Uşaq qohumlarla ünsiyyət qurmaq istəmirsə, nə etməli? - Psixoloqların TÖVSİYƏSİ

Uşaq qohumlarla ünsiyyət qurmaq istəmirsə, nə etməli? - Psixoloqların TÖVSİYƏSİUşağınızdan nənəsini qucaqlamağı xahiş edirsiniz, amma o, sizin arxanızda gizlənir. Siz narahat olursunuz, nənə inciyir, uşaq isə özünü gərgin hiss edir. Belə vəziyyət bir çox ailəyə tanışdır. Mütəxəssislər bildirirlər ki, uşağı qohumlarla məcburi ünsiyyətə vadar etmək onda hörmət hissi yaratmır, əksinə, öz hisslərini boğmağı öyrədir.

Lent.az-ın xəbərinə görə, araşdırmalar göstərir ki, istəmədiyi halda fiziki təmasa məcbur edilən uşaqlar böyüdükdə şəxsi sərhədlərini qorumaqda daha çox çətinlik yaşayırlar. Problemin həlli uşağı razı salmaqda deyil, ünsiyyətə yanaşmanı dəyişməkdədir. Uşağı qohumlarla məcburi ünsiyyətə vadar etmək həmin insanlara və ümumilikdə ünsiyyətə qarşı mənfi münasibət yarada bilər. Uşağın imtinası təhqir deyil, qoruyucu reaksiyadır. O, utana, qorxa və ya sadəcə ünsiyyətə hazır olmaya bilər. Oyun və tədrici yaxınlaşma məcburiyyətdən daha effektiv nəticə verir. Valideyn uşağın hisslərini qorumaqla yanaşı, qohumlara vəziyyəti sakit şəkildə izah etməlidir.

Uşaq niyə ünsiyyətdən qaçır?

Bunun müxtəlif səbəbləri ola bilər. 2-3 yaş dövründə bir çox uşaq, hətta əvvəllər gördüyü qohumlardan da çəkinə bilir. Yorğunluq, aclıq və ya həddindən artıq həyəcan da ünsiyyət istəyini azaldır. Əgər qohumlardan biri əvvəllər uşağı məcburi öpüb, qucaqlayıb və ya onu narahat edən hərəkət edib, uşaq bunu yadda saxlayaraq özünü qorumağa çalışa bilər. Bəzi uşaqlar isə sadəcə xarakter etibarilə yeni insanlara alışmaq üçün daha çox zamana ehtiyac duyurlar. Mütəxəssislər vurğulayırlar ki, uşaq niyə ünsiyyət istəmədiyini izah etməyə borclu deyil. Onun "yox" cavabı hörmətlə qarşılanmalıdır.

İlk addım - təzyiq göstərməyin

Valideyn "Nənəni incitmə, get qucaqla" dedikdə, uşaq seçim qarşısında qalır: ya öz hisslərini inkar etməli, ya da özünü günahkar hiss etməlidir.

Bunun əvəzinə belə demək tövsiyə olunur:

"Görürəm ki, indi qucaqlamaq istəmirsən. Problem deyil. Sadəcə əl edə bilərsən".

Belə yanaşma uşağa hisslərinin dəyərli olduğunu göstərir.

Valideyn həm də uşağı diqqətlə müşahidə etməlidir. Ola bilsin, onu yüksək səs, qəfil hərəkətlər və ya qohumun davranış tərzi narahat edir. Bu səbəbi müəyyən etdikdən sonra qohumlara əvvəlcədən məlumat vermək daha faydalıdır.

İkinci addım - seçim haqqı verin

Qucaqlaşmaq yeganə salamlaşma forması deyil.

Valideyn uşağa alternativlər təklif edə bilər:

əl sıxmaq;
əl yelləmək;
sadəcə salam vermək;
yaxınlıqda dayanmaq.

Bu seçimlər uşağın vəziyyətə nəzarət hissini artırır və narahatlığını azaldır.

