Obyektini icarəyə verənlərə ŞAD XƏBƏR: Bu vergini ödəməyəcəksiniz

Obyektini icarəyə verənlərə ŞAD XƏBƏR: Bu vergini ödəməyəcəksinizƏmlakını icarəyə verən fiziki şəxslərin VÖEN sahibi olması və icarə gəlirlərinin vergiyə cəlb edilməsi ilə bağlı qaydalar bəzən yanlış anlaşılır. Xüsusilə obyektin fərdi sahibkara icarəyə verildiyi hallarda verginin kimin tərəfindən tutulması, əmlak sahibinin ayrıca bəyannamə təqdim edib-etməməsi və VÖEN-in mövcudluğunun əlavə vergi öhdəliyi yaradıb-yaratmaması suallar doğurur.

Bəs, obyektini icarəyə verən və VÖEN-i olan fiziki şəxsin hansı hallarda əlavə vergi öhdəliyi yaranır, 14 faiz verginin icarəçi tərəfindən tutulduğu halda əmlak sahibinin ayrıca hesabat təqdim etməsinə ehtiyac varmı və qanunvericiliyin tələblərinə əməl edilmədikdə hansı maliyyə sanksiyaları tətbiq oluna bilər?
Obyektini icarəyə verənlərə ŞAD XƏBƏR: Bu vergini ödəməyəcəksinizMəsələ ilə bağlı Sonxeber.az-a açıqlama verən vergi eksperti Anar Bayramov bildirib ki, obyekti icarəyə verən fiziki şəxsin VÖEN-ə malik olması özü-özlüyündə hər hansı əlavə vergi öhdəliyi yaratmır:

"Ümumiyyətlə, gəlir əldə edilirsə, həmin gəlirə görə vergi hesablanaraq büdcəyə ödənilir. Bu vergi öhdəliyi icarəyə verənin, yəni gəliri əldə edən şəxsin öhdəliyidir. Sadəcə qanunvericilikdə nəzərdə tutulur ki, ödənişi həyata keçirən, yəni icarəyə götürən şəxs həmin gəlirdən ödəmə mənbəyində vergini tutaraq büdcəyə köçürməlidir. Məsələn, fiziki şəxsin VÖEN-i ola da bilər, olmaya da bilər. Əgər fiziki şəxs ticarət obyektini, məsələn, mağazanı digər sahibkara ayda 1000 manata icarəyə verirsə, icarəyə götürən şəxs həmin 1000 manatdan 14 faiz, yəni 140 manat vergini ödəmə mənbəyində tutaraq büdcəyə köçürür, 860 manatı isə icarəyə verənə ödəyir. Burada icarəyə verənin VÖEN-inin olub-olmamasının fərqi yoxdur, prosedur bu qaydada həyata keçirilir".

Ekspert bildirib ki, əgər icarəyə verənin VÖEN-i varsa, qanunvericiliyə əsasən, gəliri əldə edən şəxs Vergi Məcəlləsinin 149-cu maddəsinə uyğun olaraq bəyannamə də təqdim etməlidir:

"Lakin həmin gəlirdən vergi artıq icarəyə götürən tərəfindən ödəmə mənbəyində tutulub büdcəyə ödənildiyinə görə, icarəyə verən illik gəlir vergisi bəyannaməsində, məsələn, 12 min manat gəlir əldə etdiyini göstərir və həmin gəlirdən verginin artıq tutulduğunu qeyd edir. Bu halda əlavə vergi öhdəliyi yaranmır. Təcrübədə isə tez-tez rast gəlinir ki, VÖEN-i olsa belə, əmlakını icarəyə verən şəxs bəyannamə təqdim etmir. Lakin gəlir artıq icarəyə götürən tərəfindən vergiyə cəlb edildiyi və vergi büdcəyə ödənildiyi üçün bu məsələ əlavə vergi yükü yaratmır".

