ŞOK İDDİA: "Universal Hospital"da sertifikatsız həkim qalmaqalı ilə bağlı yeni faktlar

ŞOK İDDİA: "Universal Hospital"da sertifikatsız həkim qalmaqalı ilə bağlı yeni faktlarSon zamanlar ölkəmizdə qanunsuz fəaliyyət göstərən həkimlərin sayı durmadan artır. Bakıda göbələk kimi artan klinikalarda qanunsuz fəaliyyət göstərən "həkim"lərin qurbanları da günbə-gün artır. Hər gün hansısa klinikada həkim səhlənkarlığının qurbanı barədə məlumat yayılıb. Son illər ərzində bu sahəyə diqqətin bir qədər artırılması müəyyən mənada həkim səhlənkarlığının azalmasına səbəb olub. Amma yenə qanunsuz fəaliyyət göstərən həkimlər var və onların qurbanları da sözsüz olur.

Vətəninfo.az xəbər saytının 07.08.2026-cı il tarixdə yayımladığı "Qanunsuz cərrahiyyə təhlükəsi: ‘Universal Hospital’da sertifikatsız həkim" başlıqlı tənqidi yazısından sonra redaksiya ölkədə estetik cərrahiyyə sahəsində hökm sürən qanunsuzluqları araşdırmaq qərarına gəlib. Aparılan ilkin araşdırmalar zamanı çoxsaylı qanun pozuntuları ortaya çıxıb.

Əldə edilən məlumatlara əsasən, əvvəllər "Laser Beauty Clinic"də fəaliyyət göstərən, hal hazırda isə "Universal Hospital"-da estetik cərrah kimi çalışan Natavan Əmirovanın estetik cərrah kimi fəaliyyət göstərməsinin qanuna zidd olduğu aşkar olunub.

Qanuna görə Natavan Əmirovanın estetik cərrah kimi fəaliyyət göstərməsi qanunla cinayətdir. Həmçinin onun estetik cərrah kimi açlışması, pasiyent qəbul etməsi birbaşa qanunvericiliyin pozulmasıdır.

Məsələnin rəsmi tərəfini dəqiqləşdirmək məqsədilə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) ilə əlaqə saxladıq. Qurumdan Vətəninfo.az-ın sorğusuna cavab olaraq bildirildi ki, Səhiyyə Nazirliyinin rəsmi saytında estetik əməliyyatların keçirilməsi üçün müvafiq sertifikasiyadan keçmiş həkimlərin siyahısı açıq şəkildə yerləşdirilib: "Əgər həmin şəxsin adı rəsmi siyahıda yoxdursa, deməli, onun hər hansı tibb müəssisəsində, o cümlədən ‘Universal Hospital’da bu istiqamətdə fəaliyyəti tamamilə qanunsuzdur".

Məqalə işıq üzü görəndən sonra müxtəlif mənbələrdən redaksiyaya daxil olan məlumatlarda iddia edilir ki, yayılan bu tənqidi xəbərlərdən ciddi şəkildə təşvişə düşən Natavan Əmirova media qurumunun rəhbərliyini hədəfə alıb və nəyin bahasına olursa-olsun yazını yayan redaksiyanı cəzalandırmağa çalışır.

Məsələ ilə bağlı Vətəninfo.az saytının baş redaktoru Nahid Canbaxışlı açıqlama verərək bildirib ki, qarşı tərəfə yaxın şəxslər vasitəsilə ona qarşı açıq təhdidlər səsləndirilib: "Birbaşa mənə hələ ki, zəng edən olmayıb, lakin yaxından tanıdığım bir şəxsə çıxaraq məni öldürəcəklərini bildirib və hədə-qorxu gəliblər. Biz KİV haqqında qanuna istinadən cəmiyyəti maraqlandıran, ictimai təhlükə doğuran məlumat yaymışıq. Əgər Natavan xanım estetik və plastik cərrahlıqla qanunsuz şəkildə məşğuldursa, bu, bizim yox, qanunları pozanların günahıdır. Buna görə də geri çəkilməyəcək, məsələni sonuna qədər araşdıracağıq".

Ən təəssüf doğuran məqamlardan biri odur ki, qaldırılan ciddi ittihamlara baxmayaraq, Natavan Əmirova bu gün də "Universal Hospital"da fəaliyyətini davam etdirir. Hospital rəhbərliyinin hansı səbəblərdən və hansı maraqlardan irəli gələrək bu qanunsuzluğa göz yumması hələ də sual altındadır.

Redaksiya olaraq məsələyə aydınlıq gətirmək üçün yenidən "Universal Hospital" ilə əlaqə saxlasaq da, qarşı tərəfdən yalnız Natavan Əmirovanın köməkçisinin nömrəsi təqdim olunub və qəbula düşmək, yaxud növbəyə yazılmaq üçün məhz həmin şəxslə əlaqə saxlanılması tövsiyə edilib. Bu isə xəstəxana rəhbərliyinin ictimaiyyəti haqlı olaraq narahat edən suallardan yayındığını açıq şəkildə göstərir.

