"Azərbaycanın yürütdüyü çoxşaxəli xarici siyasət kursu Kiyevlə münasibətlərin inkişafına da əlverişli zəmin yaradır" - Bəhruz Quliyev

"Azərbaycanın yürütdüyü çoxşaxəli xarici siyasət kursu Kiyevlə münasibətlərin inkişafına da əlverişli zəmin yaradır" - Bəhruz Quliyev"Azərbaycan ilə Ukrayna arasında münasibətlər bu gün mürəkkəb beynəlxalq geosiyasi şəraitdə qarşılıqlı hörmətə, dövlətlərin ərazi bütövlüyünün tanınmasına və strateji tərəfdaşlıq prinsiplərinə əsaslanaraq inkişaf edir. Son dövrlərdə yüksək səviyyəli qarşılıqlı təmasların intensivləşməsi göstərir ki, tərəflər siyasi dialoqu yeni mərhələyə keçirməkdə maraqlıdırlar. Xüsusilə, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Kiyevə rəsmi səfəri və Ukrayna xarici işlər naziri Andriy Sıbihanın bu səfərin strateji tərəfdaşlığı daha da gücləndirəcəyinə dair bəyanatı münasibətlərdə yeni dinamikanın formalaşdığını göstərir".

Bu fikirləri Sonxeber.az Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.

Ekspert qeyd edib ki, Azərbaycan Rusiya-Ukrayna münaqişəsində balanslaşdırılmış siyasət yürüdərək beynəlxalq hüququn fundamental prinsiplərinə, xüsusilə dövlətlərin suverenliyi və ərazi bütövlüyünə dəstəyini ardıcıl şəkildə ifadə edir. Bununla yanaşı, rəsmi Bakı münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olduğunu dəfələrlə bəyan edib və humanitar yardım layihələri ilə Ukraynaya dəstəyini davam etdirib.

İkitərəfli münasibətlərin əsas istiqamətlərindən biri iqtisadi əməkdaşlıqdır. Azərbaycanın enerji sahəsində qazandığı təcrübə, logistika imkanları və tranzit potensialı Ukraynanın müharibədən sonrakı bərpa prosesində mühüm əhəmiyyət daşıya bilər. Eyni zamanda, Ukraynanın sənaye, tikinti və yüksək texnologiyalar sahəsindəki təcrübəsi Azərbaycan üçün də faydalı əməkdaşlıq imkanları yaradır. Bu istiqamətdə investisiya və yenidənqurma layihələri üzrə əməkdaşlığın genişləndirilməsi barədə müzakirələr aparılır.

"Hesab edirəm ki, Azərbaycan-Ukrayna münasibətləri təkcə ikitərəfli maraqlarla məhdudlaşmır. Bu əməkdaşlıq Qara dəniz-Xəzər hövzəsində nəqliyyat dəhlizlərinin inkişafına, enerji təhlükəsizliyinin möhkəmlənməsinə və Avrasiya məkanında yeni iqtisadi əlaqələrin formalaşmasına da töhfə verə bilər. Azərbaycanın yürütdüyü çoxşaxəli xarici siyasət kursu Kiyevlə münasibətlərin inkişafına da əlverişli zəmin yaradır.
Bugünkü reallıq göstərir ki, Bakı və Kiyev qarşılıqlı etimadı qorumaqla siyasi dialoqu, iqtisadi əlaqələri və humanitar əməkdaşlığı daha da dərinləşdirmək niyyətindədirlər. Bu isə strateji tərəfdaşlığın gələcək illərdə daha praktik nəticələr verməsinə imkan yarada bilər." - deyə, B.Quliyev əlavə edib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 314   Tarix: 07 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Məktəbdə nöqsanlar aşkarlandı, direktor işdən çıxarıldı

Şəmkir rayonu Hacı Zeynalabdin Tağıyev adına Kür qəsəbə tam orta ümumtəhsil məktəbində aparılmış monitorinq zamanı müəssisənin fəaliyyətində ciddi hüquqi və inzibati nöqsanlar müəyyən edilib. xəbər verir ki, bu barədə APA-ya Qazax-Tovuz Regional Tədris idarəsindən məlumat verilib. Bildirilib ki, qey

2 oktyabr
.

