Prosesdə əsas yük Ermənistanın üzərinə düşür - POLİTOLOQ
Azərbaycan, Ermənistan və ABŞ nümayəndələrinin üçtərəfli görüşünün Vaşinqton Sammitinin birinci ildönümündə keçirilməsi regionda formalaşan yeni siyasi reallıqlar fonunda diqqət çəkir. Görüşdə Azərbaycan-Ermənistan normallaşma prosesi, sərhədlərin delimitasiyası və etimad quruculuğu tədbirləri müzakirə olunub.
Bəs, bu format regionun geosiyasi mənzərəsinə və Azərbaycan-Ermənistan münasibətlərinin gələcəyinə necə təsir göstərə bilər və üçtərəfli dialoq sülh prosesinin davamlı irəliləməsinə hansı töhfəni verə bilər?
Məsələ ilə bağlı Sonxeber.az-a açıqlama verən politoloq Samir Hümbətov bildirib ki, burada bir neçə amil önə çıxır ki, bunlardan birincisi tərəflərin iradəsidir:
"Tərəflər sülhə doğru atılacaq addımlara hazır olmalı və istər daxili, istərsə də xarici amillərin təsirinə baxmayaraq, sülh istiqamətində qəti addımlar atmağı bacarmalıdır. Bu, xüsusilə Ermənistan üçün əsas şərtdir. Çünki prosesdə əsas yük onun üzərinə düşür. İkinci məsələ xarici amillər, yəni beynəlxalq şəraitdir. Əgər beynəlxalq şərait regionda sülhün yaradılması, bu sülhün uzunmüddətli, dayanıqlı və davamlı olması üçün imkan verərsə və tərəflər də bundan maksimum dərəcədə müsbət istiqamətdə yararlanarsa, nəticə əldə etmək mümkündür".
Politoloq bildirib ki, əka halda, istər region dövlətlərinin, istərsə də qeyri-region dövlətlərinin prosesə təsirləri artarsa və bu dövlətlər regiona ciddi şəkildə cəlb olunarsa, proses ləngimə mərhələsinə keçə bilər:
"Amma son vaxtlar görünən odur ki, tərəflərdən müsbət istiqamətdə mesajlar hiss olunur. Azərbaycanın uzatdığı sülh budağına Ermənistan tərəfindən də müəyyən işarəedici cavab var. Lakin bunu yalnız sözlə deyil, əməllə də görməliyik. Digər məsələ isə Amerika Birləşmiş Ştatları ilə bağlıdır".
Onun sözlərinə görə, hazırda ABŞ İranla müharibə vəziyyətindədir və müharibə aparır:
"Belə olan halda ABŞ-ın diqqəti daha çox həmin məsələyə yönəlib. Amma buna baxmayaraq, Amerika Birləşmiş Ştatları Cənubi Qafqazda sülhün olmasını həqiqətən istəyəcəksə, sülhün əldə edilməsi reallığa çevrilə bilər".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Meşəlik ərazidə meyitləri tapılan 16 yaşlı qız və 29 yaşlı kişi qohum olublar - Lənkərandakı dəhşətli hadisənin DETALLARI - VİDEO
Daha bir ali təhsil ocağının fəaliyyəti DAYANDIRILIR - AÇIQLAMA
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
Uşağı neçə yaşında evdə tək qoymaq olar? - Psixoloqların məsləhətləri
Ceki Çan milli yeməklərimizdən yeyib, muğam dinlədi
Növbəti 2 günlə bağlı əhaliyə HAVA XƏBƏRDARLIĞI
Yuxusuzluq beyni dəyişdirir: Alimlər düşüncə və emosiyalara təsirini izah etdi
Sənədsiz evi olanların NƏZƏRİNƏ: Bunu etməlisiniz
Bu şəxslərə XƏBƏRDARLIQ: 13 000 manatadək CƏRİMƏSİ VAR
Toyuna hazırlaşan bəy ailəsi ilə birlikdə həlak oldu (TƏFƏRRÜAT/FOTO)
Böyük Qayıdış: Qarabağ və Şərqi Zəngəzurun yeni siması
5 740 namizəd müsahibəyə dəvət olunub: Məktəblərdə müəllim çatışmazlığı aradan qalxıb? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Bal satışında YENİLİK: Bunlar əsas götürülməlidir
Sabah da yağış yağacaq