"Ceyhun Bayramovun Ukraynaya rəsmi səfəri xüsusi siyasi və diplomatik əhəmiyyət daşıyır" - DEPUTAT
"Azərbaycan milli maraqlara söykənən, balanslaşdırılmış, praqmatik və müstəqil xarici siyasət həyata keçirir".
Bunu Sonxeber.az-a danışan deputat Azər Badamov bildirib.
Deputat qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşdırılan bu xarici siyasət kursunun əsas prioriteti ölkənin milli maraqlarının qorunması, beynəlxalq hüququn prinsiplərinə hörmət və bütün tərəfdaş dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsidir:
"Məhz bu siyasət Azərbaycanın mürəkkəb geosiyasi şəraitdə etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirib. Bu baxımdan xarici işlər naziri Ceyhun Bayramovun Ukraynaya rəsmi səfəri xüsusi siyasi və diplomatik əhəmiyyət daşıyır. Səfər ilk növbədə Azərbaycan-Ukrayna münasibətlərinin inkişafına yeni dinamika qazandıracaq. İki ölkə arasında siyasi dialoqun intensivləşdirilməsi, iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi, nəqliyyat-logistika, enerji, humanitar və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi baxımından bu səfər mühüm imkanlar yaradır.
Digər mühüm məqam ondan ibarətdir ki, bu səfər Azərbaycanın beynəlxalq hüquqa əsaslanan ardıcıl mövqeyini bir daha nümayiş etdirir. Azərbaycan hər zaman dövlətlərin suverenliyini, müstəqilliyini və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını dəstəkləyib. Bu prinsipial yanaşma Azərbaycanın özünün üzləşdiyi problemlər fonunda formalaşmış və illərdir dəyişmədən davam etdirilən xarici siyasət xəttidir. Məhz buna görə də Azərbaycanın mövqeyi beynəlxalq ictimaiyyət tərəfindən aydın və ardıcıl siyasət kimi qiymətləndirilir".
Deputat vurğulayıb ki, nazir Ceyhun Bayramovun Ukraynaya səfəri eyni zamanda Azərbaycanın heç bir geosiyasi qarşıdurmanın tərəfinə çevrilm
ədən bütün tərəfdaşları ilə konstruktiv dialoqu davam etdirdiyini göstərir:
"Rəsmi Bakı milli maraqları əsas götürərək həm regional, həm də qlobal tərəfdaşlarla münasibətləri qarşılıqlı hörmət və bərabərhüquqluluq prinsipləri əsasında inkişaf etdirir. Bu yanaşma Azərbaycan diplomatiyasının ən mühüm üstünlüklərindən biridir. Səfər həm də regional əməkdaşlıq, Avropa ilə Asiyanı birləşdirən nəqliyyat marşrutlarının inkişafı, enerji təhlükəsizliyi və müharibədən sonrakı bərpa proseslərində mümkün əməkdaşlıq perspektivləri baxımından diqqət çəkir. Azərbaycan son illərdə regionun əsas nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib və bu potensialın Ukrayna ilə əməkdaşlıqda da yeni imkanlar yaradacağı istisna deyil.
Ümumilikdə, Ceyhun Bayramovun Ukraynaya səfəri təkcə ikitərəfli münasibətlərin inkişafı baxımından deyil, həm də Azərbaycanın müstəqil, praqmatik və balanslaşdırılmış xarici siyasət kursunun növbəti praktik təzahürü kimi qiymətləndirilməlidir. Bu səfər Azərbaycanın beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş statusunu daha da möhkəmləndirməklə yanaşı, ölkəmizin milli maraqlara əsaslanan diplomatik xəttinin ardıcıl şəkildə davam etdirildiyini bir daha nümayiş etdirir".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Zəngəzurda saxlanılan Azərbaycan əsgəri ilə bağlı Ermənistan məhkəməsi qərar verdi
Azərbaycanda dörd qanun ləğv ediləcək
40 dəqiqə soyuqda avtobus gözləyən sərnişin: AYNA və BakuBus bu nəqliyyat problemini nə vaxt görəcək?
Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır (VİDEO)
"Bakı Metropoliteni" kanat yolları ilə sərnişin daşıyacaq
Bakıda mənzillərin kvadratmetri 19 min manat oldu - Ən bahalı ünvanlar
82 yaşlı Hacıbala Abutalıbov illər sonra görüntüləndi - Video
Şəhid anası Sevinc Hüseynova ilə bağlı DİN rəhbərinə müraciət etdi
Prezident: "Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq"
Bakıda restoran sakinlərin narazılığına səbəb olub: "Gecələr rahat yata bilmirik" - Video
Trampdan İrana yeni zərbə mesajı: ABŞ Yaxın Şərqə 10 min hərbçi göndərir
15 gün əvvəl təyin olunmuşdu, vəzifəsindən ayrıldı
Prezidentdən Misir Mərdanovla bağlı sərəncam
Şagirdlər evdən gətirilən şirniyyatı yedilər - 14 nəfər zəhərləndi - Yenilənib