YAP-ın VIII Qurultayı: Azərbaycanın yeni siyasi və geosiyasi mərhələsində qarşıya qoyulan hədəflər

Yeni Azərbaycan Partiyasının VII Qurultayı Azərbaycanın ictimai-siyasi həyatında mühüm hadisə kimi diqqət çəkir. Qurultay Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin çıxışında ölkənin keçdiyi tarixi yolun, əldə edilmiş siyasi, hərbi və iqtisadi nəticələrin

3 oktyabr
.

Vasif Talıbov YAP-ın İdarə Heyətindən çıxarıldı: Yeni tərkibdə kimlər var?

Yeni Azərbaycan Partiyası (YAP) VII qurultayı keçirilib. xəbər verir ki, qurultayda İdarə Heyətinin (İH) yeni tərkibi müəyyənləşib. Belə ki, Vasif Talıbov, Cavid Osmanov, Elşad Mirbəşiroğlu, Ramin Məmmədov və Rövşən Bayramov idarə heyətinin üzvlüyündən çıxarılıblar. Bundan əlavə, Ziyafət Əsgərov, Hicra

2 oktyabr
.

Şagirdlər evdən gətirilən şirniyyatı yedilər - 14 nəfər zəhərləndi - Yenilənib

Bu gün Sumqayıtda kütləvi zəhərlənmə olub. "Qafqazinfo" xəbər verir ki, şəhərdəki orta məktəblərdən birinin çoxlu sayda şagirdi xəstəxanaya yerləşdirilib. Onların zəhərlənmə diaqnozu ilə tibb müəssisəsinə çatdırıldıqları bildirilir. *. Sumqayıt Tibb Mərkəzindən sorğumuza cavab olaraq bildirili

2 oktyabr
.

Suqovuşan qəsəbəsi və Talış kəndinin erməni işğalından azad edilməsindən 6 il ötür

Bu gün Ağdərə rayonunun Suqovuşan qəsəbəsinin və Talış kəndinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsindən altı il ötür. "Report"a istinadən xatırladır ki, 2020-ci il oktyabrın 3-də Azərbaycan Ordusu hər iki kəndi erməni işğalçılarından təmizləyib. Həmin gün Suqovuşan və Talışd

3 oktyabr
.

Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır (VİDEO)

Bakının Səbail rayonunda yataqxana tipli köhnə binalar söküləcək. Qaynarinfo xəbər verir ki, rayonun Yüzbəy Mürsəlov, Qurban Abbasov, Salman Mümtaz, Xanlar küçələri, eləcə də 20-ci sahə ərazisi və Badamdar qəsəbəsində 20-yə yaxın binanın sökülməsinə başlanılacaq. Uzun müddətdir bu xəbəri gözləyən sakinlə

2 oktyabr
.

Ağdamda 15 yaşlı qız oğlana qoşulub qaçdı

Ağdamda 15 yaşlı qız evlənmək məqsədilə qaçırılıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Səfərli kəndində baş verib. 2011-ci il təvəllüdlü S.Soltanova (şərti) ailəsindən xəbərsiz yaşadığı evi tərk edib. Onun evlənmək məqsədilə tanış olduğu şəxslə birgə getdiyi bildirilib

2 oktyabr
.

Zəngəzurda saxlanılan Azərbaycan əsgəri ilə bağlı Ermənistan məhkəməsi qərar verdi

Zəngəzurda saxlanılan Azərbaycan əsgəri Nəsimi Musayev barəsində məhkəmə qərar verib. Bu barədə Ermənistan KİV-ə istinadən xəbər verir. Məlumata görə, məhkəmə istintaqın vəsatətini təmin edib və naməlum şəraitdə Ermənistan ərazisinə keçən Azərbaycan əsgəri Nəsimi Musayevin iki ay müddətinə həbs edilməs

2 oktyabr
.

Bakının bu yolu birdəfəlik bağlanır - Tarix açıqlandı

"İçərişəhər" qoruq ərazisində sakinlərin rahatlığının təmin edilməsi, gündəlik hərəkət zamanı izafi yürüş məsafəsinin minimuma endirilməsi, habelə Qoşa Qala meydanında mobilliyin artırılması və təhlükəsizliyin qorunması məqsədilə geniş piyadalaşmış ərazinin yaradılması üçün nəqliyyatın hərəkətini

3 oktyabr