Maqnitlər soyuducunu xarab edir və işıq pulunu artırır? - Mütəxəssislər mifləri dağıtdı
Bir çox insan səyahətlərdən gətirdiyi və ya hədiyyə aldığı suvenir maqnitlərlə soyuducunun qapısını bəzəyir. Lakin illərdir bu adi aksessuarlarla bağlı müxtəlif iddialar səsləndirilir. Bəziləri maqnitlərin soyuducunun elektronikasına zərər verdiyini, digərləri isə elektrik sərfiyyatını artırdığını düşünür. Məişət texnikası istehsalçıları və mütəxəssislər bu mövzuda yayılan miflərə aydınlıq gətiriblər.
Lent.az xəbər verir ki, müasir soyuducular mürəkkəb elektronika, sensorlar və rəqəmsal displeylərlə təchiz olunsa da, adi dekorativ maqnitlərin yaratdığı maqnit sahəsi son dərəcə zəifdir. Buna görə də onlar kompressora, elektron lövhələrə və ya sensorlara heç bir zərər vurmur. Bununla belə, çoxlu sayda iri keramika və ya metal maqnitlərin qapıya yığılması müəyyən problemlər yarada bilər. Qapının üzərinə həddindən artıq yük düşdüyü üçün zamanla menteşələr boşala, qapı əyilə və rezin izolyasiya korpusa tam oturmayaraq soyutma sisteminin səmərəliliyini azalda bilər.
Maqnitlər elektrik sərfiyyatını artırır?
Mütəxəssislər bildirirlər ki, maqnitlərin elektrik sayğacına və ya soyuducunun enerji sərfiyyatına təsir göstərməsi barədə iddiaların heç bir elmi əsası yoxdur. Suvenir maqnitlərin yaratdığı maqnit sahəsi cihazın enerji istehlakına təsir edəcək qədər güclü deyil.
Soyuducunun daha çox elektrik işlətməsinə nə səbəb olur?
Elektrik sərfiyyatına təsir edən əsas amillər cihazın texniki vəziyyəti və istifadə qaydalarıdır. Bunlara qapının rezin izolyasiyasının köhnəlməsi və ya zədələnməsi, qapının uzun müddət açıq saxlanılması, soyuducuya isti yeməklərin qoyulması, cihazın soba və ya radiatorun yanında yerləşdirilməsi, həmçinin arxa hissədəki kondensatorların tozlanması daxildir.
Elektrik sərfiyyatını necə azaltmaq olar?
Mütəxəssislər soyuducunun həm daha qənaətli işləməsi, həm də uzunömürlü olması üçün bir neçə sadə qaydaya əməl etməyi tövsiyə edirlər. Soyuducu kameranın temperaturunu 4-5 dərəcə, dondurucu bölməni isə təxminən mənfi 18 dərəcədə saxlamaq, yeməkləri soyuduqdan sonra soyuducuya yerləşdirmək, qapının rezinini vaxtaşırı yoxlamaq və arxa hissədəki tozu mütəmadi təmizləmək enerji sərfiyyatını azaltmağa kömək edir. Dekorativ maqnitlər nə soyuducunu xarab edir, nə də elektrik xərclərini artırır. Əsas məsələ qapını həddindən artıq ağır əşyalarla yükləməmək və cihaza düzgün qulluq etməkdir.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 498 Tarix: 16 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşQuru meyvələrin gizli təhlükəsi - Həkimdən xəbərdarlıq
"Quru meyvələr tez-tez şirniyyatlara tam təhlükəsiz və faydalı alternativ kimi qəbul edilsə də, bəzi hallarda sağlamlığa ciddi zərər vura bilər". "Qafqazinfo" xəbər verir ki, bu barədə rusiyalı dietoloq Maryana Cutova bildirib. Mütəxəssis xəbərdarlıq edib ki, bol miqdarda quru meyv
13 noyabrPomidoru soyuducuda saxlamayın
Təzə pomidorları soyuducuda saxlamaq onların dadına, ətrinə və quruluşuna mənfi təsir göstərə bilər. Mütəxəssislərin fikrincə, pomidorları otaq temperaturunda saxlamaq daha məqsədəuyğundur. xarici mediaya istinadən xəbər verir ki, meyvə, tərəvəz və göyərtiləri aldıqdan dərhal sonra soyuducuya yerləşdirmə
14 noyabrPayızda yatmazdan əvvəl bunları edin - Səhərə gümrah oyanmağın yolları
Payız aylarında havaların soyuması, günlərin qısalması və temperaturun dəyişməsi insan orqanizminə təsirsiz ötüşmür. Bu dövrdə yuxu rejiminə diqqət yetirmək, səhərlər yorğun oyanmamaq və sağlamlığı qorumaq üçün yatmazdan əvvəl bəzi sadə qaydalara əməl etmək tövsiyə olunur. xəbər verir ki, yuxudan əvvə
7 noyabrXurma niyə ağızda büzüşmə yaradır və nə qədər şəkərlidir?
