Tovuzda 26 yaşlı qadın itkin düşdü
Tovuz rayonunda 26 yaşlı qadın itkin düşüb.
APA-nın yerli bürosunun məlumatına görə, üç uşaq anası olan Lamiyə Cəlilova avqustun 6-da saat 10:00-11:00 radələrində Qazıqulu kəndində yerləşən ata evindən çıxıb və bir daha geri qayıtmayıb.
Yaxınlarının sözlərinə görə, Öysüzlü kənd sakini, 26 yaşlı Lamiyə Cəlilova bir müddət əvvəl Qazıqulu kəndindəki ata evinə gəlib və sonuncu dəfə də burada görülüb. Evdən çıxarkən onun uşaqları evdə olub. Yaxınları bir müddət sonra Lamiyənin evdə olmadığını müəyyən edərək, onun axtarmağa başlayıblar.
Anasının sözlərinə görə, qızının itkin düşməsi ilə bağlı dərhal polisə məlumat verilib.
Hazırda Lamiyə Cəlilovanın tapılması istiqamətində Tovuz Rayon Polis Şöbəsi tərəfindən axtarış tədbirləri davam etdirilir.
Ailə üzvləri Lamiyə Cəlilova barədə hər hansı məlumatı olan şəxslərdən aidiyyəti qurumlara məlumat vermələrini xahiş edirlər.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 824 Tarix: 17 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş10° şaxta olacaq
Noyabrın 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağı
16 noyabrDaha bir vəkil həbs edildi
Azərbaycanda daha bir vəkil həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, vəkil Elçin Əmirov polis tərəfindən tutulub. 9 saylı vəkil bürosunda fəaliyyət göstərən vəkil polisə daxil olan vətəndaş şikayəti əsasında cinayət məsuliyyətinə cəlb edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.2.2-c
16 noyabrAzərbaycanda yerli QHT-lər yenidən qeydiyyata alınacaq
Azərbaycanda yerli QHT-lər və xarici QHT-lərin filial və ya nümayəndəlikləri qanunvericiliyə ediləcək dəyişikliklərlə əlaqədar yenidən dövlət qeydiyyatına alınmaq üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməli olacaqlar. xəbər verir ki, bu, Milli Məclisin 17 və 18 noyabr tarixlərində keçiriləcə
17 noyabr