Restoranın qarşısında kütləvi dava - Bir nəfər öldü, üçü yaralandı-Yenilənib

Restoranın qarşısında kütləvi dava - Bir nəfər öldü, üçü yaralandı-YenilənibGəncədə baş verən kütləvi dava zamanı bir nəfər həyatını itirib, üç nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

"Qafqazinfo" xəbər verir ki, hadisə şəhərin Poçt qəsəbəsində yerləşən restoranlardan birinin qarşısında qeydə alınıb.

Məlumata görə, bir neçə nəfər arasında yaranan mübahisə daha sonra kütləvi davaya çevrilib.

İnsident zamanı 1983-cü il təvəllüdlü Azər Yusifov bıçaq xəsarəti alaraq ölüb.

Dava zamanı 1998-ci il təvəllüdlü Azmat Peçerskiy, 1998-ci il təvəllüdlü Tural İlyasov və 1995-ci il təvəllüdlü Rahib Bayramlı da yaralanıb. Onlar tibbi yardım göstərilməsi üçün xəstəxanaya yerləşdirilib.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğu və Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma başlanılıb.

*

Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 2006-cı il təvəllüdlü Mirad Məmmədzadə saxlanılaraq istintaqa təhvil verilib.

*

TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, bu gün saat 04:30 radələrində xəsarət alması səbəbilə 3 nəfər (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub: "Müxtəlif bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslərin hər biri ambulator müalicə üçün evə buraxılıb.

Hadisə nəticəsində 1983-cü il təvəllüdlü şəxsin (kişi) həkiməqədər ölüm faktı qeyd alınıb".


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 676   Tarix: 06 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda yeniyetmə 53 yaşlı kişini öldürdü - YENİLƏNİB

Sentyabrın 10-u saat 06:00 radələrində 1968-ci il təvəllüdlü Əli Əliyevin bıçaqlanaraq xəsarət alması nəticəsində ağır vəziyyətdə Göyçay Rayon Mərkəzi Xəstəxanasına daxil olması və orada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Göyçay Rayon Prokurorluğunda aparılan araşdırmalarla zərərçəkmişi

10 sentyabr 2021
.

Azərbaycanda ana, oğlu və qızı bıçaqlandı

Sabirabadda bıçaqlanma hadisəsi baş verib. Report-a istinadən xəbər verir ki, hadisə Kürkəndi kəndində qeydə alınıb. Belə ki, 1986-cı il təvəllüdlü Zərbəliyev İlkin Əlifağa oğlu, anası, 1946-cı il təvəllüdlü Zərbəliyeva Gülzar Nuru qızı və G.Zərbəliyevanın qızı, 1987-ci il təvəllüdlü Tarverdiyeva Hilal

8 sentyabr 2021
.

DİN ötən gün törədilən cinayətlərlə bağlı MƏLUMAT YAYDI

Daxili İşlər Nazirliyi (DİN) sentyabrın 10-da qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb. DİN-in mətbuat xidmətindən -a bildiriblər ki, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 49 cinayətin üstünü "isti izlər"lə açıblar. Əvvəlki dövrlərdə

11 sentyabr 2021
.

Abşeronda ər arvadını QƏTLƏ YETİRDİ

Avqustun 24-də Abşeron rayonunun Qobu qəsəbəsi ərazisində 1995-ci il təvəllüdlü Sultanova Kəmalə Gülmirzə qızının qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur. Abşeron rayon prokurorluğundan -a verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertini

25 avqust 2021
.

İsmayıllıda ƏMƏLİYYAT - Heroin alverçisi saxlanıldı - FOTO

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı əməliyyat tədbiri keçirilib. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan  -a verilən məlumata görə, keçirilən əməliyyat zamanı üzərində narkotik vasit

22 avqust 2021
.

Azərbaycanda qadın qonşusunu bıçaqla öldürdü

Prokurorluq Gəncə şəhərində qadının qətli ilə bağlı məlumat yayıb. Şəhər Prokurorluğundan -a daxil olan məlumatda deyilir:. "Avqustun 31-i saat 17 radələrində Gəncə şəhər sakini, 1963-cü il təvəllüdlü Sücayət Məmmədovanın öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olmuşdur. Aparılmı

1 sentyabr 2021
.

Bakı sakini döyülərək öldürüldü

Avqustun 31-i saat 07 radələrində paytaxtın Səbail rayonunda 1972-ci il təvəllüdlü Eldar Qurbanovun üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi faktı ilə bağlı Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Səbail rayon prokurorluğunda

1 sentyabr 2021
.

Cəlilabadda DƏHŞƏT - 18 yaşlı gənc evində döyülərək baltalandı

Cəlilabad rayonunda döyülmə hadisəsi baş verib. -ın məlumatına görə, hadisə rayonun Şükürlü kəndində qeydə alınıb. Belə ki, Şükürlü kənd sakini, 18 yaşlı Şəbi Şəbiyev evlərində bir neçə şəxs tərəfindən döyülüb. Ağır xəsarət alan Ş. Şəbiyevə baş nahiyyəsindən balta xəsarəti də yetirilib. Yaralı ağır vəziyyətd

11 sentyabr 2021
.

Qaxda baş verən yanğın məhdudlaşdırılıb

Qax rayonunun Güllük kəndi ərazisində hündür dağ zirvəsində dünən axşam saatlarından başlayan yanğın məhdudlaşdırılıb. "Report"un Şimal-qərb bürosunun məlumatına görə, əraziyə Qax Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən texnikası, 40 nəfər şəxsi heyəti, o cümlədən meşə təsərrüfat

25 avqust 2021