Nişan hazırlığı üçün köməyə getdi, bacısı oğlunun qızıllarını oğurladı
Salyan rayonunda qadın bacısı oğlunun və onun arvadının qızıllarını oğurlayıb.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə rayonun Şorsulu kəndində baş verib.
İttiham aktına görə, 38 yaşlı Sənubər Rəhimova (şərti adla) bacısı qızının nişanı üçün onların evinə gedib. Evdə nişan üçün hazırlıqlara kömək edərkən heç kimin olmamasından istifadə edib və bacısı oğluna, eləcə də onun arvadına məxsus ümumilikdə 3 500 manatlıq qızılları oğurlayıb.
Zərərçəkənin şikayəti əsasında Sənubər Rəhimova saxlanılıb və barəsində cinayət işi başlanıb.
Təqsirləndirilən şəxs bildirib ki, həyat yoldaşı 2 il əvvəl ölüb və azyaşlı oğlu ilə birgə yaşayır. Oğurladığı qızılları nişan konfetinin kağızına bükərək evinə aparıb. Zinət əşyalarını evin yanında, Kür çayının bəndinin aşağısındakı daşların altında gizlədib. Lakin səhər polis əməkdaşları tərəfindən saxlanılıb.
Yekun olaraq, o, əməlindən peşman olduğunu və azyaşlı övladını tək böyütdüyünü deyərək, barəsində həbslə bağlı olmayan cəza verilməsini xahiş edib.
Zərərçəkən şəxs də oğurlanan qızılların geri qaytarıldığını və xalasına qarşı şikayətinin olmadığını deyib.
Məhkəmənin hökmü ilə Sənubər Rəhimova doqquz ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub. Bundan başqa, ona elektron qolbaq taxmaq, gecə saat 23-dən səhər saat 7-dək yaşadığı evi, həmçinin doqquz ay ərzində isə Salyan rayonunu tərk etməmək tapşırılıb.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 542 Tarix: 09 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Dənizdə boğulma təhlükəsi keçirən müəllim 8 gün sonra həyatını itirdi
Türkiyənin Samsun şəhərinin 19 Mayıs rayonunda sərinləmək üçün dənizə girən ibtidai sinif müəllimi İbrahim Çakmak boğulma təhlükəsi keçirib. Xəstəxanaya yerləşdirilən müəllim 8 gün davam edən həyat mübarizəsindən sonra dünyasını dəyişib. xarici mediaya istinadla xəbər verir ki, hadisə avqustun 26-d
3 sentyabrDƏHŞƏTLİ FACİƏ: 2 qardaş eyni vaxtda öldü - FOTO
Türkiyənin Qaziantep vilayətinin Karkamış rayonunda baş verən motosiklet qəzası iki qardaşın həyatına son qoyub. bildirir ki, hadisə Karkamış rayonunun Keleklioğlu məhəlləsində baş verib. Məlumata görə, hərəkətdə olan motosiklet idarəetmədən çıxaraq aşıb və qəbiristanlığın divarına çırpılıb. Qəza nəticəsind
6 sentyabrİstirahət üçün kirayələdikləri evin hovuzunda boğuldu
Qəbələ rayonunda İmişli sakini bədbəxt hadisə nəticəsində ölüb. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Vəndam qəsəbəsində qeydə alınıb. 29 yaşlı Lamiyə Əhmədli hovuzda boğularaq ölüb. İlkin ehtimala görə, qadın yaxınları ilə birlikdə istirahət məqsədilə Qəbələyə gedibmiş. Hadisə isə məh
1 sentyabrNərdivandan yıxılan 73 yaşlı kişi öldü
Lənkəranda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə sentyabrın 3-də rayonun Sütəmurdov kəndində qeydə alınıb. Belə ki, 1953-cü il təvəllüdlü Mirhəmid Məhəmməd oğlu İbrahimov yaşadığı evin həyətində nərdivandan yıxılıb. O, hadisə yerində ölüb. Faktla bağl
4 sentyabrXırdalanda obyektdə güclü yanğın oldu - Video
Abşeron rayonunun Xırdalan şəhərində obyektdə yanğın baş verib. xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlə
4 sentyabrBakıda yeni tikilən binada yanğın - Fotolar
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində yanğın baş verməsi barədə ilkin məlumat daxil olub. "Qafqazinfo" xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələr
7 sentyabrGöygöldə ölümlə nəticələnən AĞIR QƏZA: Yaralananların vəziyyəti açıqlandı
Göygöl rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb. -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, hadisə nəticəsində xəsarət alan dörd nəfər (bir kişi, üç qadın) avqustun 25-də saat 20:50-də Gəncə Şəhə
26 avqust