Qadınlara qəlyanın pulsuz təklif olunması bu təhlükələrə yol aça bilər

Qadınlara qəlyanın pulsuz təklif olunması bu təhlükələrə yol aça bilərİctimai iaşə obyektlərində qadınlara qəlyanın xüsusi və ya pulsuz təklif olunması təkcə marketinq yanaşması deyil, həm də tütün istifadəsinin cəmiyyətdə necə təqdim edildiyi baxımından müzakirə edilə biləcək məsələdir. Xüsusilə qəlyanın qadınlar üçün "daha məqbul", "sosial" və ya "zərərsiz" davranış kimi təqdim edilməsi müəyyən gender stereotiplərini möhkəmləndirə, eyni zamanda tütün istifadəsinin normallaşmasına şərait yarada bilər.

Bəs, qadınlara qəlyanın xüsusi və ya pulsuz təklif edilməsi hansı sosial və gender stereotiplərini gücləndirə bilər, bu cür kampaniyalar qadınların tütün məhsullarına münasibətinə və xüsusilə gənclər arasında qəlyan istifadəsinin normallaşmasına necə təsir göstərə bilər?
Qadınlara qəlyanın pulsuz təklif olunması bu təhlükələrə yol aça bilərMəsələ ilə bağlı Sonxeber.az-a açıqlama verən sosioloq Hüseyn İbrahimov bildirib ki, ölkəmizdə müstəqillik əldə etdikdən sonra gender bərabərliyi ilə bağlı qanunlar qəbul olunub və bu sahədə bir sıra beynəlxalq konvensiyalar ratifikasiya edilib:

"Ancaq təəssüf ki, bir çox insanlar bu qanunlardan məlumatlı olub-olmamasından asılı olaraq müəyyən səhvlərə yol verirlər. Xüsusilə hər hansı məsələyə münasibətdə kişilərin və ya qadınların xeyrinə ictimai iaşə obyektlərində, istirahət yerlərində fərqli təkliflərin ortaya qoyulması, təbii ki, ilk növbədə hüquqi baxımdan düzgün norma deyil. Qadınlara ictimai iaşə obyektlərində qəlyanın xüsusi olaraq təklif edilməsi də bu kateqoriyaya aid məsələdir. Bu, ilk növbədə gender hüquq bərabərliyi baxımından düzgün yanaşma deyil. Digər tərəfdən, məsələnin mahiyyətində tütün və ya insan orqanizmi üçün zərərli hər hansı bir vərdişin aşılanması dayanırsa, bu, xüsusilə yolverilməz haldır".

Sosioloq bildirib ki, belə halın baş verməsi yalnız ictimai normaların pozulması deyil, eyni zamanda hüquqi normaların pozulması üçün də zəmin yarada bilər:

"Çünki müşahidələr göstərir ki, son zamanlar kafelərdə, restoranlarda, dənizkənarı və açıq hava məkanlarında qadınların bu kimi vərdişlərdən istifadəsi halları artıb. Buna zəmin yaradan amillərdən biri də bəzi iaşə obyektlərinin qadınlara bu zərərli vərdişdən ödənişsiz istifadə üçün şərait yaratmasıdır. Belə yanaşmalar mənfi stereotiplərin daha da güclənməsinə səbəb olur. Məsələnin digər tərəfi də ondan ibarətdir ki, yay aylarında qadınların açıq havada, restoranların çöl hissəsində oturaraq qəlyan və siqaretdən istifadə etdiyini müşahidə edirik. Bu məsələ yalnız qadınlara deyil, kişilərə də aiddir. Ümumiyyətlə, restoranların daxilində tütün və ya qəlyan məhsullarından istifadə edən şəxslər üçün xüsusi, ayrılmış yerlər olmalıdır. İnsanlar həmin ərazilərdə tütün məhsullarından istifadə etdikdən sonra öz yerlərinə qayıda bilərlər. Ancaq hazırda bir çox restoranlarda yay aylarında insanların açıq havada, xüsusilə də digər insanların gəlib-getdiyi ərazilərdə siqaret və qəlyandan istifadə etdiyini görürük".

Onun sözlərinə görə, qadınların reklam və istehlak davranışlarına təsiri kişilərlə müqayisədə daha yüksək ola bilər:

"Bütün dünyada müxtəlif reklam bazarlarının genişlənməsində qadınların rolu və təsiri əhəmiyyətli hesab olunur. Bu baxımdan qadınların küçədə və ya kafedə açıq şəkildə siqaret çəkməsi və ya qəlyandan istifadə etməsi də müəyyən mənada "nümunəvi" təsir yarada bilər. Həmçinin nəzərə almalıyıq ki, qadınlar arasında zərərli vərdişlərdən istifadə göstəriciləri ənənəvi olaraq daha aşağıdır. Bu baxımdan onların qəlyan və digər tütün məhsullarından istifadəsinin ictimai şəkildə nümayiş etdirilməsi həmin məhsullardan istifadə etməyən şəxslərə, xüsusilə də gənclərə müəyyən təsir göstərə bilər. Ona görə də qadınlara xüsusi olaraq qəlyan təklif edilməsi və ya pulsuz qəlyan verilməsi bu mənfi stereotipləri və zərərli vərdişlərin yayılmasını gücləndirə bilər".

