ABŞ-ın yeni tarif siyasəti: Azərbaycan üçün fürsət, yoxsa risk? - İQTİSADÇIDAN AÇIQLAMA
Son dövrlərdə ABŞ administrasiyasının tətbiq etdiyi yeni tariflər qlobal ticarətdə yenidən gərginliyi artırıb. Vaşinqtonun bir sıra ölkələrdən idxal olunan məhsullara 10-12,5 faiz həcmində yeni rüsumlar tətbiq etməsi beynəlxalq təchizat zəncirlərinə, istehsal xərclərinə və dünya bazarlarında qiymətlərə təsir göstərə biləcək addım kimi qiymətləndirilir. Belə bir şəraitdə diqqət Azərbaycana da yönəlir.
Bəs ABŞ-ın yeni tarif siyasəti qlobal ticarətin istiqamətini necə dəyişə bilər? Bu proses enerji bazarlarına, ixrac imkanlarına və Azərbaycanın xarici ticarət əlaqələrinə hansı təsirləri göstərə bilər?
Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Sonxeber.az-a açıqlamasında bildirdi ki, ABŞ-ın yeni tarif siyasəti qlobal ticarətdə yeni dəyişikliklərə səbəb ola bilər. Onun sözlərinə görə, tariflərin artırılması beynəlxalq ticarət dövriyyəsini zəiflədə, istehsal və təchizat zəncirlərinin yenidən qurulmasını sürətləndirə bilər: "Bu isə bir sıra məhsulların qiymətlərinin artmasına, ixracatçı ölkələr arasında rəqabətin daha da güclənməsinə və qlobal iqtisadi artım tempinin yavaşımasına təsir göstərə bilər. Azərbaycan üçün təsirlər əsasən dolayı xarakter daşıyacaq. Ölkənin ABŞ-la ticarət dövriyyəsi böyük olmadığından tariflərin birbaşa təsiri məhduddur. Lakin Azərbaycanın əsas ticarət tərəfdaşları olan Avropa İttifaqı, Türkiyə və Çin kimi iqtisadiyyatlara təsir olacağı təqdirdə, bunun nəticələri Azərbaycan iqtisadiyyatında da hiss edilə bilər. Xarici tələbatın azalması qeyri-neft ixracına müəyyən mənfi təsir göstərə, beynəlxalq bazarlarda qeyri-müəyyənliyi artıra bilər.
Digər tərəfdən, yeni tariflər bəzi şirkətlərin istehsal və logistika marşrutlarını dəyişməsinə səbəb ola bilər. Bu isə Orta Dəhliz və Şərq-Qərb nəqliyyat marşrutlarının əhəmiyyətini artıra, Azərbaycanın tranzit ölkə kimi rolunu gücləndirə bilər. Əgər ölkə bu imkanlardan səmərəli istifadə edə bilsə, nəqliyyat, logistika və xidmət sektorunda əlavə gəlirlər əldə etmək mümkündür.
Bununla yanaşı, qlobal ticarətdə gərginliyin artması enerji bazarlarına da təsir göstərə bilər. Dünya iqtisadiyyatında yavaşlama neftə tələbatı azaldarsa, bu, enerji qiymətlərinə təzyiq göstərə və Azərbaycanın neft gəlirlərinə mənfi təsir edə bilər. Əksinə, geosiyasi risklər fonunda enerji qiymətləri yüksək qalarsa, Azərbaycan bundan müəyyən maliyyə üstünlüyü əldə edə bilər. Buna görə də ölkə üçün əsas vəzifə ixrac bazarlarını şaxələndirmək, qeyri-neft sektorunun rəqabət qabiliyyətini artırmaq və tranzit imkanlarını daha səmərəli reallaşdırmaqdır".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Hərbi xidmətə çağırış sisteminin dəyişdirilməsinə mütləq ehtiyac var - AÇIQLAMA
Zəngəzurda saxlanılan Azərbaycan əsgəri ilə bağlı Ermənistan məhkəməsi qərar verdi
Azərbaycanda dörd qanun ləğv ediləcək
Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarıldı - Aralarında baş həkimlər də var
40 dəqiqə soyuqda avtobus gözləyən sərnişin: AYNA və BakuBus bu nəqliyyat problemini nə vaxt görəcək?
Mehdiyevin gəlininin BOKT-nun lisenziyası ləğv edildi
"Bakı Metropoliteni" kanat yolları ilə sərnişin daşıyacaq
Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır (VİDEO)
Temperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ
Bakıda mənzillərin kvadratmetri 19 min manat oldu - Ən bahalı ünvanlar
Kürdəmirdə KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: Səbəb NƏDİR? - AÇIQLAMA
82 yaşlı Hacıbala Abutalıbov illər sonra görüntüləndi - Video
Röya, Natavan və Elnur bir arada - Foto
Prezident: "Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq"
Bakıda restoran sakinlərin narazılığına səbəb olub: "Gecələr rahat yata bilmirik" - Video