"Arzum" ilə bağlı YENİ XƏBƏR - Məhkəmədən sonra…
Xəbər verdiyimiz kimi, bloger İlduzə Hacıyeva (Arzum) apellyasiya məhkəməsinin qərarı ilə ev dustaqlığına buraxılıb.
Məhkəmədən sonra bloger bütün sosial şəbəkə paylaşımını silib.
O, 818 mindən çox izləyicisi olan səhifəsində videoları yığışdırıb.
Məhkəmə qərarı ilə ona sosial şəbəkədən istifadə qadağası qoyulub.
Qeyd edək ki, "Arzum"un təqsirli bilindiyi qəza ötən ilin iyununda Mərdəkan qəsəbəsində olub. Gecə yarısı "Changan" markalı avtomobili idarə edən "Arzum" sola dönmə manevri edərkən arxadan gələn "Mercedes"lə yandan toqquşub. Nəticədə "Mercedes" idarəetmədən çıxaraq maneəyə çırpılıb və bir neçə dəfə aşıb. Qəza nəticəsində avtomobilin sürücüsü- 29 yaşlı Amal Məlikov hadisə yerində ölüb, həyat yoldaşı Sənubər Muradova isə ağır xəsarət alıb.
Açılan cinayət işinə əsasən, İ.Hacıyeva 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. Hökm elan edildikdən dərhal sonra o, məhkəmə zalında həbs olunaraq cəzasını çəkmək üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinə göndərilib.
Bir neçə gün əvvəl isə apellyasiya məhkəməsi keçirilib və tiktoker ev dustaqlığına buraxılıb. Hazırda məhkəmə yeni ekspertiza təyin edib.
//axşam.az

Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 441 Tarix: 08 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sumqayıtda 5-ci mərtəbədən yıxılan uşağın SON VƏZİYYƏTİ
Sumqayıt şəhərində eyvandan yıxılan 10 yaşlı uşağın vəziyyəti ağırdır. Bu barədə -in Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasından məlumat verilib. Bildirilib ki, avqustun 9-da saat 12:30 radələrində Mərkəzin Uşaq Xəstəxanasına 2016-cı il oğlan hospitalizasiya olunub. Döş qəfəsinin sınığı diaqnozu təyi
10 avqustBakı-Qazax yolunda qəza - Yaralılar var - Video
Bakı-Qazax yolunda yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə magistralın Hacıqabulun Qarasu kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, "Nissan" markalı avtomobilin aşması nəticəsində üç nəfər xəsarət alıb. Yaralılar yaxınlıqdakı xəstəxanaya yerləşdirilib
6 avqustƏməliyyatdan 12 gün sonra ölən Adillə bağlı cinayət işi açıldı
Bakı şəhər sakini 33 yaşlı Adil Rzayevin bu ilin 23 mart tarixində - keçirdiyi cərrahi əməliyyatdan 12 gün sonra vəfat etməsi ilə bağlı cinayət işi açılıb. "Qafqazinfo"ya istinadla xəbər verir ki, onun ölümü ilə bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 142.4-cü (Tibbi xidməti
8 avqustÖtən gün Azərbaycanda narkotiklərlə bağlı 37 fakt aşkarlanıb
Ötən gün Azərbaycanda narkotiklərlə əlaqədar 37 fakt aşkarlanıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Bildirilib ki, avqustun 14-də qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib
15 avqustİşlədiyi evdən 10 min manat oğurlayan şəxs saxlanıldı
Xəzər rayonu ərazisində oğurluq faktı qeydə alınıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, zərərçəkmiş şəxs polisə müraciət edərək yaşadığı evdən 10 min manat pul vəsaitinin oğurlandığını bildirib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkd
8 avqustTərtər sakini yanaraq öldü
Tərtər rayonunda dəhşətli hadisə baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, avqustun 14-ü saat 14 radələrində 1971-ci il təvəllüdlü Qabil Şaban oğlu Rüstəmov yaşadığı Köçərli kəndindəki evdə elektrik cərəyanı vurması nəticəsində ölüb. Məlum olub ki, hadisədən əvvəl naqillər onun qolun
15 avqustAğdaşda VAZ su kanalına düşdü
Ağdaşda yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə Ağdaş-Qəbələ yolunun rayonun Dəhnəxəlil kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, VAZ-2107 markalı avtomobilin sürücüsü idarəetməni itirib və nəticədə nəqliyyat vasitəsi su kanalına düşüb. Sürücü ətrafdakıların köməkliyi ilə xila
15 avqustPaylaşımlarına görə - Psixiatriya xəstəxanasına göndərildi
Sosial şəbəkələrdə "İlanlı qız" kimi tanınan bloqer-müğənni Günəş polis əməkdaşları tərəfindən saxlanılıb. BİG.AZ " "a istinadən xəbər verir ki, onun son dövrlər sosial şəbəkələrdə nümayiş etdirdiyi qeyri-adekvat davranışlar, eləcə də açıq-saçıq geyimlərlə paylaşdığı görüntülər v
2 avqust