Bahalı avtomobil alarkən bunlara diqqət etmək lazımdır - Ekspert AÇIQLADI
Lüks avtomobil alarkən yüksək alış qiyməti ilə yanaşı, sonrakı texniki xidmət və təmir xərcləri də nəzərə alınmalı əsas məsələlərdəndir. Xüsusilə işlənmiş premium avtomobillərdə mühərrik, sürətlər qutusu, elektron sistemlər, pnevmatik və adaptiv asqı kimi mürəkkəb komponentlər yarandıqda təmir xərcləri ciddi məbləğlərə çata bilər.
Bəs, hansı lüks avtomobillər etibarlılıq və saxlanma xərcləri baxımından daha risklidir, alıcı avtomobili əldə etməzdən əvvəl mühərrik, yürüş, elektronika, kuzov və digər əsas sistemləri necə yoxlatdırmalı və sonradan gözlənilməz böyük xərclərlə üzləşməmək üçün hansı məqamlara xüsusi diqqət yetirməlidir?
Məsələ ilə bağlı Sonxeber.az-a açıqlama verən avtomobil mütəxəssisi Razil Nağıyev bildirib ki, lüks avtomobil alarkən sürücülər yalnız avtomobilin alış qiymətinə deyil, onun sonrakı texniki xidmət və təmir xərclərinə də diqqət yetirməlidirlər.
"Premium avtomobillərdə mühərrik, transmissiya, elektronika və asqı sistemləri daha mürəkkəb olduğundan, nasazlıq zamanı təmir xərcləri də yüksək ola bilər. Xüsusilə bəzi premium modellərində texniki xidmət və ehtiyat hissələrinin qiyməti yüksək ola bilər. Lakin risk yalnız markadan asılı deyil. Konkret model, mühərrik, istehsal ili, yürüş və avtomobilin əvvəlki texniki xidmət tarixçəsi daha böyük əhəmiyyət daşıyır".
Ekspert bildirib ki, avtomobil almadan əvvəl ilk növbədə VIN nömrəsi və servis tarixçəsi yoxlanılmalıdır:
"Qəza keçmişi, real yürüş, əvvəlki təmir işləri və servis məlumatları araşdırılmalıdır. Texniki baxış zamanı ən vacib məsələ mühərrikin vəziyyətidir. Mühərrik mümkün qədər soyuq halda işə salınmalı, işə düşməsi, qeyri-adi səslər, vibrasiya, tüstü, yağ və antifriz sızmaları, turbo və soyutma sisteminin vəziyyəti yoxlanılmalıdır. Mürəkkəb və turbo mühərriklərdə bu yoxlama xüsusilə vacibdir".
Onun sözlərinə görə, ikinci əsas məsələ transmissiyadır:
"Sürətlər dəyişdirilərkən zərbə, gecikmə, silkələnmə və ya qeyri-normal səslər olmamalıdır. Transmissiya ilə bağlı problemlərin təmiri lüks avtomobillərdə kifayət qədər bahalı ola bilər. Asqı sistemi, xüsusilə pnevmatik asqı olan avtomobillərdə, mütləq yoxlanılmalıdır. Avtomobil dayandıqdan sonra kuzovun bir tərəfinin aşağı düşməsi, kompressorun həddindən artıq işləməsi və ya asqının hündürlüyünün düzgün dəyişməməsi nasazlıq əlaməti ola bilər".
Ekspert qeyd edib ki, elektron sistemlərin diaqnostikası da vacibdir:
"Mühərrik və transmissiya ilə yanaşı, elektron idarəetmə bloklarında saxlanılan xətalar, ABS/ESP, airbag, radar və kamera sistemləri, parkinq sensorları, adaptiv kruiz-kontrol və digər əsas elektron funksiyalar yoxlanılmalıdır. Ən düzgün yanaşma avtomobili almamışdan əvvəl servis mərkəzində kompleks texniki diaqnostika etdirməkdir. Alıcı avtomobilin alış qiyməti ilə yanaşı, ilkin təmir və növbəti 1-2 il ərzində yarana biləcək texniki xidmət xərclərini də əvvəlcədən hesablamalıdır".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Zəngəzurda saxlanılan Azərbaycan əsgəri ilə bağlı Ermənistan məhkəməsi qərar verdi
Azərbaycanda dörd qanun ləğv ediləcək
40 dəqiqə soyuqda avtobus gözləyən sərnişin: AYNA və BakuBus bu nəqliyyat problemini nə vaxt görəcək?
Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarıldı - Aralarında baş həkimlər də var
Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır (VİDEO)
"Bakı Metropoliteni" kanat yolları ilə sərnişin daşıyacaq
Mehdiyevin gəlininin BOKT-nun lisenziyası ləğv edildi
Temperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ
Bakıda mənzillərin kvadratmetri 19 min manat oldu - Ən bahalı ünvanlar
82 yaşlı Hacıbala Abutalıbov illər sonra görüntüləndi - Video
Prezident: "Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq"
Bakıda restoran sakinlərin narazılığına səbəb olub: "Gecələr rahat yata bilmirik" - Video
Trampdan İrana yeni zərbə mesajı: ABŞ Yaxın Şərqə 10 min hərbçi göndərir
15 gün əvvəl təyin olunmuşdu, vəzifəsindən ayrıldı