İşğaldan azad edilmiş ərazilərdə yaşayanlara XƏBƏRDARLIQ - Təhlükə DAVAM EDİR

İşğaldan azad edilmiş ərazilərdə yaşayanlara XƏBƏRDARLIQ - Təhlükə DAVAM EDİRİşğaldan azad edilmiş ərazilərdə mina təhlükəsi hələ də insanların həyat və sağlamlığı üçün ciddi risk olaraq qalır. Son günlər Kəlbəcər və Xocavənddə baş verən mina partlayışları bu problemin aktuallığını bir daha göstərib. Ərazilərin mərhələli şəkildə bərpa olunması, kənd təsərrüfatı və tikinti işlərinin genişlənməsi fonunda minalarla çirklənmiş sahələrdə çalışan vətəndaşların təhlükəsizliyi xüsusi əhəmiyyət daşıyır.

Bəs, davam edən mina partlayışları təhlükənin real miqyasını necə göstərir və bu ərazilərdə çalışan insanların həyatını qorumaq üçün mövcud tədbirlərlə yanaşı hansı əlavə təhlükəsizlik mexanizmlərinin tətbiqinə ehtiyac var?
İşğaldan azad edilmiş ərazilərdə yaşayanlara XƏBƏRDARLIQ - Təhlükə DAVAM EDİRMəsələ ilə bağlı Sonxeber.az-a açıqlama verən hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, işğaldan azad edilmiş ərazilərdə mina partlayışları hələ də davam edir və insanlar xəsarət alırlar. Baxmayaraq ki, bu məsələ ilə bağlı Azərbaycan Minalardan Təmizləmə Agentliyi - ANAMA, Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və digər müvafiq qurumlar dəfələrlə müraciətlər ediblər, bəzi hallarda insanlar səhlənkarlıq edir, təhlükəni ciddiyə almırlar.

"Unutmaq olmaz ki, bu gün də SSRİ dövründən və İkinci Dünya müharibəsindən qalan aviasiya bombaları və minalar axtarılır, tapılır və bəzən onların fəsadları da özünü göstərir. Biz isə torpaqlarımızı cəmi 3-4 ildir işğaldan azad etmişik. Təəssüf ki, torpaqlar işğal altında olduğu dövrdə ermənilər və onlara havadarlıq edənlər həmin ərazilərin mina xəritələrini və formulyarlarını Azərbaycana təqdim etməyiblər. Ona görə də mina partlayışları dünən də olub, bu gün də var və sabah da ola bilər".

Ekspert vurğulayıb ki, insanlarımız maksimum diqqətli olmalıdırlar:

"Xüsusilə son vaxtlar minalardan təmizlənməmiş ərazilərdə ağır texnikanın iştirakı ilə hadisələr baş verir. Yay aylarında yanğınların baş verdiyi ərazilərdə də mina partlayışları qeydə alınır. Vətəndaşlarımız öz təhlükəsizliklərini qorumalıdırlar. Bildiyim qədər, bu gün də Qarabağa köçən insanlara evlərinin açarları ilə birlikdə ANAMA əməkdaşları tərəfindən təhlükəsizlik qaydaları izah edilir. Bəzən insanlar həmin qaydalara əməl etmirlər, hadisə baş verdikdən sonra isə bunu bədbəxt hadisə kimi qiymətləndirirlər. Kimsə ayağını, kimsə gözünü, kimsə qolunu itirir".

Onun sözlərinə görə, əlavə tədbirlər məsələsinə gəldikdə isə, ilk növbədə gündəlik məlumatlandırma aparılmalıdır:

"İşğaldan azad olunmuş ərazilərdə daha çox xəbərdarlıq lövhələri, plakatlar və bilbordlar olmalıdır. İnsanların köçdüyü həyətlərdə də minalardan ehtiyatlı olmaqla bağlı xatırlatmalar yerləşdirilməlidir. Partlamamış sursat aşkar edildikdə isə vətəndaşlar dərhal müvafiq qurumlara, yaxınlıqdakı polis bölməsinə və ya hüquq-mühafizə orqanlarına məlumat verməlidirlər. Heç bir halda partlamamış sursata toxunmaq, onu başqa yerə aparmaq və ya özləri zərərsizləşdirməyə çalışmaq olmaz".

Ekspert qeyd edib ki, ötən həftələrdə absurd bir hadisə baş verib:

"Paytaxtda yaşayan, Qarabağda çalışan bir şəxs partlamamış sursatın bir hissəsini tapıb. Onu çantasına yerləşdirmək istəyib, lakin dəmir hissə çantaya sığmayıb. Bundan sonra həmin metalı mişarla kəsməyə başlayıb və partlayış baş verib. Nəticədə özü həyatını itirib, yanındakı şəxs isə ömürlük əlil olub. Belə hallara da rast gəlirik. Ona görə hesab edirəm ki, Azərbaycan insanı bu məsələlərdə son dərəcə diqqətli və ehtiyatlı olmalıdır. Vətəndaşlarımız onlara verilən məlumatlara ciddi yanaşmalıdırlar".