Valideyn qohuma da vəziyyəti nəzakətlə izah edə bilər:

"O, indi qucaqlaşmaq istəmir, amma səni gördüyünə sevinir. Bəlkə ona yeni kitabını göstərəsən"?

Beləliklə, diqqət fiziki təmasdan birgə fəaliyyətə yönəlir.

Üçüncü addım - qohumları əvvəlcədən hazırlayın

Mütəxəssislər hesab edirlər ki, valideynin əsas vəzifəsi uşağı dəyişmək deyil, qohumların gözləntilərini düzgün formalaşdırmaqdır.

Məsələn, görüşdən əvvəl nənəyə belə demək olar:

"Hazırda bir az çəkingəndir. Qoy özü rahat hiss etdiyi şəkildə salamlaşsın. Zəhmət olmasa qucaqlaşmağa təkid etmə. Bu, onun daha tez alışmasına kömək edəcək". Əksər insanlar vəziyyət sakit və ittihamsız izah ediləndə bunu anlayışla qarşılayırlar.

Əgər qohum yenə də israr edərsə, valideyn sakit şəkildə:

"Biz onu qucaqlaşmağa məcbur etmirik. Ona öz hisslərinə hörmət etməyi öyrədirik". - deyə bilər.

Nənəyə necə demək olar ki, inciməsin?

Mütəxəssislər məsləhət görürlər ki, bunu uşağın adından deyil, öz adınızdan deyin:

"Biz hazırda ona şəxsi sərhədlərinə hörmət etməyi öyrədirik. Ona görə də qucaqlaşmaya bilər. Amma bu o demək deyil ki, səni sevmir". Belə izah nənənin diqqətini imtinadan yox, tərbiyə prinsipindən yana yönəldir.

Qohum israr etməyə davam edərsə...

Valideyn vəziyyəti dayandırmaq hüququna malikdir.

"Zəhmət olmasa təkid etmə. Ona bir az vaxt lazımdır".

Əgər bu da nəticə vermirsə, uşağı sakitcə həmin mühitdən uzaqlaşdırmaq tövsiyə olunur.

Uşaq qəti şəkildə etiraz edirsə, onu qohumun yanında qoymaq olarmı?

Psixoloqlar hesab edirlər ki, əgər uşaq qəti şəkildə qalmaq istəmirsə, onu məcbur etmək olmaz. Bu, dərin narahatlıq və ya qorxu hissinin göstəricisi ola bilər. Əgər uşağı qohumun yanında saxlamaq zəruridirsə, buna tədricən başlamaq lazımdır: əvvəlcə qısa müddətə, tanıdığı başqa bir insanın yanında və yalnız uşaq özü buna hazır olduğunu göstərdikdən sonra. Mütəxəssislər vurğulayırlar ki, uşağın "yox" cavabına hörmət etmək onun ərköyün böyüməsi deyil. Bu, sağlam özünəinamın və şəxsi sərhədlərin formalaşmasının əsas şərtlərindən biridir. Valideynin vəzifəsi uşağı və qohumları qarşı-qarşıya qoymaq deyil, onların arasında körpü rolunu oynamaqdır. Təzyiq əvəzinə izah etmək, alternativ təklif etmək və uşağa vaxt vermək daha sağlam münasibətlərin qurulmasına kömək edir.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 237   Tarix: 09 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Uşağın doğulduğu ay onun inkişafına təsir edir? - Alimlərdən diqqətçəkən araşdırma

Harvard Universiteti və Kvinslend Universitetinin alimləri 21 minə yaxın uşaq üzərində araşdırma aparıb. xəbər verir ki, tədqiqat zamanı uşaqların doğum ayı ilə koqnitiv inkişafı arasındakı əlaqə araşdırılıb. Alimlər uşaqların inkişafını doğulduqları andan 7 yaşınadək izləyiblər. Araşdırmanın nəticələrin

1 avqust
.

