Kondisioneriniz işləyib soyutmursa, səbəb bu ola bilər: Mütəxəssislər xəbərdarlıq etdi
İsti havalarda ev və iş yerlərində intensiv şəkildə istifadə edilən kondisionerlərin performansının aşağı düşməsi və səmərəsiz işləməsi istifadəçiləri narahat edir. Cihazın sıradan çıxdığı düşünülsə də, mütəxəssislər soyutmama probleminin əsasən baxımsız qalan hava filtrlərindən qaynaqlandığını bildirirlər.
Milli.Az xəbər verir ki, kondisioner filtrləri havadakı toz, tük və mikro hissəcikləri tutaraq içəri təmiz havanın daxil olmasını təmin edən qoruyucu qalxan rolunu oynayır. Lakin zamanla dolan filtrlər təmizlənmədikdə hava axını əngəllənir və cihazın soyutma performansı 50 faizə qədər azala bilər. Çirkli filtrlərə görə otağı istənilən temperatura gətirməkdə çətinlik çəkən sistem daha çox güc sərf edərək elektrik xərclərini qatlayır. Eyni zamanda, kondisionerdən gələn qəribə qoxular və normaldan yüksək işləmə səsi də filtrin təcili təmizlənməli olduğundan xəbər verən əsas əlamətlərdəndir.
Təmizlik işinə başlamazdan əvvəl cihazın tamamilə söndürülməsi və elektrik bağlantısının kəsilməsi lazımdır. Filtrelərdə yığılan tozların zəif güclü elektrik süpürgəsi ilə təmizləndikdən sonra ilıq su ilə yaxalanması, sərt kimyəvi maddələrdən və yuyucu süngərlərdən istifadə olunmaması tövsiyə edilir.
Təmizlənmiş filtrlərin nəm şəkildə cihaza taxılması kiflənməyə və pis qoxulara səbəb olduğu üçün kölgədə tamamilə qurudulması həyati əhəmiyyət daşıyır. Filtr təmizliyinə baxmayaraq soyutmayan, su damlası quran və ya qoxu yaymağa davam edən cihazlar üçün isə daxili hissələrin baxımını mütəxəssis servislərə həvalə etmək məsləhətdir.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 265 Tarix: 15 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yüksək intellektli insanların 1 nömrəli hobbisi: Bu, şahmat deyil
İnsanlar çox ağıllı bir şəxsin boş axşamını necə keçirdiyini təsəvvür edərkən, adətən mürəkkəb fəaliyyətlər düşünürlər. Məsələn, şahmat taxtası və ya hansısa tapmaca. Bunun arxasında intellektin əzələ kimi işlədiyi və hobbilərin də onu məşq etdirmək üçün bir vasitə olduğu düşüncəsi dayanır. Qaynarinf
17 avqustXarab olmuş kərə yağını anlamanın sadə yolları
Mətbəxlərdə yeməklərə ləzzət qatmaq və səhər yeməklərini zənginləşdirmək üçün tez-tez istifadə etdiyimiz kərə yağı yağ strukturunun oksidləşməsi və ətrafdakı qoxuları udması səbəbindən zamanla təravətini itirə bilər. Kərə yağında yaranan acılaşma və ya soyuducudakı üstü açıq qidalardan sinən kəskin qoxula
8 avqustYayda dondurma yeyənlərə XƏBƏRDARLIQ
Yay mövsümünü dondurmasız təsəvvür etmək çətindir. Həm böyüklərin, həm də uşaqların sevimli sərinləşdirici qidalarından biri olan dondurma isti havalarda ən çox istehlak edilən məhsullardandır. Lakin vitrindəki hər dondurma eyni keyfiyyət və təhlükəsizlik göstəricilərinə malik olmaya bilər. Məhsulu
15 avqustBu il Günəş sonuncu dəfə tutulur
Bu ilin ikinci və son Günəş tutulması başlayıb. "Qafqazinfo" xəbər verir ki, təbiət hadisəsi tam Günəş tutulmasıdır. Bakı vaxtı ilə saat 23:57-də başa çatacaq tutulmanın maksimum fazası 21:46-da qeydə alınacaq. Ümumilikdə təxminən 5 saat davam edəcəyi gözlənilən proses zamanı Günəş diskini
12 avqustAvqustda MÜTLƏQ ALIN - Sonra tapmayacaqsınız
Yay mövsümünün son ayı olan avqust meyvə və tərəvəz bolluğu ilə seçilir. Məhz bu dövrdə bir çox məhsul süni yetişdirmə üsullarına ehtiyac olmadan, təbii şəraitdə yetişərək bazarlara çıxarılır. Mövsümündə yığılan məhsullar həm daha dadlı, həm də vitamin və mineral baxımından daha zəngin olur. Mütəxəssislə
9 avqust