Rezidenturaya qəbulun nəticələri ELAN EDİLDİ
Dövlət İmtahan Mərkəzi (DİM) 2026/2027-ci tədris ili üçün rezidenturaya qəbulun nəticələrini elan edib.
Sonxeber.az xəbər verir ki, bu barədə DİM məlumat yayıb.
Namizədlər müsabiqənin nəticələri haqqında məlumatı DİM-in internet saytından və ya mobil operatorlar ("Azercell", "Bakcell", "Nar") vasitəsilə "iş nömrəsi"ni "7727" nömrəsinə göndərməklə öyrənə bilərlər.
Qəbul imtahanının nəticələrinə əsasən müsabiqədə iştirak edən 827 namizəddən (hərbi tibb fakültəsini bitirmiş namizədlər istisna olmaqla) 788 nəfər təhsilini rezidenturada davam etdirmək hüququ qazanıb.
Qəbul olunanların siyahısının və ixtisaslaşmalar üzrə formalaşmış keçid ballarının əks olunduğu "Rezidentura" jurnalının 4-cü nömrəsini avqustun 19-da günün ikinci yarısından etibarən abiturient.az saytından "PDF" formatda əldə etmək mümkün olacaq.
Rezidenturaya qəbul olunanlar qeydiyyatlarını yalnız my.gov.az portalı üzərindən həyata keçirirlər. Qeydiyyat avqustun 25-də saat 15:00-dan sentyabrın 3-də saat 18:00-dək davam edəcək. Əlavə məlumat Səhiyyə Nazirliyinin rəsmi internet saytında veriləcək.
Rezidenturaya qəbul olunanların bu müddətdə qeydiyyatdan keçməməsi onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndiriləcək və onlar qəbul olunanlar siyahısından çıxarılacaq. Bu namizədlər boş qalan yerlər üzrə keçirilən müsabiqəyə buraxılmayacaqlar.
Naxçıvan Dövlət Universitetinə qəbul olmuş şəxslər də göstərilən müddətdə "mygov" platformasında qeydiyyatdan keçməlidirlər. Əlavə məlumat Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin rəsmi internet saytında veriləcək.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 125 Tarix: 18 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu ərazilərdə torpaq qiymətləri BAHALAŞIR - AÇIQLAMA
Son illərdə Bakıya yaxın ərazilərdə və turizm potensialı yüksək regionlarda torpaq sahələrinə tələbin artması daşınmaz əmlak bazarında diqqət çəkən tendensiyalardan biridir. Xüsusilə yol, kommunal xidmətlər və turizm infrastrukturu layihələrinin genişlənməsi, fərdi yaşayış evlərinə marağın artması v
18 avqustStadionda 27 yaşlı oğlanın ölməsinin ANBAAN GÖRÜNTÜLƏRİ
Ötən gün paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində yerləşən stadionda ölüm hadisəsi baş verib. Futbol matçının bitməsinə təxminən 15 dəqiqə qalmış meydana çıxan Bakı sakini 27 yaşlı Xəyal İbadov meydançada həyatını itirib. Stadionun inzibatçısı Abdulla Şahverdiyev deyib ki, həmin şəxslər abunəlik sistemin
18 avqustTale Heydərov anası ilə şəklini paylaşdı
Avqustun 13-də fövqəladə hallar naziri Kəmaləddin Heydərovun həyat yoldaşı Ruhəngiz xanımın ad günü olub. "Qafqazinfo" xəbər verir ki, nazirin oğlu Tale Heydərov sosial şəbəkə hesabında 64 yaşı tamam olan anası ilə fotosunu paylaşıb. Qeyd edək ki, "Qəbələ" idman klubunun keçmiş prezident
18 avqustYeni dərs ili başlayır: məktəblərdə hansı çatışmazlıqlar var? - AÇIQLAMA
Yeni dərs ilinin başlamasına sayılı günlər qalıb. Şagird və müəllimlər yeni tədris ilinə hazırlaşdığı bir vaxtda məktəblərin maddi-texniki təminatı, infrastruktur vəziyyəti və mövcud çatışmazlıqlar yenidən gündəmə gəlir. Bəs yeni tədris ili ərəfəsində məktəblərdə hansı problemlər qalmaqdadır və əsa
18 avqustEvlənən və boşananların sayı azalıb
Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin birinci yarısında 19 224 nikaha daxilolma və 9776 boşanma halları qeydə alınıb. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 100 nəfərin
17 avqustTovuzda 26 yaşlı qadın itkin düşdü
Tovuz rayonunda 26 yaşlı qadın itkin düşüb. APA-nın yerli bürosunun məlumatına görə, üç uşaq anası olan Lamiyə Cəlilova avqustun 6-da saat 10:00-11:00 radələrində Qazıqulu kəndində yerləşən ata evindən çıxıb və bir daha geri qayıtmayıb. Yaxınlarının sözlərinə görə, Öysüzlü kənd sakini, 26 yaşlı Lamiy
17 avqustİlin əvvəlindən Azərbaycan əhalisinin sayı 11 099 nəfər artıb
İlin əvvəlindən Azərbaycan əhalisinin sayı 11 099 nəfər və ya 0,1 % artaraq 2026-cı il iyul ayının 1-i vəziyyətinə 10 milyon 273 min 450 nəfərə çatıb. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Qeyd olunub ki, ölkə əhalisinin 54,3 %-ni şəhər, 45,7 %-ni kənd sakinləri, 49,8 %-n
17 avqust