Yeni yolların aqibəti: Tıxaclara çarə ,yoxsa müvəqqəti həll?
Dünyada və Azərbaycanda bir çox fərqli qədim və müasir şəhər var. Paytaxt şəhər isə ölkənin idarə mərkəzi olan əsas şəhərdir. Burada milyonlarla insan bir yerdə yaşayır və işləyir. Şəhərlərdə tıxaclar çox vaxt infrastruktur məhdudiyyətləri,əhali sıxlığı və fərdi sürücü davranışı ilə əlaqəli müxtəlif amillər səbəbindən baş verə bilər.Pik saatlarda isə bu hal daha da qaçınılmaz olur .Darboğazlar, işıqforlar və dayanıb getmə hərəkəti, tikinti və yol işləri, qəzalar və hadisələr, qeyri-adekvat ictimai nəqliyyat, əhali artımı, əlverişsiz hava şəraiti tıxacları yaradan əsas amillərdir.
Mövzu ilə bağlı Sonxeber.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, şəhər böyüdükcə şəhərin böyük problemləri meydana gəlir:
"İnsanlar şəhərin bölünməsindən narahat olmağa başlayırlar. Çünki bildiyimiz kimi böyük şəhərlərin böyük problemləri var. Paytaxtın və yaxud meqopolisin özünün xüsusi çətinlikləri var. Bunların ən başlıcası tıxacdır.Bu tıxacın aradan qalxması üçün müəyyən dərəcədə tədbirlər görülsə belə,yekun olaraq tıxac bu və digər formada öz həlliini tapa bilmir".
Ekspert hesab edir ki,əsasən tıxacın yaranma səbəblərindən birincisi nəqliyyat axınlarının düzgün təyin edilə bilməməsi, nəqliyyat axınlarının koordinasiya edilə bilməməsidir:
"Nəqliyyat sistemi,nəqliyyat şəbəkəsinin bir-biri ilə konseptual bağlılığının aşkarlanmasına zərurət var. Bu nə deməkdir?. Bu o deməkdir ki,nəqliyyat bağlılığı olan ərazilər bir- biri ilə kordiinal olaraq əlaqəli olmalıdır. Yəni evindən çıxan adam işə gedirsə,o minimal xərclə, minimal vaxtla maksimal məsafə qət edərsə, özünü necə deyərlər, xoşbəxt saya bilər. Yəni insanın iş yerinin yaxın olub-olmamasının fərqi yoxdur, böyük ölkələrdə , inkişaf etməkdə olan ölkələrdə paytaxtın harasındasa yaşamaq məcburiyyətində deyilsən. Yetər ki, infrastruktur sənə əlçatan olsun,yaxın olsun. Metro xətti yaxın olsun, dəmiryol stansiyası yaxın olsun, hava limanı stansiyası yaxın olsun. Bunlar hamısı bir- birilə artıq bir vəhdət təşkil edərsə, bu problemlər aradan qalxa bilir. Yox,əgər bunlar edilməzsə,artıq bu problemlər müəyyən dərəcədə öz həllini tapmaya bilir".
Lalə Məmmədova
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Zəngəzurda saxlanılan Azərbaycan əsgəri ilə bağlı Ermənistan məhkəməsi qərar verdi
Azərbaycanda dörd qanun ləğv ediləcək
40 dəqiqə soyuqda avtobus gözləyən sərnişin: AYNA və BakuBus bu nəqliyyat problemini nə vaxt görəcək?
Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarıldı - Aralarında baş həkimlər də var
Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır (VİDEO)
"Bakı Metropoliteni" kanat yolları ilə sərnişin daşıyacaq
Mehdiyevin gəlininin BOKT-nun lisenziyası ləğv edildi
Temperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ
Bakıda mənzillərin kvadratmetri 19 min manat oldu - Ən bahalı ünvanlar
82 yaşlı Hacıbala Abutalıbov illər sonra görüntüləndi - Video
Prezident: "Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq"
Bakıda restoran sakinlərin narazılığına səbəb olub: "Gecələr rahat yata bilmirik" - Video
Trampdan İrana yeni zərbə mesajı: ABŞ Yaxın Şərqə 10 min hərbçi göndərir
15 gün əvvəl təyin olunmuşdu, vəzifəsindən ayrıldı