Sosioloq qeyd edib ki, bir məsələ də ondan ibarətdir ki, hətta qadınlara hər hansı iaşə müəssisəsində pulsuz qəlyandan istifadə imkanı verilsə belə, restoranlarda və açıq havalarda insanların gəlib-getdiyi yerlərdə həm kişilərin, həm də qadınların tütün məhsullarından istifadəsinə icazə verilməməlidir:

"Bəzən deyirlər ki, insan restoranın daxilində deyil, çöldə tütün məhsulundan istifadə edir. Ancaq hətta açıq havada belə kafe və restoranların ərazisində, digər insanların keçdiyi və istirahət etdiyi yerlərdə qadınların və kişilərin qəlyan və siqaretdən istifadə etməsi məhdudlaşdırılmalıdır. Bunun üçün restoran və kafelərin nəzdində, hava limanlarında olduğu kimi, xüsusi tütünçəkmə guşələri yaradılmalıdır. İnsanlar həmin ərazilərdən istifadə etdikdən sonra öz yerlərinə qayıda bilərlər".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 588   Tarix: 18 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Gürcüstanda soydaşlarımızın təhsil problemi - VİDEO

Yeni tədris ilinin başlaması ilə qonşu Gürcüstanda yaşayan azərbaycanlılar yenə də təhsil sahəsində böyük problemlə qarşı-qarşıya qalıblar. Belə ki, bu ölkədə fəaliyyət göstərən azərbaycandilli ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı ilbəil azalmağa davam edir. Buna səbəb isə validyenləri

18 sentyabr 2021
.

Şotlandiyada on il öncə itmiş pişik evinə qayıtdı - FOTO

Şotlandiyanın Aberdin şəhərində 10 il öncə itmiş pişik tapılıb. Forbs adlı ev heyvanı üzərindəki mikroçip sayəsində evinə qaytarılıb. Belə ki, pişiyi tapan şəxs mikroçipdə əks olunan telefon nömrəsilə əlaqə saxlayıb. Məlum olub ki, heyvanın sahibi Edinburq şəhərində yaşayan bir ailədir. Ailə başçıs

18 sentyabr 2021
.

Tovuzda sel suları məktəb və evlərə doldu - VİDEO

Axşam saatlarında qərb bölgəsinə yağan güclü yağış daşqınlara səbəb olub. Xüsusən, Tovuz rayonunun Yanıqlı və Əsrik-Cırdaxan kəndlərində sel suları kənd yollarını yuyub. Su orta məktəb binasına və bəzi evlərə dolub. Bundan əlavə, əkin sahələrinə ciddi ziyan dəyib. Hazırda Yanıqlı kəndində elektrik enerjisini

18 sentyabr 2021
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18 sentyabr 2021
.

"Ölən öləcək, qalan qalacaq, həyat davam edir" - Rəşid Mahmudov pandemiyadan danışdı

Mütəxəssislər havaların soyuması ilə əlaqədar olaraq yoluxma sayının artacağını proqnozlaşdırırlar. Bununla bağlı artıq həyəcan təbili çalınır. Maraqlıdır insanların qapalı məkanlarda toplaşması, məktəblərin açılması həqiqətənmi yoluxmanı artıracaq?. Tibb Universitetinin dosenti, Əməkdar müəllim Rəşi

17 sentyabr 2021
.

Çörək əvvəlki qiymətinə qaytarıldı - YENİLƏNİB

"Çörəkçi" zavodu da çörəyin satışını əvvəlki qiymətə qaytarıb. Şirkətin hüquq departamentinin direktoru Akif Abbasov -ın redaksiyası ilə əlaqə saxlayaraq bildirib ki, təmsil etdiyi şirkət də çörəyin satışında əvvəlki qiyməti bərpa edib. O, çörəyin satış qiymətinin əvvəlki qiymətə qaytarılmasın

17 sentyabr 2021
.

Tovuza dolu düşüb - VİDEO

Tovuzun dağ kəndlərinə leysan yağıb, qısa müddətli dolu düşüb. APA-ya istinadən xəbər verir ki, bu gün rayonun Kirən, Əhmədabad, Əsrik Cırdaxan və Yanıqlı kəndlərinə dolu düşüb. Bəzi kəndlərdə isə yağışdan sonra sel gəlib. Təsərrüfata ciddi ziyan dəymədiyi bildirilir. Hazırda qərb rayonlarında yağıntıl

17 sentyabr 2021
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17 sentyabr 2021
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18 sentyabr 2021