarlandı, direktor işdən çıxarıldı
Şəmkir rayonu Hacı Zeynalabdin Tağıyev adına Kür qəsəbə tam orta ümumtəhsil məktəbində aparılmış monitorinq zamanı müəssisənin fəaliyyətində ciddi hüquqi və inzibati nöqsanlar müəyyən edilib. xəbər verir ki, bu barədə APA-ya Qazax-Tovuz Regional Tədris idarəsindən məlumat verilib. Bildirilib ki, qey
2 oktyabrYağıntılı havanın nə vaxtadək davam edəcək?
Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata əsasən, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Bakıda havanı
3 oktyabrLeyla Quliyeva bu verilişlə qayıdır
Aparıcı Leyla Quliyeva yenidən efirə qayıtmağa hazırlaşır. Axşam.az xəbər verir ki, aparıcı bu barədə "Xəzər axşamı" proqramında danışıb. O bildirib ki, "Söhbət musiqidən gedir" verilişi yenidən yayıma başlayacaq:. "Bütün komanda proqramı bərpa etmək üçün işə başlayıb"
1 oktyabrYAP sədrinin səlahiyyət müddəti ilə bağlı məhdudiyyət aradan qaldırılıb
Yeni Azərbaycan Partiyasının sədrinin seçki proseduru dəyişib. APA-ya istinadla xəbər verir ki, bunu YAP Təftiş Komissiyasının üzvü, deputat Nizami Səfərov partiyanın VII Qurultayında Nizamnaməyə təklif olunan dəyişikliklərin müzakirəsi zamanı deyib. Nizami Səfərov bildirib ki, hazırda qüvvədə olan Nizamnaməy
2 oktyabr