"Media və Yayım Şurasının yaradılması yeni çağırışların tələbidir" - DEPUTAT

"Media və Yayım Şurasının yaradılması yeni çağırışların tələbidir" - DEPUTATAzərbaycan Respublikası Media və Yayım Şurasının strukturu formalaşdırılıb. Bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb.

Mövzu ilə bağlı Sonxeber.az-a danışan deputat Hikmet Babaoğlu bildirib ki, Azərbaycanda Media və Yayım Şurasının yaradılması ilə bağlı qanun dəyişiklikləri bu ilin iyulunda Milli Məclisdə qəbul edilib. Bu gün isə ölkə başçısı cənab İlham Əliyev Azərbaycan Respublikası Media və Yayım Şurasının strukturu formalaşdırılması ilə bağlı fərman imzalayıb. Media və Yayım Şurasının yaradılması yeni çağırışların tələbidir. Yeni qurum Medianın İnkişafı Agentliyi (MEDİA) və Audiovizual Şuranın bazasında yaradılır və media-yayım sahəsində vahid səlahiyyətli dövlət orqanı olacaq.

Media və Yayım Şurasının əsas məqsədləri aşağıdakılardır:

Çap, onlayn və audiovizual medianın tənzimlənməsinə vahid yanaşma tətbiq etmək;
Media sahəsində hüquqi və normativ tənzimləməni təkmilləşdirmək;
Media Reyestrinin aparılması və jurnalist vəsiqələrinin verilməsi ilə bağlı səlahiyyətləri həyata keçirmək;
Media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsinə dəstək vermək;
Dövlət qurumları ilə media arasında əməkdaşlığı genişləndirmək;
Media savadlılığının və jurnalistlərin peşəkarlığının artırılmasına yönəlmiş tədbirlər keçirmək.

Əvvəllər media sektorunda müxtəlif funksiyalar əsasən MEDİA və Audiovizual Şura arasında bölüşdürülürdü. Yeni modeldə bu səlahiyyətlərin böyük hissəsinin bir qurumda cəmləşdirilməsi nəzərdə tutulur. Məqsəd media mühitində daha çevik, vahid və kollegial idarəetmə mexanizmi yaratmaqdır".

Deputat vurğulayıb ki, bu dəyişiklik eyni zamanda rəqəmsallaşma və onlayn medianın sürətli inkişafı şəraitində informasiya təhlükəsizliyinin və media sektorunun inkişafının daha sistemli şəkildə təmin edilməsinə yönəlir:

"Media və Yayım Şurasının yaradılmasının müsbət cəhətləri çoxdur. İlk olaraq media sahəsində vahid idarəetmə - müxtəlif media istiqamətlərinin tənzimlənməsi daha koordinasiyalı həyata keçiriləcək. Tənzimləmənin təkmilləşdirilməsi - televiziya, radio, onlayn və digər media subyektləri ilə bağlı proseslər daha sistemli qurulacaq. Media subyektlərinə dəstək - jurnalistlərin peşəkarlığının artırılması, media layihələrinin və media savadlılığının inkişafına dəstək imkanları genişlənəcək. Media subyektlərinin qeydiyyatı, reyestr və digər inzibati proseslərin daha aydın mexanizmlərlə həyata keçirilməsi mümkündür.Rəqəmsal medianın tənzimlənməsi -internet mediasının sürətli inkişafı yeni yanaşmalar tələb edir. Vahid qurum bu sahədə koordinasiyanı gücləndirəcək. İnformasiya təhlükəsizliyi - dezinformasiya və yanlış məlumatların yayılması ilə mübarizədə institusional imkanların artırılması məqsədlərdən biridir.

Şuranın fəaliyyətində media azadlığı, jurnalistlərin sərbəst fəaliyyəti, plüralizm və müxtəlif fikirlərin ifadə imkanlarının qorunması mühüm əhəmiyyət daşıyır. Tənzimləmə mexanizmləri həm qanunvericiliyə uyğun, həm də media azadlığını məhdudlaşdırmayan formada tətbiq ediləcək. Ümumilikdə, Media və Yayım Şurasının yaradılması media sahəsində idarəetmənin vahidləşdirilməsi və tənzimləmənin sistemləşdirilməsi baxımından mühüm institusional dəyişiklik kimi qiymətləndirilir. Qanunvericilik dəyişikliklərinin əsas məqsədi həm də media subyektlərinin iqtisadi müstəqilliyinin möhkəmləndirilməsi, peşəkarlığın artırılması, yeni informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin stimullaşdırılması, milli media məhsullarının inkişafı və dezinformasiyaya qarşı sistemli mübarizənin təşkilidir".

