Azərbaycanda süni intellekt üçün ayrıca qanun qəbul edilməlidirmi? - VƏKİLDƏN AÇIQLAMA

Azərbaycanda süni intellekt üçün ayrıca qanun qəbul edilməlidirmi? - VƏKİLDƏN AÇIQLAMASüni intellekt texnologiyalarının sürətlə inkişafı həyatın demək olar ki, bütün sahələrinə təsir göstərməyə başlayıb. Təhsil, səhiyyə, media, maliyyə və dövlət xidmətlərində bu texnologiyalardan istifadə genişləndikcə, onların hüquqi çərçivədə tənzimlənməsi məsələsi də daha çox müzakirə olunur.

Bir çox ölkələr artıq süni intellektlə bağlı qanunvericilik bazasının formalaşdırılması istiqamətində addımlar atır. Bəs Azərbaycanda da süni intellektin istifadəsini tənzimləyən xüsusi qanunvericiliyə ehtiyac varmı?
Azərbaycanda süni intellekt üçün ayrıca qanun qəbul edilməlidirmi? - VƏKİLDƏN AÇIQLAMAMövzu ilə bağlı Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev Sonxeber.az-a açıqlamasında bildirdi ki, İstənilən texnoloji inkişaf cəmiyyətdə həm mənfi, həm də müsbət dəyişikliklərə səbəb olur. İnfomasiyanın daha çevik əldə olunması, analitik məlumatların, lazımlı kontelntlərin hazırlanması və s. süni intellektdən istifadənin müsbət tərəfi olsa da, bu yolla insanların hüququnun pozulmasına, yeni növ hüquqazidd əməllərin baş verməsinə də sıx rast gəlinir. Xüsusilə də foto, video, səsdən istifadə edərək dezinformativ və saxta kontentlərin hazırlanması, bu yolla şəxslərin nüfuzunun, şərəf ləyaqətinin aşağı salınması, dələduzluq, kibertəhlükəsizliyə təhdid yaradan hüquqazidd hallar baş verə bilər.
Bu səbəbdən qanunvericiliyin təkmilləşdirilməsinə zərurət yaranır və cəmiyyətdəki münasibətlərin hüquqi tənzimlənməsi üçün yeni qanunlar qəbul edilir, yaxud da mövcud qanunvericilik aktlarına dəyişikliklər edilir.

Təsadüfi deyil ki, bir müddət öncə , "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" və "Media haqqında" qanunlara dəyişikliklər edilib, süni intellektdən istifadə edərək qanunsuz materialların hazırlanıb yayılmasına görə qadağalar, qadağaların pozulmasına görə məsuliyyətin müəyyən edilməsi üçün Cinayət Məcəlləsinə və Cinayət-Prosessual Məcəllələrə yeni müddəalar əlavə edilib.

Prezident İlham Əliyev tərəfindən imzalanmış dəyişikliklər paketinə əsasən, şəxsin razılığı olmadan onun görüntüsündən və ya səsindən istifadə etməklə süni intellekt texnologiyaları, habelə xüsusi proqram təminatları vasitəsilə reallığı əks etdirməyən foto, video və ya audio materiallar hazırlama və ya həmin materialları mediada, kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında və ya informasiya-telekommunikasiya şəbəkələrində yayma Cinayət Məcəlləsinin 148-2-ci maddəsinə əsasən 3 min manatdan 7 min manatadək cərimə və ya 360 saatdan 480 saatadək ictimai işlər, habelə 3 ilədək azadlığın məhdudlaşdırılması, eyni müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

Eyni əməllər bir qrup şəxs və ya qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, iki və ya daha çox şəxsə qarşı törədildikdə, şəxsin şərəf və ləyaqətini ləkələmək və ya onu nüfuzdan salmaq məqsədilə törədildikdə, zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumlarına qarşı törədildikdə - 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Həmçinin Cinayət Məcəlləsinə əlavəe dilmiş 242-2-ci maddəyə əsasən şəxsin razılığı olmadan, onun görüntüsündən və ya səsindən istifadə etməklə süni intellekt texnologiyaları, habelə xüsusi proqram təminatları vasitəsilə pornoqrafik və ya seksual məzmunlu foto, video və ya audio materialları hazırlama və ya həmin materialları mediada, kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında və ya informasiya-telekommunikasiya şəbəkələrində yaymanın 3 ildən 7 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

Qanuna görə süni intellekt texnologiyaları vasitəsilə hazırlanmış foto, video və ya audio materiallar kütləvi nümayiş etdirildikdə belə texnologiyalardan istifadə edilməklə hazırlandığını aydın şəkildə göstərən və asanlıqla görünən nişanlanma ilə təmin edilməlidir. Beynəlxalq praktikada da bu yanaşma - süni intellekt sistemlərinə dair şəffaflıq öhdəlikləri prioritet məsələdir.

