Bakıda neft çənlərində GÜCLÜ YANĞIN: Əraziyə FHN və polis qüvvələri cəlb olunub - FOTO+YENİLƏNİB
Bakının Xətai rayonunda baş verən yanğınla əlaqədar polis əməkdaşları da əraziyə cəlb olunublar.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə yerində yanğınsöndürmə və xilasetmə qüvvələrinin maneəsiz fəaliyyətinin təmin olunması məqsədilə polis tərəfindən zəruri operativ tədbirlər görülüb.
16:26
Bakının Xətai rayonunda güclü yanğın baş verib.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə rayonun Orxan İsmayılov küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.
Əlavə məlumat veriləcək.


16:16
Bakıda güclü yanğın başlayıb.
Oxu.Az xəbər verir ki, hadisə 8 Noyabr prospekti yaxınlığında qeydə alınıb.
Hadisə yerindən yayılan görüntülərdə neft çənlərinin yerləşdiyi ərazidən güclü tüstünün qalxdığı və yanğının baş verdiyi görünür.
İlkin iddialara görə, neft çənlərindən birində partlayış baş verib.
Hazırda Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları hadisə yerindədirlər.


Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1824 Tarix: 09 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Turistin taksi kabusu! Soyub soğana çevirdilər
İstanbulun Karaköy rayonunda taksiyə minən kanadalı turist Alex Soliman avtomobildə olan iki qadın tərəfindən qarət edildiyini və bıçaqla yaralandığını iddia edib. Bu barədə xarici mediaya istinadla xəbər verir. Solimanın sözlərinə görə, qadınlar taksinin qapılarını kilidləyərək ondan 6 min 500 lir
31 avqustSərxoş müştəri evinə sifariş gətirən kuryerdən görün nə istədi - VİDEO
Sərxoş olduğu bildirilən rus müştərinin kuryerdən istədiyi qeyri-adi xidmət diqqət çəkib. Müştəri qapısına gələn kuryerdən itini gəzintiyə çıxarmasını istəyib. xarici mediaya istinadla xəbər verir ki, kuryer müştərinin iş öhdəliklərinə daxil olmayan bu xahişi geri çevirməyib. İtin xaltasını götürərə
26 avqustXətaidə narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olunub
Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən profilaktik tədbirlər zamanı "Chevrolet" markalı avtomobili dövlət qeydiyyat nişanı olmadan, konstruksiyasında dəyişiklik etməklə və nəqliyyat vasitəsinin şüşələrinə normativ tələblərə uyğun olmaya
5 sentyabrÜç qurum Ağdamdakı mina partlayışı ilə bağlı MƏLUMAT YAYIB - YENİLƏNİB
Sentyabrın 5-də işğaldan azad edilmiş Ağdam rayonunun Çəmənli Sarıcalı kəndi ərazisində mina partlayışı baş verib. xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri məlumat yayıb. Qeyd edilib ki, Ağcabəd
6 sentyabrNərdivandan yıxılan 73 yaşlı kişi öldü
Lənkəranda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə sentyabrın 3-də rayonun Sütəmurdov kəndində qeydə alınıb. Belə ki, 1953-cü il təvəllüdlü Mirhəmid Məhəmməd oğlu İbrahimov yaşadığı evin həyətində nərdivandan yıxılıb. O, hadisə yerində ölüb. Faktla bağl
4 sentyabrBakıda fərdi yaşayış evi yandı
Bakıda fərdi yaşayış evində yanğın olub. Fövqəladə Hallar Nazirliyindən (FHN) -a verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub. Dərhal əraziyə FHN-in Dövlət Yanğında
29 avqust3 aylıq körpə anasının qucağından yıxılıb öldü
Göyçayda 3 aylıq körpə bədbəxt hadisə nəticəsində ölüb. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Ləkçıplaq kəndində baş verib. Ana evin pilləkənindən yıxılıb. Bu zaman qucağında olan 3 aylıq körpə H.Beydullayev əlindən düşərək baş nahiyəsindən xəsarət alıb. Körpə aldığı xəsarətlər nəticəsind
7 sentyabr