Ağcaqanadlar ən çox kimləri dişləyir?
Alimlər musiqi festivalında birbaşa eksperiment apararaq müəyyən ediblər ki, pivə və siqaret sevən insanlar ağcaqanadlar üçün əsl "maqnit"ə çevrilirlər.
Lent.az xəbər verir ki, Niderlandın "Lowlands" musiqi festivalında 450-dən çox adamın iştirakı ilə keçirilən araşdırma ağcaqanadların niyə məhz müəyyən insanlara daha çox yaxınlaşdığını üzə çıxarıb.
Alimlərin müəyyən etdiyinə görə, Anopheles növünə aid ağcaqanadlar əvvəlcə insanı nəfəsindən çıxan karbon qazına görə tapır, daha sonra bədən istiliyinə və dərinin fərdi qoxusuna yönəlirlər. Qan qrupu və ya qidalanmanın təsiri ilə bağlı məşhur fikirlər isə təcrübə zamanı təsdiqlənməyib. Bununla belə, dəridə Streptococcus bakteriyalarının yüksək konsentrasiyasının ağcaqanadları daha çox cəlb etdiyi müəyyən olunub.
Hansı hallarda ağcaqanad sancması riski artır?
Müşahidələr göstərib ki, ağcaqanadlar daha çox bu şəxslərin üzərinə qonub:
Son 12 saat ərzində pivə və ya şərab içənlər;
Son iki gün ərzində kannabis istifadə edənlər;
Təcrübədən əvvəl kiminləsə eyni yataqda yatanlar;
Günəşdən qoruyucu krem istifadə etməyənlər.
Maraqlıdır ki, adi ətir ağcaqanadların marağına ciddi təsir göstərməyib. Amma alkoqolla bağlı əlaqə kifayət qədər aydın olub.
Mütəxəssislər ehtimal edirlər ki, spirtli içkilər bədəndən istilik ayrılmasını və karbon qazı ifrazını artıra bilər. Bundan başqa, alkoqol insanı daha aktiv rəqs etməyə sövq edir, nəticədə tərləmə artır. Bu da ağcaqanadların diqqətini daha çox çəkir.
Araşdırmaçılar vurğulayırlar ki, hazırda ağcaqanadlar üçün tamamilə "görünməz" olmağın universal üsulu yoxdur. Hətta pivədən tam imtina etmək belə sancmalardan yüz faiz qorunmağa zəmanət vermir.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 442 Tarix: 16 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Uşağınız bu sözləri tez-tez deyirsə, diqqətli olun
Stenford Universitetinin alimləri müəyyən ediblər ki, uşağın stressli və ya çətin hadisələr barədə necə danışması, onun gələcəkdə psixoloji problemlərlə üzləşmə riskini proqnozlaşdırmaq baxımından danışdığı hadisənin özündən daha əhəmiyyətli ola bilər. xarici mediaya istinadən xəbər verir ki, tədqiqa
19 avqustAvqustda MÜTLƏQ ALIN - Sonra tapmayacaqsınız
Yay mövsümünün son ayı olan avqust meyvə və tərəvəz bolluğu ilə seçilir. Məhz bu dövrdə bir çox məhsul süni yetişdirmə üsullarına ehtiyac olmadan, təbii şəraitdə yetişərək bazarlara çıxarılır. Mövsümündə yığılan məhsullar həm daha dadlı, həm də vitamin və mineral baxımından daha zəngin olur. Mütəxəssislə
9 avqustDörd nəsilin fərqi: Cəlbedicilik haqqında anlayış tamamilə dəyişir
İnsanların cəlbedicilik haqqında təsəvvürləri zaman keçdikcə dəyişir. Qaynarinfo xəbər verir ki, "YourTango" nəşrinin yazdığına görə, gənclik və simmetrik üz cizgiləri bütün dövrlərdə ümumi meyar hesab olunsa da, hər nəslin özünəməxsus üstünlükləri var. Mütəxəssislərin fikrincə, əvvəlki nəsillə
6 avqustDünyanın yarısının danışdığı beş dil
Dünyada milyardlarla insan müxtəlif dillərdə danışır, lakin bəzi dillər həm danışanların sayı, həm də qlobal təsir imkanlarına görə digərlərindən ciddi şəkildə fərqlənir. 2026-cı il üzrə təqdim edilən məlumatlara əsasən, ingilis, Çin, hindi, ispan və ərəb dilləri dünyanın ən geniş yayılan dilləri sırasınd
19 avqustBir fincan çay 66 yaşlı britaniyalının həyatını xilas etdi
Britaniya sakini, 66 yaşlı Kolin Hodckinson 2025-ci ildən etibarən udqunma çətinliyi və boğaz ağrısından əziyyət çəkirdi. O, dəfələrlə həkim müayinəsindən keçsə də, mütəxəssislər narahatlığın əsl səbəbini müəyyən edə bilməyib və ona dəfələrlə antibiotik təyin ediblər. Xəstəliyin dəqiq diaqnozunun müəyyənləşdirilməsin
18 avqustKişi biskvit yeyən arvadını döyüb öldürdü
Qazaxıstanda kişi biskvit yeyən arvadını öldürüb. yerli mediaya istinadən xəbər verir ki, hadisə Cambıl vilayətinin Merken rayonunda qeydə alınıb. Kişi biskvit yeyən arvadını döyərək öldürüb. Hadisədən sonra qadının rəfiqəsi bildirib ki, əri ona mütəmadi olaraq fiziki zorakılıq tətbiq edib. Bundan başqa
19 avqustKondisioner ustası təmir zamanı hansı hissələri dəyişdirə bilər?
Kondisionerdə yaranan hər nasazlıq eyni üsulla aradan qaldırılmır. Bəzi hissələr bərpa edilə bilir, bəziləri isə işlək vəziyyətə gətirilmədiyi üçün yenisi ilə əvəz olunur. Kondisioner ustası əvvəlcə cihazı yoxlayır. Elektrik bağlantıları, bəzi kontaktlar və xırda nasazlıqlar çox vaxt bərpa edilə bilir
17 avqustAlimlər yaşlanan beyində gözlənilməz proses aşkarladı
Stanford Universitetinin alimləri yaşlanma zamanı qandan olan immun hüceyrələrinin beyinə daxil olduğunu müəyyən ediblər. xəbər verir ki, bu nəticə beynin immun sisteminin uzun müddət düşünüldüyü kimi tamamilə qapalı və orqanizmin digər hissələrindən ayrı olmadığını göstərir. Tədqiqatçılar müəyyən ediblə
16 avqust