Payızın gəlişi ilə xurma mövsümü də başlayır. Bu dadlı meyvə haqqında cəmiyyətdə müxtəlif yanlış təsəvvürlər mövcuddur. Bəziləri xurmanın həddindən artıq şəkərli və kalorili olduğunu düşünür, digərləri isə onun ağızda yaratdığı büzüşmə hissindən narahat olur. Bəs əslində xurma nə qədər faydalıdır v
15 noyabrPeçenyedə dadı dəyişən gizli səhv bu imiş
Peçenyelərin daha dadlı, yumşaq və ideal formada alınması üçün istifadə olunan inqrediyentlərin miqdarını dəqiq ölçmək vacibdir. Ölkə.az yerli mediaya istinadən xəbər verir ki, mütəxəssislər bunun üçün adi ölçü qablarından deyil, mətbəx tərəzisindən istifadə etməyi tövsiyə edirlər. Peçenye hazırlanmas
11 noyabrMətbəxdə paket yığanlara mütəxəssislərdən xəbərdarlıq: Təhlükə saçır
Milyonlarla evdə marketlərdən gətirilən plastik paketlər "bir gün lazım olar" deyə mətbəx şkaflarında və ya rəflərin altında toplanır. Lakin mütəxəssislər demək olar ki, hər kəsin etdiyi bu vərdişin ciddi səhiyyə təhlükələri yaratdığını bildirərək, həmin paketlərin dərhal evdən atılması üçü
7 noyabrQocalmanı gecikdirən ən təsirli qidalar - Siyahı
Sağlam yaşlanmaq, dərinin gəncliyini qorumaq və immuniteti güclü saxlamaq hər zaman diqqət mərkəzindədir. Orqanizmin özünün istehsal etdiyi, lakin qidalar vasitəsilə də dəstəklənməli olan kükürd tərkibli sistein amin turşusu hüceyrələrin yenilənməsində mühüm rol oynayır. Hüceyrələrin qocalmasının qarşısın
13 noyabrDünyada sahili olmayan yeganə dəniz
Yer kürəsində sahili və limanı olmayan yeganə dəniz mövcuddur. Atlantik okeanının daxilində yerləşən Sarqasso dənizinin sərhədlərini quru sahələri deyil, dörd güclü okean axını formalaşdırır. -a istinadən bildirir ki, bu qeyri-adi dəniz Floridadan təxminən 950 kilometr şərqdə yerləşir. Ona ən yaxın qur
14 noyabrMətbəxlərdə mərmər dövrü bitdi: Yeni sistem gəldi
İllərdir lüksün simvolu olan mərmər mətbəx dəzgahları cızılma, ləkə və qulluq problemlərinə qarşı daha davamlı olan farfor, sinterlənmiş daş və kvars kimi yeni nəsil alternativlərlə əvəz olunur. xəbər verir ki, təbii damarlı və şık görünüşə malik mərmər məsaməli quruluşu səbəbindən limon, qəhvə və ya
14 noyabr