2024-cü il avqustun 1-də qüvvəyə minən Aİ-nin "Süni İntellekt Qanun"u süni intellekt sistemləri üçün risk səviyyəsinə uyğun fərqli qaydalar müəyyən edir. Qanuna əsasən, qəbulolunmaz risk daşıyan bəzi süni intellekt tətbiqləri qadağan edilir, yüksəkriskli sistemlərlə bağlı isə ciddi öhdəliklər tətbiq olunur. Süni intellektlə bağlı qaydaların mərhələli şəkildə qüvvəyə mindiyi bu Qanunda bu il avqustun 2-dən etibarən şəffaflıq öhdəliklərinin tətbiq edilməsinə başlanılacaq. Aİ-nin Komissiyası və üzv ölkələrin bazara nəzarət orqanları yoxlama və sanksiya tətbiq etmək səlahiyyətlərini faktiki olaraq həyata keçirə biləcəklər.

Yeni qaydaların məqsədi vətəndaşların süni intellektlə qarşılıqlı əlaqədə olduqlarını və qarşılaşdıqları məzmunun süni intellekt tərəfindən yaradılıb-yaradılmadığını anlaya bilmələrini təmin etməkdir. Bununla süni intellektin aldadıcı şəkildə istifadəsinin qarşısının alınması, informasiya ekosistemində şəffaflığın artırılması və rəqəmsal mühitə olan etimadın gücləndirilməsi hədəflənir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 613   Tarix: 07 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Zəngəzurda saxlanılan Azərbaycan əsgəri ilə bağlı Ermənistan məhkəməsi qərar verdi

Zəngəzurda saxlanılan Azərbaycan əsgəri Nəsimi Musayev barəsində məhkəmə qərar verib. Bu barədə Ermənistan KİV-ə istinadən xəbər verir. Məlumata görə, məhkəmə istintaqın vəsatətini təmin edib və naməlum şəraitdə Ermənistan ərazisinə keçən Azərbaycan əsgəri Nəsimi Musayevin iki ay müddətinə həbs edilməs

2 oktyabr
.

Sabah da Bakıya yağış yağacaq?

Bakıda və Abşeron yarımadasında oktyabrın 4-də arabir yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, gecə bəzi yerlərdə qısamüddətli leysan xarakterli olacağı ehtimalı var. Səhər tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə

3 oktyabr
.

MTK-ların "kvadrat oyunu": Vətəndaşa satılan mənzilin sahəsi necə şişirdilir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

MTK-ların mənzil satışında kvadratmetr hesablaması vətəndaşların ciddi narazılığına səbəb olan məsələlərdəndir. Mənzilin sahəsinə dəhliz, divarların tutduğu hissə və digər sahələr daxil edilərək alıcıya daha böyük kvadrat satılır, nəticədə vətəndaş faktiki istifadə edə bilmədiyi sahənin pulunu da ödəyir

2 oktyabr
.

Tahir Mirkişili: "Azərbaycanın əsas hədəfi maliyyə gücünü məhsuldar iqtisadiyyata çevirməkdir"

Bu gün dünyada investisiyaların cəlb edilməsi uğrunda kəskin rəqabət gedir və bu şəraitdə Azərbaycanın əldə etdiyi nəticələr çox mühümdür. Bu fikri "Report"a açıqlamasında Milli Məclisin üzvü Tahir Mirkişili Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayındakı çıxışın

3 oktyabr
.

Bakıda mənzillərin kvadratmetri 19 min manat oldu - Ən bahalı ünvanlar

Bakının premium ərazilərində mənzillərin maksimal qiymətləri bəzi ünvanlarda kəskin yüksəlib. Paytaxtın ən bahalı ünvanında mənzilin bir kvadratmetrinin qiyməti artıq 19 min manata çatır. Qaynarinfo -a istinadən xəbər verir ki, paytaxtda ən yüksək qiymət Nəsimi rayonunun Neftçilər prospektində qeyd

1 oktyabr
.

Nicat Azadlının xanımından ağır ittihamlar - "Övladımı bətnimdə öldürdü..."+Video

Sosial şəbəkələrdə özünü rəqs müəllimi kimi tanıdan Nicat Azadlının həyat yoldaşı onun barəsində ağır ittihamlar səsləndirib. "Qafqazinfo" xəbər verir ki, qadın övladının adına olan instaqram hesabında zorakılığı əks etdirən görüntülər paylaşıb. Videoda cütlüyün əvvəlcə sözlü mübahisə etdiyi

2 oktyabr
.

Şəhid anasını ağır söyüşlərlə təhqir edən blogger niyə cəzalandırılmır? - VİDEO

Aprel döyüşlərinin və 44 günlük Vətən müharibəsinin iştirakçısı, antiterror əməliyyatı şəhidi Zamin Abbasovun anası hüquq-mühafizə orqanlarına müraciət edib. -ın əldə etdiyi məlumata görə, şəhid anası sosial şəbəkədə onu təhqiramiz ifadələr və ağır söyüşlərlə təhqir edən, blogger kimi tanınan Sevin

3 oktyabr
.

Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq

Bakıda və Abşeron yarımadasında oktyabrın 3-də arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimalı var. Gücl

2 oktyabr
.

Yağıntılı havanın nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata əsasən, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Bakıda havanı

3 oktyabr