"Dua edirdim ki, Allah, anam ölməsin, qəbul olmadı"
Mərhum Əməkdar artist Xanım Qafarovanın qızı Gövhər anası ilə bağlı xatirələrini bölüşüb.
Axşam.az xəbər verir ki, o, bu barədə "Baku TV"yə açıqlamasında danışıb. Gövhər anasının övladı üçün çətinliklərə dözdüyünü və çox çalışdığını bildirib:
"Anam riskə gedən, övladı üçün çətinliyə dözən qadın olub. Anamı ancaq gecələr görürdüm. İşi ilə bağlı gec gəlirdi. Bəzən heç gecəni gözləyə bilmirdim, yatırdım. Ona görə də anamla xatirələrimiz azdır.
Anam mənə hamilə olanda da çox işləyib, səhnəyə bağlı olub. Çox çalışıb ki, özünə gün ağlasın. Anam 40 yaşında ailə həyatı qurub, 46 yaşında dünyasını dəyişib. Mənim məktəbə getdiyimi görə bilmədi. Onun nə evlilik, nə iş həyatında uğuru, yaxşı günü olmayıb".
Gövhər valideynlərinin ayrıldığını və atasının ölənə qədər onunla əlaqəsinin olduğunu da qeyd edib:
"Atamla anam ayrılmışdı, amma atamla əlaqəm var idi. 2023-ci ildə atam vəfat etdi. Mən ana qayğısı görməmişəm. Nənəm və xalamla qalmışam. Nənəmi anam kimi sevmişəm.
Anam səhhətinə səhlənkar yanaşırdı. Müalicə ala-ala yenə səhnəyə çıxırdı. Saçları tökülmüşdü, pariklə səhnəyə çıxırdı. Bunları mənə xalam və nənəm danışırdı. Uşaq idim, dua edirdim ki, anam sağalsın, Allahım anamı alma. Dualarım qəbul olmadı. Nənəm yıxıldı, ayağı zədələndi. Xalam, övladları ona baxırdı. Nənəm rəhmətə getdi, toparlanmağa çalışdım. Universitetə imtahan verirdim, evə qayıdanda xalam vəfat etdi".
Qeyd edək ki, Xanım Qafarova xərçəngdən əziyyət çəkirdi və 2014-cü ildə dünyasını dəyişib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 724 Tarix: 17 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yağıntılı havanın nə vaxtadək davam edəcək?
Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata əsasən, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Bakıda havanı
3 oktyabrMaşında həyat yoldaşını döyən rəqqas SAXLANILDI - RƏSMİ
Xəbər verildiyi kimi sosial şəbəkələrdə özünü rəqs müəllimi kimi tanıdan Nicat Azadlının həyat yoldaşı onun barəsində ağır ittihamlar səsləndirib. Qadın övladının adına olan instaqram hesabında zorakılığı əks etdirən görüntülər paylaşıb. Videoda cütlüyün əvvəlcə sözlü mübahisə etdiyi, daha sonra is
2 oktyabrMasallıda kimya dərsində xəsarət alan şagirdin son durumu - Rəsmi açıqlama
Masallı rayonunda 3 nömrəli tam orta ümumtəhsil məktəbində baş verən hadisənin təfərrüatı məlum olub. Valideynlər hadisənin səhlənkarlıqdan baş verdiyini və xəsarət alanların sayının orta məktəb rəhbərliyi tərəfindən gizlədildiyini iddia edirlər. Olay zamanı gözündən ciddi xəsarət alan 2013-cü il təvəllüdl
2 oktyabrAğdamda 15 yaşlı qız oğlana qoşulub qaçdı
Ağdamda 15 yaşlı qız evlənmək məqsədilə qaçırılıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Səfərli kəndində baş verib. 2011-ci il təvəllüdlü S.Soltanova (şərti) ailəsindən xəbərsiz yaşadığı evi tərk edib. Onun evlənmək məqsədilə tanış olduğu şəxslə birgə getdiyi bildirilib
2 oktyabrŞəhid anası Sevinc Hüseynova ilə bağlı DİN rəhbərinə müraciət etdi
Aprel döyüşləri, 44 günlük Vətən müharibəsi, Laçın əməliyyatı və antiterror əməliyyatlarında iştirak edən şəhid Abbasov Zamin Xaqani oğlunun anası Sevda xanım Daxili İşlər naziri Vilayət Eyvazova müraciət edib. xəbər verir ki, müraciətin səbəbi Sevinc Hüseynovanın onu təhqir etməsi ilə bağlıdır. Şəhidi
3 oktyabr"Poz-Qazan" oyunlarında sentyabrda 22 böyük uduş qazanılıb
Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya"nın "Poz-Qazan" oyunları sentyabrda ümumilikdə 3,144,137 ədəd uduşlu bilet sahiblərini sevindirib. Bu biletlər üzrə ödənilən ümumi uduş məbləği 15,823,889 manat təşkil edib. Onlar arasında 22 böyü
2 oktyabr