Niyə köpək balıqlarının sümükləri yoxdur? - Onların skeletinin qeyri-adi sirri

Köpəkbalıqları əksər balıqlardan təkcə xarici görünüşü ilə fərqlənmir. Alimlər onların skeletinin nə üçün tamamilə qınlıqdan (qığırdaqdan) ibarət olduğunu izah ediblər. Əksər insanlar bütün balıqların sümük skeletinə malik olduğuna öyrəşiblər. Lakin köpəkbalıqları istisnadır. xarici mediaya istinadə

2 avqust
.

Cəlbediciliyi artırmaq üçün sadə hiylə - Alimlər açıqladı

Alimlər müəyyən ediblər ki, üz kontrastlı fonla əhatələndikdə və ya tünd saçlarla çərçivələndikdə üz dərisi daha hamar görünür. Bu zaman dərinin özündə heç bir dəyişiklik baş vermir. Nəticələr bəzi rəng kombinasiyalarının xarici görünüşü niyə daha cəlbedici göstərdiyini anlamağa kömək edir. Qaynarinf

14 avqust
.

Psixoloqlara görə telefonda danışarkən gəzməyin əsl səbəbi

Telefon zəng çalanda fərqində olmadan otağın içində fırlanmağa, dəhlizdə o yana-bu yana addımlamağa başlayanlardansınız? Tək deyilsiniz. Bir çox insanın fərqində olmadan sərgilədiyi bu davranış psixoloqlara görə sadə bir vərdişlə məhdudlaşmır. Mütəxəssislər telefon danışığı zamanı ortaya çıxan bu hərəkətliliyi

16 avqust
.

Yayın ən bərəkətli tərəvəzi: Kolundan DƏRDİKCƏ YENİSİ GƏLİR

Xiyarda yüksək məhsuldarlığın sirri təkcə suvarma və gübrələmə deyil. Mütəxəssislər yetişən məhsulların müntəzəm olaraq yığılmasının bitkinin yeni meyvə verməsini dəstəklədiyini bildirirlər. Düzgün yığım üsulu ilə yay boyu bol məhsul əldə etmək mümkündür. xəbər verir ki, xiyar becərilməsində yüksək məhsuldarlı

9 avqust
.

Qarğıdalının yumşaq və şirəli olması üçün bişirərkən nə əlavə etmək lazımdır?

Qaynadılmış qarğıdalı çoxlarının sevdiyi ləzzətlərdən biridir. Lakin düzgün bişirilmədikdə dənələri quru və sərt qala bilər. Əksər insanlar qarğıdalını sadəcə duzlu suda bişirsə də, onu daha yumşaq, şirəli və ləzzətli edən sadə üsul mövcuddur. xarici mediaya istinadən bildirir ki, mükəmməl qaynadılmı

2 avqust
.

55 saat dayanmadan üzüb tarix yazdı - Video

Polşalı üzgüçü Bartlomey Kubkovski inanılmaz uğura imza ataraq Baltik dənizini tam şəkildə üzərək keçən ilk insan kimi tarixə düşüb. "Qafqazinfo" xəbər verir ki, Kubkovski təxminən 160 kilometrlik məsafəni qət edərək İsveçin Koseberqa şəhərindən Polşanın Djnuv sahilinə çatıb. O, bu çətin səyahət

4 avqust
.

Smartfonu uzun müddət qoruyub saxlamağın düzgün yolları AÇIQLANDI

Smartfonu uzun müddət istifadə etmədən saxlayarkən müəyyən qaydalara əməl etmək lazımdır. bildirir ki, bu barədə "BGR" portalı yazıb. Portalın mütəxəssisləri müəyyən səbəblərdən smartfonlarını uzun müddət istifadə etmədən saxlamalı olan şəxslər üçün tövsiyələr siyahısı hazırlayıblar. İlk növbədə

9 avqust
.

Ağcaqanadlardan qorunmağın ən sadə yolu açıqlandı

Ev şəraitində ağcaqanadlardan qorunmaq üçün qablarda və digər yerlərdə yığılan durğun suları vaxtında boşaltmaq lazımdır. xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Rusiyadakı nümayəndəliyi məlumat yayıb. Bildirilib ki, ağcaqanadlar əsasən durğun sularda çoxaldığı üçün evdə və həyətlərd

2 avqust