Ödənişli əsaslarla qəbul olan bu şəxslərə GÜZƏŞT ediləcək - AÇIQLAMA

Ödənişli əsaslarla qəbul olan bu şəxslərə GÜZƏŞT ediləcək - AÇIQLAMAAli təhsildə sosial dəstək mexanizmlərinin genişləndirilməsi istiqamətində tətbiq olunan güzəştlər təhsil haqqının ödənilməsi ilə bağlı imkanları məhdud olan tələbələr üçün mühüm əhəmiyyət daşıyır. Xüsusilə ödənişli ixtisaslara qəbul olunsalar da, müəyyən kateqoriyalara aid olduqları üçün təhsil haqqından azad edilən tələbələrlə bağlı qaydalar cəmiyyətdə maraq doğurur. Bəs, bu güzəştlərin əhatə dairəsi hansı meyarlar əsasında müəyyən edilir və belə bir mexanizm ali təhsilə əlçatanlığın artırılmasına necə təsir göstərir?
Ödənişli əsaslarla qəbul olan bu şəxslərə GÜZƏŞT ediləcək - AÇIQLAMAMəsələ ilə bağlı Sonxeber.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndi bildirib ki, burada nəzərdə tutulan güzəştlər dövlət başçısının müvafiq sərəncamlarına əsasən ödənişli əsaslarla ali və orta ixtisas təhsil müəssisələrinə qəbul olunan müəyyən kateqoriyadan olan vətəndaşlara şamil edilir.

"Bunlara Ermənistanın işğalı nəticəsində doğma yurdlarından didərgin düşmüş məcburi köçkünlər, şəhid ailələrinin üzvləri, sağlamlıq imkanları məhdud şəxslər, müharibə iştirakçıları, I və II qrup əlilliyi olan şəxslər daxildir. Eyni zamanda, cənab Prezidentin müvafiq sərəncamı ilə minatəmizləyənlərə, eləcə də həlak olmuş minatəmizləyənlərin övladlarına da təhsil haqqı ilə bağlı güzəştlər tətbiq olunub. Qeyd edim ki, bu güzəştlər ödənişli əsaslarla təhsil alan şəxsləri əhatə edir və ali təhsilin bakalavr və magistratura pillələrinə, eləcə də orta ixtisas təhsilinə qəbul olunanlara şamil edilir. Bu yanaşma təhsilin əlçatanlığının təmin edilməsinə xidmət edir".

Ekspert bildirib ki, bununla yanaşı, sosial həssas əhali qruplarına aid olan vətəndaşlar üçün də əlavə dəstək mexanizmləri mövcuddur:

"Bu istiqamətdə cənab Prezidentin sərəncamı ilə Təhsil Tələbə Krediti Fondu yaradılıb. Nəticədə həmin kateqoriyaya aid tələbələr sosial tələbə krediti əldə edə bilirlər. Bu kreditlər aşağı faiz dərəcəsi ilə təqdim olunur və məzun olduqdan iki il sonra geri ödənilməyə başlanılır. Eyni zamanda, akademik göstəriciləri yüksək olan tələbələr üçün müəyyən güzəştlər tətbiq edilir və onlar bəzi hallarda götürdükləri təhsil kreditini geri ödəməkdən azad olunurlar".

Onun sözlərinə görə, ümumilikdə, bütün bu mexanizmləri nəzərə aldıqda hər il bakalavr pilləsində 35 mindən çox tələbə ödənişsiz təhsil almaq imkanı əldə edir:

"Magistratura səviyyəsində bu göstərici təxminən 7-8 min nəfər təşkil edir. Orta ixtisas təhsili üzrə həm 9 illik, həm də 11 illik təhsil bazasında hər il təxminən 10-12 min nəfər ödənişsiz təhsil almaq hüququ qazanır. Peşə təhsili istiqamətində isə bu rəqəm 15-20 min nəfər civarındadır. Bütün bunlar göstərir ki, həyata keçirilən güzəştlər və dəstək mexanizmləri ölkədə təhsilin əlçatanlığının artırılmasına xidmət edir və ali, orta ixtisas və peşə təhsili almaq istəyən vətəndaşlar üçün mühüm imkanlar yaradır".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 768   Tarix: 06 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Boşanmaq istəyən qadın ərindən necə təhlükəsiz ayrıla bilər? - PSİXOLOQDAN AÇIQLAMA

Boşanmaq istədiyi üçün həyat yoldaşı tərəfindən öldürülən qadınlarla bağlı xəbərlər qadınların zorakılıq münasibətlərindən təhlükəsiz şəkildə çıxması məsələsini yenidən gündəmə gətirir. Təhdid və şiddət görən qadın üçün münasibətdən ayrılmaq qərarı bəzən ciddi təhlükə yarada bilər. Bəs qadın şiddət görmədə

2 oktyabr
.

Ramiz Mehdiyev məhkəməyə məcburi gətirilə bilər

Sentyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. Ramiz Mehdiyev məhkəmənin hazırlıq iclasında fiziki olaraq iştirak etməyib. Onun məhkəmə zalına gəlmək istəməməsini

1 oktyabr
.

Sabah da Bakıya yağış yağacaq?

Bakıda və Abşeron yarımadasında oktyabrın 4-də arabir yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, gecə bəzi yerlərdə qısamüddətli leysan xarakterli olacağı ehtimalı var. Səhər tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə

3 oktyabr
.

Yağıntılı havanın nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata əsasən, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Bakıda havanı

3 oktyabr
.

"Azərsun Holdinq" ADEX 2026 sərgisində - Fotolar

Bakı Ekspo Mərkəzində Qafqaz regionunun aparıcı hərbi-texnoloji platformalarından biri olan "ADEX 2026" - 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi keçirilir. "Azərsun Holdinq" sərgidə iştirak edərək, Azərbaycan Ordusu üçün yerli istehsal etdiyi "Əsgər payı" adlı qida məhsulların

2 oktyabr
.

Bakının bu yolu birdəfəlik bağlanır - Tarix açıqlandı

"İçərişəhər" qoruq ərazisində sakinlərin rahatlığının təmin edilməsi, gündəlik hərəkət zamanı izafi yürüş məsafəsinin minimuma endirilməsi, habelə Qoşa Qala meydanında mobilliyin artırılması və təhlükəsizliyin qorunması məqsədilə geniş piyadalaşmış ərazinin yaradılması üçün nəqliyyatın hərəkətini

3 oktyabr
.

"Poz-Qazan" oyunlarında sentyabrda 22 böyük uduş qazanılıb

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya"nın "Poz-Qazan" oyunları sentyabrda ümumilikdə 3,144,137 ədəd uduşlu bilet sahiblərini sevindirib. Bu biletlər üzrə ödənilən ümumi uduş məbləği 15,823,889 manat təşkil edib. Onlar arasında 22 böyü

2 oktyabr
.

Yağıntılı hava nə vaxtadək davam edəcək? - TARİX

Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata əsasən, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Bakıda havanı

3 oktyabr
.

Azərbaycan Hava Yolları daha bir yeni nəsil "Airbus A321neo" təyyarəsi ilə donanmasını genişləndirib

AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları donanmasına növbəti yeni nəsil "Airbus A321neo" təyyarəsini qəbul edib. Bununla, aviaşirkətin donanmasındakı yeni nəsil təyyarələrin ümumi sayı 10-a (8 ədəd "Airbus A320neo" və 2 ədəd "Airbus A321neo") çatıb. Yen

1 oktyabr