Soyuq çaya və yeməyə görə şişi qızdırıb arvadına "dağ basdı" - Yardımlıda DƏHŞƏT
Yardımlıda arvadına işgəncə verən ər həbs olunub.
Lent.az-ın xəbərinə görə, hadisə Abasabad kəndində baş verib.
İttiham aktına görə, 31 yaşlı Elçin Mütəllibov (şərti adla) yeməyin hazır olmamasını bəhanə edərək, qeyri-rəsmi şəkildə bir yerdə yaşadığı zərərçəkən Gülnarı (şərti adla) təhqir edib və yumruqla sol qaş nahiyəsinə zərbə vurub. Həmçinin günlərin birində arvadının soyuq çay gətirdiyini əsas gətirərək şişi odun sobasında qızdırıb və qadının qoluna və baldırına "dağ basıb". İttihama əsasən, Elçinin cinayətləri bununla bitməyib. Onun növbəti qanunsuz əməli Gülnarən çayı gec gətirməsi səbəbilə baş verib. Bu dəfə Elçin şalvarının kəməri ilə Gülnarın sol qoluna vuraraq, xəsarətlər yetirib.
Faktla bağlı Elçin Mütəllibov saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 133.2.6-cı (əzab vermə işgəncə verməklə törədildikdə) cinayət işi başlanıb.
Zərərçəkmiş şəxs ifadəsində göstərib ki, təqsirləndirilən şəxs ilə qohumdurlar. Onun üçün bir neçe dəfə elçi gəlsələr də atası razı olmayıb:
"Sonra isə Elçinlə könüllü qaçmışam. Bir gün aramızda yaranmış narazılıqdan sonra yaşadığımız evin 2-ci mərtəbəsinə çıxdıq. Elçin mənə, yola getməməyimiz barədə kənddə söhbət gəzdiyini bildirdi, mən isə belə bir şey eşitmədiyimi dedim. Bu zaman Elçin məni yumuruqla vurdu, zərbədən qaşım və burnum qanadı.
Xatırlamadığım bir gündə Elçinə çay apardım, lakin o, çayın soyuq olduğunu bildirdi. Bundan sonra evin 2-ci mərtəbəsinə çıxdım, Elçinlə anası 1 ci mərtəbədə qaldı. Həmin vaxt qayınanam Elçinə dedi ki, arvadından xəbərin var, gündə biri ilə telefonla danışır. Elçin 2-ci mərtəbəyə yanıma gəldi və anasının dediklərini məndən soruşdu. Mən də and içərək belə bir şey olmadığını bildirdim. Bu zaman Elçin evin arxasına keçərək, manqalın üstündə olan şişi götürüb yanıma qayıtdı, başımda olan yaylığı açıb ağzıma bağladı. Şiş ilə sağ qol və sol baldır nahiyələrimə xəsarət yetirdi. Həmin gün o, vəziyyətdə qaldım. Ağzımı açandan sonra isə ağlayıb 1-ci mərtəbəyə qaynanamın yanına getdim, lakin qayınanam dediklərimə məhəl qoymadı.
Bir gün yenə çayı soyuq gətiribsən səbəbi ilə Elçin şalvarın kəmərlə və yumuruqla məni vurmağa başladı".
Zərərçəkənin sözlərinə görə, həmin gün qayıananası onu ərinin əlindən alıb. Sonra evdən qaçaraq, atasının əmisi oğlugilə gedib və ondan atasına xəbər verməsini istəyib. Daha sonra atası gələrək, qızını öz evinə aparıb. Gülnar bildirib ki, şikayətdən sonra polis əməkdaşları gəlib. Təqsirləndirilən şəxs ilə birlikdə yaşadığı müddətdə Elçin ona heç vaxt hörmətlə yanaşmayıb. O, dediklərini nəzərə alaraq Elçin Mütəllibov barəsində azadıqdan məhrumetmə cəzasının təyin edilməsini məhkəmədən xahiş edib.
Təqsirləndirilən şəxs isə deyilənlərin böhtan olduğunu iddia edib. Onun sözlərinə görə, Gülnarla aralarında söz-söhbət olsa da, arvadı özü qaçıb evlərinə gedib:
"Gülnarın üzərindəki xəsarətləri mən yetirməmişəm. İzahatımda da bunu bildirmişəm. Birgə yaşadığımız müddətdə Gülnara hər hansı fiziki və psixi təzyiq göstərməmişəm. Belə bir şey olsaydı qonşuların və ya qohumların da məlumatı olardı. Aramızda olan narazılıq Gülnarın mənimlə birlikdə yaşayan 1-ci qrup əlil bacımdan iyrənməsindən başlayıb. Gülnara yaxın qohumları təsir edir ki, məndən ayırsınlar. Gülnara deyirlər ki, səni pullu şəxsə verəcəyik".
Elçin qeyd etdiklərini nəzərə alaraq əməlində cinayət tərkibi olmadığına görə barəsində bəraət hökmünün çıxarılmasını xahiş edib.
Lakin məhkəmə təqsirləndirilən şəxsin ifadələrinə tənqidi yanaşıb və hesab edib ki, həmin ifadələr işin faktiki hallarına uyğun gəlmədiyindən və məhkəmə istintaqında tədqiq edilmiş yuxarıda sadalanan sübutlarla təkzib edildiyindən özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxsin barəsində elan edilmiş ittiham üzrə bəraət verilməsi üçün əsas kimi qəbul edilə bilməz.
Məhkəmənin qərarı ilə Elçin Mütəllibov 3 il müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalından həbs olunub.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qızılın bir qramı neçəyə oldu?
Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
Müşfiq Abbasov məktəblərdə geyim tələbləri barədə danışdı
Bağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan video
"Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!"- B.Yıldırımla özəl müsahibə
İstirahət günləri gec oyananları hansı təhlükə gözləyir?
Sergey Lavrov Bakıya gəldi
Heç bir iddia Vətəndən, heç bir təəssübkeşlik Dövlətçilikdən üstün deyil!
"Dedim ki, "biabır olacaqsan, Azərbaycan səni qəbul etməyəcək"
Qız uşaqlarının taleyi niyə qurban verilir? İran, Əfqanıstan və bəzi ərəb ölkələrinin acı reallığı
Məktəbli forması sadəcə geyim deyil: Nizam-intizamın əsas tələbi
Bakıda "Kəlağayı" yürüşü - Video
Dünyanın sonu bu tarixdə OLACAQ? - Noyabrın 13-ü...
Bakıda çox sayda şəxs məktəb mühafizəçisinə hücum etdi - Ağır xəsarət yetirildi
TRACTOR FC-dən İrandakı türklərin hüquqları ilə bağlı paylaşım: "Niyə söhbət İrandan gedəndə susursunuz?"