Ekspert həmçinin bildirib ki, Azərbaycan Dövlət Televiziyası və İctimai Televiziya da Qarabağa köçən insanlar üçün hər həftə maarifləndirici roliklər, xəbərlər və təlimatlar hazırlamalıdır. Heç nə insan həyatından önəmli sayıla bilməz. İnsanlarımızın həyatını qorumaq üçün onları mütləq məlumatlandırmalıyıq.

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 657   Tarix: 17 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Poz-Qazan" oyunlarında sentyabrda 22 böyük uduş qazanılıb

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya"nın "Poz-Qazan" oyunları sentyabrda ümumilikdə 3,144,137 ədəd uduşlu bilet sahiblərini sevindirib. Bu biletlər üzrə ödənilən ümumi uduş məbləği 15,823,889 manat təşkil edib. Onlar arasında 22 böyü

2 oktyabr
.

Azərbaycanda 3 gün ardıcıl İŞ OLMAYACAQ: TARİXLƏR AÇIQLANDI

Bu ilin geridə qalan iş günlərini təqdim edirik. xəbər verir ki, qarşıdakı aylarda qeyri-iş günlərinin sayı iş həftəsinin formasından asılı olaraq dəyişəcək. Belə ki, oktyabr ayında beşgünlük iş həftəsi ilə çalışanlar üçün 9, altıgünlük iş həftəsi ilə çalışanlar üçün isə 4 istirahət günü olacaq. Noyab

3 oktyabr
.

Vasif Talıbov YAP-ın İdarə Heyətindən çıxarıldı: Yeni tərkibdə kimlər var?

Yeni Azərbaycan Partiyası (YAP) VII qurultayı keçirilib. xəbər verir ki, qurultayda İdarə Heyətinin (İH) yeni tərkibi müəyyənləşib. Belə ki, Vasif Talıbov, Cavid Osmanov, Elşad Mirbəşiroğlu, Ramin Məmmədov və Rövşən Bayramov idarə heyətinin üzvlüyündən çıxarılıblar. Bundan əlavə, Ziyafət Əsgərov, Hicra

2 oktyabr
.

Temperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında oktyabrın 2-si axşamdan gözlənilən yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, 3-ü səhərədək arabir güclü olacağı ehtimalı var. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb. Fasilələrlə yağışlı hava şəraiti oktyabrın 4-

1 oktyabr
.

Bakıda restoran sakinlərin narazılığına səbəb olub: "Gecələr rahat yata bilmirik" - Video

Bakının Yasamal rayonunda fəaliyyət göstərən restoran ətrafda yaşayan sakinlərin narazılığına səbəb olub. Məlumat -ın sorğusuna cavab olaraq Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən verilib. "Bakıxanov küçəsi, 2 ünvanında yerləşən "Scalini" restoranının havalandırma sisteminə quraşdırılmı

2 oktyabr
.

Boşanmaq istəyən qadın ərindən necə təhlükəsiz ayrıla bilər? - PSİXOLOQDAN AÇIQLAMA

Boşanmaq istədiyi üçün həyat yoldaşı tərəfindən öldürülən qadınlarla bağlı xəbərlər qadınların zorakılıq münasibətlərindən təhlükəsiz şəkildə çıxması məsələsini yenidən gündəmə gətirir. Təhdid və şiddət görən qadın üçün münasibətdən ayrılmaq qərarı bəzən ciddi təhlükə yarada bilər. Bəs qadın şiddət görmədə

2 oktyabr
.

Zəngəzurda saxlanılan Azərbaycan əsgəri ilə bağlı Ermənistan məhkəməsi qərar verdi

Zəngəzurda saxlanılan Azərbaycan əsgəri Nəsimi Musayev barəsində məhkəmə qərar verib. Bu barədə Ermənistan KİV-ə istinadən xəbər verir. Məlumata görə, məhkəmə istintaqın vəsatətini təmin edib və naməlum şəraitdə Ermənistan ərazisinə keçən Azərbaycan əsgəri Nəsimi Musayevin iki ay müddətinə həbs edilməs

2 oktyabr
.

Bu şəxslərə əlavə MAAŞ ÖDƏNİLMƏLİDİR - AÇIQLAMA

Əmək müqaviləsi ilə çalışan işçilərin artıq iş saatlarında, istirahət və bayram günlərində, gecə vaxtı, eləcə də ağır və zərərli əmək şəraitində işləməsi zamanı əlavə ödəniş məsələsi əmək qanunvericiliyi ilə tənzimlənir. Bu ödənişlərin düzgün hesablanması və vaxtında verilməsi işçinin əmək hüquqlarını

2 oktyabr
.

MTK-ların "kvadrat oyunu": Vətəndaşa satılan mənzilin sahəsi necə şişirdilir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

MTK-ların mənzil satışında kvadratmetr hesablaması vətəndaşların ciddi narazılığına səbəb olan məsələlərdəndir. Mənzilin sahəsinə dəhliz, divarların tutduğu hissə və digər sahələr daxil edilərək alıcıya daha böyük kvadrat satılır, nəticədə vətəndaş faktiki istifadə edə bilmədiyi sahənin pulunu da ödəyir

2 oktyabr