Vətəninfo.az olaraq vətəndaşların sağlamlığını təhlükəyə atan qanunsuz estetik fəaliyyətləri nəzarətdə saxlayacaq və müvafiq dövlət qurumlarının bu məsələyə hüquqi qiymət verməsi üçün təhqiqatları davam etdirəcəyik.

https://www.instagram.com/reel/DbqpNjFNbb1/?igsh=MTZ1eWZ0bXc1anhwYg%3D%3D#


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 307   Tarix: 17 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Jurnalist Ədalət Mədətoğlu vəfat etdi

Əqli Mülkiyyət Agentliyinin "Əqli mülkiyyət" jurnalının baş redaktoru Ədalət İsmayılov (Ədalət Mədətoğlu) vəfat edib. "Qafqazinfo" xəbər verir ki, o, 58 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Ə.Mədətoğlu "Elm", "İntibah", "Əlillər", "Kaspi"

18 avqust
.

Azərbaycana qarşı terror və zorakılıq çağırışları edən üç Rusiya vətəndaşı beynəlxalq axtarışa verilib, aralarında nazir müşaviri də var

Baş Prokurorluqda Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına, milli nifrət və düşmənçiliyin salınmasına, habelə terrorçuluğa açıq çağırışların edilməsi faktları ilə başlanmış cinayət işi üzrə ibtidai istintaq davam etdirilir. xəbər veri

17 avqust
.

Prezident İlham Əliyevə "İrpen şəhərinin fəxri vətəndaşı" vəsiqəsinin təqdim edilməsi: uğurlu xarici siyasət kursu və güclü diplomatiyanın g

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə "İrpen şəhərinin fəxri vətəndaşı" vəsiqəsinin təqdim edilməsi Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan nüfuzunun və ölkə rəhbərliyinin həyata keçirdiyi çoxşaxəli xarici siyasət kursunun diqqətçəkən nümunələrindən biri kimi qiymətləndiril

18 avqust
.

Rezidenturaya qəbulun nəticələri ELAN EDİLDİ

Dövlət İmtahan Mərkəzi (DİM) 2026/2027-ci tədris ili üçün rezidenturaya qəbulun nəticələrini elan edib. xəbər verir ki, bu barədə DİM məlumat yayıb. Namizədlər müsabiqənin nəticələri haqqında məlumatı DİM-in internet saytından və ya mobil operatorlar ("Azercell", "Bakcell", "Nar"

18 avqust
.

Bölgələrdə pensiyalar bu tarixdə veriləcək

Bölgələr üzrə güzəştli şərtlər də daxil olmaqlar, pensiyalar veriləcəyi tarix məlum olub. xəbər verirki, bögələr üzrə pensiyalarlar avqustun 21-də ödəniləcək. Xatırladaq ki, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyalar avqustun 14-də ödənilib

18 avqust
.

"Moskva 24" efirində Azərbaycana qarşı səsləndirilən fikirlər: media məsuliyyəti və suverenliyə hörmət

Son günlər "Moskva 24" telekanalının efirində Azərbaycanla bağlı səsləndirilən bəzi fikirlər ictimai diqqət çəkib. Xüsusilə Rusiya rəsmiləri və telekanalın müxbiri tərəfindən Azərbaycan haqqında səsləndirilən birtərəfli və qərəzli mövqelər informasiya məkanında ciddi suallar doğurur. Məsələn

18 avqust
.

Qadınlara qəlyanın pulsuz təklif olunması bu təhlükələrə yol aça bilər

İctimai iaşə obyektlərində qadınlara qəlyanın xüsusi və ya pulsuz təklif olunması təkcə marketinq yanaşması deyil, həm də tütün istifadəsinin cəmiyyətdə necə təqdim edildiyi baxımından müzakirə edilə biləcək məsələdir. Xüsusilə qəlyanın qadınlar üçün "daha məqbul", "sosial" və y

18 avqust
.

Şəmkirdəki dəhşətli qəzada ölənlərin FOTOSU - TƏFƏRRÜAT

Şəmkir rayonunda 5 nəfərin ölümü, 2 nəfərin isə ağır yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatları məlum olub. Şəmkir rayonu Mahmudlu kənd İcra nümayəndəliyindən -a verilən məlumata görə, qəzaya düşən şəxslər eyni kəndin sakinləridir. Hadisə zamanı avtomobildə ümumilikdə 7 nəfə

18 avqust
.

Bölgələrdə yanğına səbəb olan 3 nəfər məsuliyyətə cəlb olunub

Qəbələ rayonunun Hacallı kəndi, Ağcabədi rayonunun Aşağı Qiyaməddinli kəndi və Ağsu şəhəri ərazisində yanğın hadisələri törədən şəxslər polis əməkdaşları tərəfindən müəyyən ediliblər. DİN-in Mətbuat Xidmətindən -a bildirilib ki, araşdırmalarla yanğının E.Məhyəddinov, İ.Zeynalov və E.Musayev tərəfində

18 avqust