Bu məhsulu alarkən DİQQƏTLİ OLUN: Zəhərlənməyə səbəb ola bilər

Bu məhsulu alarkən DİQQƏTLİ OLUN: Zəhərlənməyə səbəb ola bilərKartofun yaşıllaşması, cücərməsi və düzgün saxlanılmaması onun tərkibində təbii olaraq mövcud olan qlikoalkaloidlərin, xüsusilə solanin və α-sakonin kimi maddələrin miqdarının artmasına səbəb ola bilər. Bu isə kartofun təhlükəsizliyi ilə bağlı diqqətli olmağı zəruri edir.

Bəs, istehlakçı kartof alarkən və evdə saxlayarkən hansı əlamətlərə diqqət yetirməli, hansı hallarda yaşıllaşmış, cücərmiş və ya yumşalmış kartofun istifadəsindən imtina etməlidir?
Bu məhsulu alarkən DİQQƏTLİ OLUN: Zəhərlənməyə səbəb ola bilərMəsələ ilə bağlı Sonxeber.az-a açıqlama verən qida eksperti İlkin Şirinov bildirib ki, kartofun yaşıllaşması, cücərməsi və yumşalması zamanı tərkibində təbii olaraq qlikoalkaloidlərin, xüsusilə də solaninin miqdarı arta bilər. Bu maddələrin yüksək miqdarda qəbulu ürəkbulanma, qusma, baş ağrısı və hətta zəhərlənmə kimi əlamətlərə səbəb ola bilər.

"İstehlakçı kartof alarkən ilk növbədə güclü yaşıllaşmış kartofları almamalıdır. Çünki yaşıl rəng qlikoalkaloidlərin, o cümlədən solaninin artması ilə əlaqəli ola bilər. Həmçinin uzun müddət cücərmiş, büzüşmüş, həddən artıq yumşalmış və çürümüş kartofların alınması və istehlakı düzgün deyil. Kartofu bişirərkən acı dad hiss olunursa, bu da xəbərdarlıq əlamətidir. Bir məqamı da qeyd etmək lazımdır ki, kartofun yaşıl rəngini birbaşa solanin yaratmır. Yaşıllaşma xlorofilin yaranması ilə bağlıdır, lakin bu proses kartofda qlikoalkaloidlərin miqdarının artması ilə müşayiət oluna bilər. Solanin yüksək miqdarda qəbul edildikdə ürəkbulanma, başgicəllənmə, qarın ağrısı, ishal və halsızlıq kimi əlamətlərə, daha ağır hallarda isə zəhərlənməyə səbəb ola bilər. Sağlam kartofda isə normal miqdarda olan bu maddələr problem yaratmır".

Ekspert bildirib ki, kartofun saxlanma şəraitinə də diqqət etmək lazımdır:

"Onu qaranlıq, sərin və quru yerdə saxlamaq daha məqsədəuyğundur. İşıq kartofun yaşıllaşmasını sürətləndirir. Təxminən 7-10 dərəcə temperaturda, havalandırılan şəraitdə saxlanması mümkündür. Kağız kisələrdən və karton qutulardan istifadə etmək olar. Kartofu sellofan paketlərdə və günəş şüalarının altında saxlamaq düzgün deyil. Həmçinin saxlanmaq üçün ayrılan kartofu əvvəlcədən yumaq məsləhət görülmür. Yuma nəmişlik yaradaraq cücərmə prosesini sürətləndirə bilər. Kartofu saxlamaqdan əvvəl deyil, istifadə etməzdən əvvəl yumaq daha düzgündür".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 214   Tarix: 18 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İki məktəb direktoru işdən çıxarıldı

Bakıda iki məktəb direktoru vəzifədən azad olunub. Ölkə.az-ın əldə etdiyi xəbərə görə, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov müvafiq əmrlər imzalayıb. Əmrlərə əsasən, paytaxtın Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbin direktor

17 avqust
.

Prezident İlham Əliyevə "İrpen şəhərinin fəxri vətəndaşı" vəsiqəsinin təqdim edilməsi: uğurlu xarici siyasət kursu və güclü diplomatiyanın g

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə "İrpen şəhərinin fəxri vətəndaşı" vəsiqəsinin təqdim edilməsi Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan nüfuzunun və ölkə rəhbərliyinin həyata keçirdiyi çoxşaxəli xarici siyasət kursunun diqqətçəkən nümunələrindən biri kimi qiymətləndiril

18 avqust
.

Azərbaycanın dünya birliyinə inteqrasiyası: çoxşaxəli diplomatiya və genişlənən əməkdaşlıq imkanları

Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişafının mühüm istiqamətlərindən biri dünya birliyinə inteqrasiyanın gücləndirilməsi, xarici ölkələrlə qarşılıqlı faydalı münasibətlərin qurulması və beynəlxalq təşkilatlarla əməkdaşlığın davamlı şəkildə inkişaf etdirilməsidir. Bu gün Azərbaycan regiona

18 avqust
.

Bu ərazilərdə torpaq qiymətləri BAHALAŞIR - AÇIQLAMA

Son illərdə Bakıya yaxın ərazilərdə və turizm potensialı yüksək regionlarda torpaq sahələrinə tələbin artması daşınmaz əmlak bazarında diqqət çəkən tendensiyalardan biridir. Xüsusilə yol, kommunal xidmətlər və turizm infrastrukturu layihələrinin genişlənməsi, fərdi yaşayış evlərinə marağın artması v

18 avqust
.

Kamilə Babayevaya ağır itki

Aparıcı Kamilə Babayevaya ağır itki üz verib. OLAY-a istinadən xəbər verir ki, aparıcının anası Münəvvər xanım vəfat edib. Allah rəhmət eləsin!

17 avqust
.

Yay tətilindən sonra məktəbə qayıdış: uşaqların sağlam və uğurlu adaptasiyası üçün nələrə diqqət edilməlidir?

Yay tətilinin başa çatması ilə minlərlə uşaq yenidən məktəb həyatına qayıtmağa hazırlaşır. Tətil uşaqlar üçün istirahət, əyləncə, ailə ilə daha çox vaxt keçirmək və gündəlik dərs rejimindən uzaqlaşmaq baxımından mühüm dövrdür. Lakin dərs ilinin başlanması ilə gündəlik həyatın ritmi yenidən dəyişir. Erkə

18 avqust
.

Əhalinin sayı açıqlandı

Azərbaycanda əhalinin sayı açıqlanıb. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. İlin əvvəlindən ölkə əhalisinin sayı 11 099 nəfər və ya 0,1 faiz artaraq 2026-cı il iyul ayının 1-i vəziyyətinə 10 273 450 nəfərə çatıb. Əhalinin 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşki

17 avqust
.

Azərbaycana qarşı terror və zorakılıq çağırışları edən üç Rusiya vətəndaşı beynəlxalq axtarışa verilib, aralarında nazir müşaviri də var

Baş Prokurorluqda Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına, milli nifrət və düşmənçiliyin salınmasına, habelə terrorçuluğa açıq çağırışların edilməsi faktları ilə başlanmış cinayət işi üzrə ibtidai istintaq davam etdirilir. xəbər veri

17 avqust
.

Baş nazirdən Müdafiə Nazirliyinin mülki işçilərinin əməkhaqqıları ilə bağlı QƏRAR

Nazirlər Kabineti tərəfindən Müdafiə Nazirliyinin büdcədən maliyyələşdirilən hərbi hissələrində dövlət qulluqçusu olmayan mülki işçilərin əməyinin ödənilməsi ilə bağlı yeni qaydalar təsdiqlənib. xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərar "Azərbaycan Respublikasını

18 avqust