IMAX zalında kondisioner işləmir - Tamaşaçılara ödənişdən sonra məlumat verilir
Bakıda yerləşən "Flame Towers" kompleksindəki Park Cinema-nın IMAX zalında bir neçə gün ərzində kondisioner sistemi işləməyib.
Sonxeber.az "1news.az"a istinadən xəbər verir ki, 282 nəfərlik zalda axşam seansları tam dolu olub. Biletlərin bir neçə gün əvvəldən satıldığı bildirilib. Bununla bağlı şikayət sosial şəbəkədə yazılıb.
Ziyarətçilərdən biri problemdən yalnız biletin ödənişini etdikdən sonra kassadakı əməkdaş tərəfindən xəbərdar edildiyini bildirib. Əvvəlki seansdan çıxan tamaşaçılar isə zalın içərisində temperaturun foyedəkindən xeyli yüksək olduğunu söyləyiblər.
Bileti geri qaytarmaq mümkün olsa da, seansın başlamasına az vaxt qaldığından kassadakı növbə səbəbindən bu, praktiki olaraq çətin olub.
Şirkətdən bildirilib ki, buna anomal isti hava və zalın tam dolu olması səbəb olub.
Qeyd edək ki, IMAX zalında seanslar əvvəlcədən, hətta iki həftə əvvəldən tam satılıb. Buna baxmayaraq, 14 avqust tarixində onlayn bilet satışında kondisionerin işləməməsi ilə bağlı hər hansı xəbərdarlıq yer almayıb və seanslar əvvəlki qaydada satışa çıxarılıb.
Həmin gün IMAX zalında biletin qiyməti 14 manat olub. Bu, adi zalın bilet qiymətindən 56 faiz bahadır.
Məsələ ilə bağlı İstehlakçıların Hüquqlarının Müdafiəsi İttifaqında vəziyyət istehlakçı hüquqlarının pozulması kimi qiymətləndirilib. Məsələ ilə bağlı aidiyyəti dövlət qurumuna sorğu göndərilib. Xəbər yayımlananadək sorğuya cavab verilməyib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 287 Tarix: 17 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Poz-Qazan" oyunlarında sentyabrda 22 böyük uduş qazanılıb
Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya"nın "Poz-Qazan" oyunları sentyabrda ümumilikdə 3,144,137 ədəd uduşlu bilet sahiblərini sevindirib. Bu biletlər üzrə ödənilən ümumi uduş məbləği 15,823,889 manat təşkil edib. Onlar arasında 22 böyü
2 oktyabrAzərbaycanda 3 gün ardıcıl İŞ OLMAYACAQ: TARİXLƏR AÇIQLANDI
Bu ilin geridə qalan iş günlərini təqdim edirik. xəbər verir ki, qarşıdakı aylarda qeyri-iş günlərinin sayı iş həftəsinin formasından asılı olaraq dəyişəcək. Belə ki, oktyabr ayında beşgünlük iş həftəsi ilə çalışanlar üçün 9, altıgünlük iş həftəsi ilə çalışanlar üçün isə 4 istirahət günü olacaq. Noyab
3 oktyabrVasif Talıbov YAP-ın İdarə Heyətindən çıxarıldı: Yeni tərkibdə kimlər var?
Yeni Azərbaycan Partiyası (YAP) VII qurultayı keçirilib. xəbər verir ki, qurultayda İdarə Heyətinin (İH) yeni tərkibi müəyyənləşib. Belə ki, Vasif Talıbov, Cavid Osmanov, Elşad Mirbəşiroğlu, Ramin Məmmədov və Rövşən Bayramov idarə heyətinin üzvlüyündən çıxarılıblar. Bundan əlavə, Ziyafət Əsgərov, Hicra
2 oktyabrTemperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında oktyabrın 2-si axşamdan gözlənilən yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, 3-ü səhərədək arabir güclü olacağı ehtimalı var. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb. Fasilələrlə yağışlı hava şəraiti oktyabrın 4-
1 oktyabrBu şəxslərə əlavə MAAŞ ÖDƏNİLMƏLİDİR - AÇIQLAMA
Əmək müqaviləsi ilə çalışan işçilərin artıq iş saatlarında, istirahət və bayram günlərində, gecə vaxtı, eləcə də ağır və zərərli əmək şəraitində işləməsi zamanı əlavə ödəniş məsələsi əmək qanunvericiliyi ilə tənzimlənir. Bu ödənişlərin düzgün hesablanması və vaxtında verilməsi işçinin əmək hüquqlarını
2 oktyabr