Mətbuat Şurası Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib

Mətbuat Şurası Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib"Rusiyanın bəzi kütləvi informasiya vasitələrində Azərbaycan dövlətinə, xalqına, ölkə rəhbərliyinə və görkəmli şəxsiyyətlərimizə qarşı nalayiq, təhdid xarakterli və təhqiramiz materiallar və fikirlər paylaşılmaqdadır".

Sonxeber.az xəbər verir ki, bu fikirlər Mətbuat Şurasının yaydığı bəyanatında yer alıb.

"Hesab edirik ki, bu, sivil jurnalistika prinsiplərinə, etik normalara və insani dəyərlərə tamamilə ziddir.

Təəssüf ki, Rusiyanın informasiya məkanında belə hallar ardıcıl şəkildə müşahidə edilir.

Azərbaycan Mətbuat Şurası bu kimi halları Azərbaycanla Rusiya arasındakı ikitərəfli münasibətlərin ruhuna, həmçinin media əlaqələrinə tamamilə zidd hesab edir.

Ayrıca qeyd etmək istərdik ki, Azərbaycan mediası həmişə qonşu ölkələr, o cümlədən Rusiya ilə bağlı məsələlərə həssas münasibəti ilə seçilib, peşə prinsiplərindən kənar fikir və iddialara yer verməyib.

Buna görə də Rusiyanın informasiya müstəvisində belə xoşagəlməz halların yaşanması Azərbaycan ictimaiyyətində dərin təəssüf və əsaslı narazılıq doğurmaqdadır.

Azərbaycan Mətbuat Şurası baş verən halları qətiyyətlə pisləyir. Şura, eyni zamanda, Rusiyanın media ictimaiyyətinə, bütövlükdə cəmiyyətinə müraciət edərək, Azərbaycan-Rusiya media əlaqələrini, ümumən xalqlar arasında dostluq münasibətlərini pozmağa yönəlmiş hallarla bağlı ciddi tədbir görülməsinə çağırır.

Mətbuat Şurası bir daha bəyan edir ki, Azərbaycan dövlətinə, xalqına və onun görkəmli nümayəndələrinə qarşı təhqiramiz fikirlər və təhdid xarakterli iddialar yolverilməzdir.

Rusiya informasiya məkanının sərt qanunvericilik tənzimlənməsi şəraitində belə materialların sistemli şəkildə ortaya çıxması Rusiya Federasiyasının dövlət siyasəti səviyyəsində onların təsdiqinə bərabərdir.

Mətbuat Şurası belə ifadələrə yol verən şəxslərə hüquqi məsuliyyət daşıdıqlarını bir daha xatırladır", - bəyanatda deyilir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 200   Tarix: 18 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İki məktəb direktoru işdən çıxarıldı

Bakıda iki məktəb direktoru vəzifədən azad olunub. Ölkə.az-ın əldə etdiyi xəbərə görə, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov müvafiq əmrlər imzalayıb. Əmrlərə əsasən, paytaxtın Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbin direktor

17 avqust
.

Prezident İlham Əliyevə "İrpen şəhərinin fəxri vətəndaşı" vəsiqəsinin təqdim edilməsi: uğurlu xarici siyasət kursu və güclü diplomatiyanın g

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə "İrpen şəhərinin fəxri vətəndaşı" vəsiqəsinin təqdim edilməsi Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan nüfuzunun və ölkə rəhbərliyinin həyata keçirdiyi çoxşaxəli xarici siyasət kursunun diqqətçəkən nümunələrindən biri kimi qiymətləndiril

18 avqust
.

Azərbaycanın dünya birliyinə inteqrasiyası: çoxşaxəli diplomatiya və genişlənən əməkdaşlıq imkanları

Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişafının mühüm istiqamətlərindən biri dünya birliyinə inteqrasiyanın gücləndirilməsi, xarici ölkələrlə qarşılıqlı faydalı münasibətlərin qurulması və beynəlxalq təşkilatlarla əməkdaşlığın davamlı şəkildə inkişaf etdirilməsidir. Bu gün Azərbaycan regiona

18 avqust
.

Bu ərazilərdə torpaq qiymətləri BAHALAŞIR - AÇIQLAMA

Son illərdə Bakıya yaxın ərazilərdə və turizm potensialı yüksək regionlarda torpaq sahələrinə tələbin artması daşınmaz əmlak bazarında diqqət çəkən tendensiyalardan biridir. Xüsusilə yol, kommunal xidmətlər və turizm infrastrukturu layihələrinin genişlənməsi, fərdi yaşayış evlərinə marağın artması v

18 avqust
.

Kamilə Babayevaya ağır itki

Aparıcı Kamilə Babayevaya ağır itki üz verib. OLAY-a istinadən xəbər verir ki, aparıcının anası Münəvvər xanım vəfat edib. Allah rəhmət eləsin!

17 avqust
.

Yay tətilindən sonra məktəbə qayıdış: uşaqların sağlam və uğurlu adaptasiyası üçün nələrə diqqət edilməlidir?

Yay tətilinin başa çatması ilə minlərlə uşaq yenidən məktəb həyatına qayıtmağa hazırlaşır. Tətil uşaqlar üçün istirahət, əyləncə, ailə ilə daha çox vaxt keçirmək və gündəlik dərs rejimindən uzaqlaşmaq baxımından mühüm dövrdür. Lakin dərs ilinin başlanması ilə gündəlik həyatın ritmi yenidən dəyişir. Erkə

18 avqust
.

Əhalinin sayı açıqlandı

Azərbaycanda əhalinin sayı açıqlanıb. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. İlin əvvəlindən ölkə əhalisinin sayı 11 099 nəfər və ya 0,1 faiz artaraq 2026-cı il iyul ayının 1-i vəziyyətinə 10 273 450 nəfərə çatıb. Əhalinin 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşki

17 avqust
.

Azərbaycana qarşı terror və zorakılıq çağırışları edən üç Rusiya vətəndaşı beynəlxalq axtarışa verilib, aralarında nazir müşaviri də var

Baş Prokurorluqda Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına, milli nifrət və düşmənçiliyin salınmasına, habelə terrorçuluğa açıq çağırışların edilməsi faktları ilə başlanmış cinayət işi üzrə ibtidai istintaq davam etdirilir. xəbər veri

17 avqust
.

Baş nazirdən Müdafiə Nazirliyinin mülki işçilərinin əməkhaqqıları ilə bağlı QƏRAR

Nazirlər Kabineti tərəfindən Müdafiə Nazirliyinin büdcədən maliyyələşdirilən hərbi hissələrində dövlət qulluqçusu olmayan mülki işçilərin əməyinin ödənilməsi ilə bağlı yeni qaydalar təsdiqlənib. xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərar "Azərbaycan Respublikasını

18 avqust