Naxçıvanda 40 minə yaxın ev yeni stansiyalardan işıq alacaq - FOTO

Naxçıvanda 40 minə yaxın ev yeni stansiyalardan işıq alacaq - FOTONaxçıvanda inşa olunan ümumi gücü 50 MVt olan "Şəms 1" və "Qərbi Üfüq" Günəş elektrik stansiyaları (GES) 40 minə yaxın evi elektrik enerjisi ilə təmin edəcək.

Sonxeber.az xəbər verir ki, bunu "Report" a açıqlamasında "Şəms 1" stansiyasının inşasını həyata keçirən şirkətin Naxçıvandakı rəhbəri Nimet Atalay deyib.

Onun sözlərinə görə, 25 MVt gücündə "Şəms 1" Günəş elektrik stansiyasının layihəsi üzrə işlərə təxminən 40-45 gün əvvəl başlanılıb:

"Hazırda stansiyanın 10 MVt gücündə hissəsinin quraşdırılması başa çatdırılıb və həmin hissə enerji verməyə tam hazırdır".

N.Atalay bu çərçivədə əsas məqsədlərinin gələn ayın 15-dən sonra 25 MVt gücündə stansiya ilə bütün sahəni tam şəkildə enerji ilə təmin etmək olduğunu vurğulayıb.

Qeyd edək ki, "Şəms 1" layihəsi 52 hektar ərazidə həyata keçirilir. Stansiyanın istismara verilməsindən sonra ildə təxminən 57 milyon kilovat-saat elektrik enerjisinin istehsal ediləcəyi və 19 minə yaxın ev təsərrüfatının enerji ilə təmin olunacağı gözlənilir. Layihə sayəsində hər il təxminən 26 min ton karbon qazı emissiyasının qarşısının alınacağı və 12 milyon kubmetr təbii qaza qənaət ediləcəyi proqnozlaşdırılır.

Naxçıvan şəhərində inşa olunan digər layihə - 25 MVt gücündə "Qərbi Üfüq" Günəş elektrik stansiyasında topoqrafik işlər artıq tamamlanıb, geoloji tədqiqatlar isə davam etdirilir. Tikinti işlərinə ilin sonunadək başlanılması nəzərdə tutulur. Stansiyanın istifadəyə verilməsi ilə ildə təxminən 61 milyon kilovat-saat elektrik enerjisinin istehsalı və 21 minə yaxın ev təsərrüfatının enerji ilə təmin olunması nəzərdə tutulur.

Beləliklə, hər iki stansiyanın istifadəyə verilməsi ilə ümumilikdə 40 minə yaxın ev təsərrüfatının elektrik enerjisi ilə təmin edilməsi gözlənilir.

Hazırda Naxçıvanda 688 hektar ərazi Günəş Elektrik stansiyalarının tikintisi üçün bərpaolunan enerji mənbələri ərazisi kimi müəyyən edilib. Azərbaycanda bərpaolunan enerji mənbələri üzrə ümumi qoyuluş gücü 2070 MVt təşkil edir. Bunun 108 MVt-ı Naxçıvanın payına düşür. "Şəms 1" və "Qərbi Üfüq" stansiyalarının istifadəyə verilməsi ilə Naxçıvanda bu göstərici 158 MVt-a çatdırılacaq.
Naxçıvanda 40 minə yaxın ev yeni stansiyalardan işıq alacaq - FOTONaxçıvanda 40 minə yaxın ev yeni stansiyalardan işıq alacaq - FOTONaxçıvanda 40 minə yaxın ev yeni stansiyalardan işıq alacaq - FOTONaxçıvanda 40 minə yaxın ev yeni stansiyalardan işıq alacaq - FOTONaxçıvanda 40 minə yaxın ev yeni stansiyalardan işıq alacaq - FOTO


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 53   Tarix: 12 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

ABŞ-ın yeni tarif siyasəti: Azərbaycan üçün fürsət, yoxsa risk? - İQTİSADÇIDAN AÇIQLAMA

Son dövrlərdə ABŞ administrasiyasının tətbiq etdiyi yeni tariflər qlobal ticarətdə yenidən gərginliyi artırıb. Vaşinqtonun bir sıra ölkələrdən idxal olunan məhsullara 10-12,5 faiz həcmində yeni rüsumlar tətbiq etməsi beynəlxalq təchizat zəncirlərinə, istehsal xərclərinə və dünya bazarlarında qiymətlər

6 avqust
.

Azərbaycan pambıq iplik ixracından gəlirini 2 dəfədən çox artırıb

Bu ilin yanvar-may aylarında Azərbaycan 23,25 milyon ABŞ dolları dəyərində 10 min 460 ton pambıq iplik ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 13,35 milyon ABŞ dolları (2,3 dəfə), həcm baxımından isə

27 iyun
.

Azərbaycanın Çexiya ilə ticarəti yarım milyard dolları ötdü

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın Çexiya ilə ticarət dövriyyəsi 529,7 milyon dollar təşkil edib. -ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 9,2% artıb. Hesabat dövründə ölkədən Çexiyaya ixrac 499 milyon dollar təşkil edib. Azərbaycanı

5 avqust
.

Azərbaycanda əhalinin gəlirləri nə qədər artıb?

Bu ilin yanvar-may aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 37 milyard 699.8 milyon manata çatıb. xəbər bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Məlumatda qeyd olunub ki, əhalinin nominal gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 10.2 faiz artıb

10 iyun
.

Azərbaycan dəri istehsalını 2 dəfədən çox artırıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda 25,2 min kvadratmetr emal edilmiş dəri istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə çoxdur. Bu il iyunun 1-nə, Azərbaycanda 137,9 min kvadratmetr hazır məhsul ehtiyat

27 iyun
.

Azərbaycan nefti bahalaşıb

Dünya bazarında "Azeri Light" markalı neft bahalaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 0.56 ABŞ dolları və ya 0.6 % artaraq 93,93 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizin əvvəlki qiyməti 93.37 ABŞ dolları təşkil edib

10 avqust
.

Azərbaycan Türkiyədən taxıl və paxlalı idxalı xərcini 15 % artırıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycan Türkiyədən 99,148 milyon ABŞ dolları dəyərində taxıl, paxlalılar, yağlı toxumlar və onun məhsullarını idxal edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 15,1 % çoxdur. Təkcə iyund

11 iyul
.

Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsi 46 % artıb

Bu ilin yanvar-may aylarında Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsinin dəyəri 482 milyon 267 min ABŞ dolları təşkil edib. "Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 46 % çoxdur. Hesabat dövründə Gürcüstan ilə ticarə

5 iyul
.

Qarabağdakı layihələrin sığortalanması ilə bağlı məlumat bazası yaradılır

"Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən layihələrin sığortalanmasına dair məlumat bazasının yaradılması istiqamətində işlərə başlanılıb". xəbər verir ki, bunu Türkiyə Sığorta Birliyinin sədri Ahmet Yaşar Bakıda keçirilən XI Azərbaycan Beynəlxalq Sığorta Forumunda (AII

25 iyun