Deputat söyləyib ki, Medianın İnkişafı Agentliyi ölkəmizdə medianın inkişafına verdiyi töhfə böyükdür:

"Medianın İnkişafı Agentliyinin ölkəmizdə medianın inkişafına verdiyi töhfə böyükdür. Agentliyin fəaliyyəti müasir media mühitinin formalaşdırılması, jurnalistlərin peşəkarlığının artırılması, media subyektlərinin inkişafının dəstəklənməsi və media savadlılığının yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Qısa müddət ərzində agentlik tərəfindən media sahəsində şəffaflığın və sağlam rəqabət mühitinin gücləndirilməsi, jurnalistlərin fəaliyyətinə şərait yaradılması və müasir informasiya texnologiyalarından istifadənin genişləndirilməsi istiqamətində də mühüm işlər görülüb. Ən önəmlisi isə Azərbaycanın media sektorunun müasir tələblərə uyğun inkişafına və daha peşəkar media mühitinin formalaşmasına mühüm töhfə verir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 338   Tarix: 07 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Zəngəzurda saxlanılan Azərbaycan əsgəri ilə bağlı Ermənistan məhkəməsi qərar verdi

Zəngəzurda saxlanılan Azərbaycan əsgəri Nəsimi Musayev barəsində məhkəmə qərar verib. Bu barədə Ermənistan KİV-ə istinadən xəbər verir. Məlumata görə, məhkəmə istintaqın vəsatətini təmin edib və naməlum şəraitdə Ermənistan ərazisinə keçən Azərbaycan əsgəri Nəsimi Musayevin iki ay müddətinə həbs edilməs

2 oktyabr
.

Sabah da Bakıya yağış yağacaq?

Bakıda və Abşeron yarımadasında oktyabrın 4-də arabir yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, gecə bəzi yerlərdə qısamüddətli leysan xarakterli olacağı ehtimalı var. Səhər tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə

3 oktyabr
.

MTK-ların "kvadrat oyunu": Vətəndaşa satılan mənzilin sahəsi necə şişirdilir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

MTK-ların mənzil satışında kvadratmetr hesablaması vətəndaşların ciddi narazılığına səbəb olan məsələlərdəndir. Mənzilin sahəsinə dəhliz, divarların tutduğu hissə və digər sahələr daxil edilərək alıcıya daha böyük kvadrat satılır, nəticədə vətəndaş faktiki istifadə edə bilmədiyi sahənin pulunu da ödəyir

2 oktyabr
.

Tahir Mirkişili: "Azərbaycanın əsas hədəfi maliyyə gücünü məhsuldar iqtisadiyyata çevirməkdir"

Bu gün dünyada investisiyaların cəlb edilməsi uğrunda kəskin rəqabət gedir və bu şəraitdə Azərbaycanın əldə etdiyi nəticələr çox mühümdür. Bu fikri "Report"a açıqlamasında Milli Məclisin üzvü Tahir Mirkişili Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayındakı çıxışın

3 oktyabr
.

Bakıda mənzillərin kvadratmetri 19 min manat oldu - Ən bahalı ünvanlar

Bakının premium ərazilərində mənzillərin maksimal qiymətləri bəzi ünvanlarda kəskin yüksəlib. Paytaxtın ən bahalı ünvanında mənzilin bir kvadratmetrinin qiyməti artıq 19 min manata çatır. Qaynarinfo -a istinadən xəbər verir ki, paytaxtda ən yüksək qiymət Nəsimi rayonunun Neftçilər prospektində qeyd

1 oktyabr
.

Nicat Azadlının xanımından ağır ittihamlar - "Övladımı bətnimdə öldürdü..."+Video

Sosial şəbəkələrdə özünü rəqs müəllimi kimi tanıdan Nicat Azadlının həyat yoldaşı onun barəsində ağır ittihamlar səsləndirib. "Qafqazinfo" xəbər verir ki, qadın övladının adına olan instaqram hesabında zorakılığı əks etdirən görüntülər paylaşıb. Videoda cütlüyün əvvəlcə sözlü mübahisə etdiyi

2 oktyabr
.

Şəhid anasını ağır söyüşlərlə təhqir edən blogger niyə cəzalandırılmır? - VİDEO

Aprel döyüşlərinin və 44 günlük Vətən müharibəsinin iştirakçısı, antiterror əməliyyatı şəhidi Zamin Abbasovun anası hüquq-mühafizə orqanlarına müraciət edib. -ın əldə etdiyi məlumata görə, şəhid anası sosial şəbəkədə onu təhqiramiz ifadələr və ağır söyüşlərlə təhqir edən, blogger kimi tanınan Sevin

3 oktyabr
.

Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq

Bakıda və Abşeron yarımadasında oktyabrın 3-də arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimalı var. Gücl

2 oktyabr
.

Yağıntılı havanın nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata əsasən, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Bakıda havanı

3 oktyabr