Onun sözlərinə görə, kirayə münasibətlərində isə vəziyyət fərqlidir:

"Əgər mənzil vətəndaşa, məsələn, tələbəyə və ya ailəyə yaşayış məqsədilə kirayəyə verilirsə, kirayəyə götürən şəxs vergi ödəyicisi deyil. Bu halda əmlakını kirayəyə verən şəxs özü vergi uçotuna alınmalı və bəyannamə təqdim etməlidir. Məsələn, fiziki şəxs üçotaqlı mənzilini ayda 1000 manata tələbələrə və ya ailəyə kirayəyə verirsə, il ərzində 12 min manat gəlir əldə edir. Bu halda həmin gəlirdən 10 faiz, yəni 1200 manat vergini özü hesablayaraq büdcəyə ödəməlidir. Burada əsas fərq ondan ibarətdir ki, kirayə adətən vətəndaşa yaşayış və ya müvəqqəti qalmaq məqsədilə verilir. İcarədə isə obyekt sahibkarlıq və kommersiya fəaliyyəti üçün istifadə olunur. İcarəyə götürənlər sahibkarlar və ya şirkətlər olduğundan onların VÖEN-i olur və onlar icarə haqqından ödəmə mənbəyində vergini tutaraq büdcəyə köçürürlər. Bu səbəbdən icarəyə verənin həmin gəlirdən vergini ayrıca özü ödəməsi tələb olunmur".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 711   Tarix: 18 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Gürcüstanda soydaşlarımızın təhsil problemi - VİDEO

Yeni tədris ilinin başlaması ilə qonşu Gürcüstanda yaşayan azərbaycanlılar yenə də təhsil sahəsində böyük problemlə qarşı-qarşıya qalıblar. Belə ki, bu ölkədə fəaliyyət göstərən azərbaycandilli ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı ilbəil azalmağa davam edir. Buna səbəb isə validyenləri

18 sentyabr 2021
.

Şotlandiyada on il öncə itmiş pişik evinə qayıtdı - FOTO

Şotlandiyanın Aberdin şəhərində 10 il öncə itmiş pişik tapılıb. Forbs adlı ev heyvanı üzərindəki mikroçip sayəsində evinə qaytarılıb. Belə ki, pişiyi tapan şəxs mikroçipdə əks olunan telefon nömrəsilə əlaqə saxlayıb. Məlum olub ki, heyvanın sahibi Edinburq şəhərində yaşayan bir ailədir. Ailə başçıs

18 sentyabr 2021
.

Tovuzda sel suları məktəb və evlərə doldu - VİDEO

Axşam saatlarında qərb bölgəsinə yağan güclü yağış daşqınlara səbəb olub. Xüsusən, Tovuz rayonunun Yanıqlı və Əsrik-Cırdaxan kəndlərində sel suları kənd yollarını yuyub. Su orta məktəb binasına və bəzi evlərə dolub. Bundan əlavə, əkin sahələrinə ciddi ziyan dəyib. Hazırda Yanıqlı kəndində elektrik enerjisini

18 sentyabr 2021
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18 sentyabr 2021
.

"Ölən öləcək, qalan qalacaq, həyat davam edir" - Rəşid Mahmudov pandemiyadan danışdı

Mütəxəssislər havaların soyuması ilə əlaqədar olaraq yoluxma sayının artacağını proqnozlaşdırırlar. Bununla bağlı artıq həyəcan təbili çalınır. Maraqlıdır insanların qapalı məkanlarda toplaşması, məktəblərin açılması həqiqətənmi yoluxmanı artıracaq?. Tibb Universitetinin dosenti, Əməkdar müəllim Rəşi

17 sentyabr 2021
.

Çörək əvvəlki qiymətinə qaytarıldı - YENİLƏNİB

"Çörəkçi" zavodu da çörəyin satışını əvvəlki qiymətə qaytarıb. Şirkətin hüquq departamentinin direktoru Akif Abbasov -ın redaksiyası ilə əlaqə saxlayaraq bildirib ki, təmsil etdiyi şirkət də çörəyin satışında əvvəlki qiyməti bərpa edib. O, çörəyin satış qiymətinin əvvəlki qiymətə qaytarılmasın

17 sentyabr 2021
.

Tovuza dolu düşüb - VİDEO

Tovuzun dağ kəndlərinə leysan yağıb, qısa müddətli dolu düşüb. APA-ya istinadən xəbər verir ki, bu gün rayonun Kirən, Əhmədabad, Əsrik Cırdaxan və Yanıqlı kəndlərinə dolu düşüb. Bəzi kəndlərdə isə yağışdan sonra sel gəlib. Təsərrüfata ciddi ziyan dəymədiyi bildirilir. Hazırda qərb rayonlarında yağıntıl

17 sentyabr 2021
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17 sentyabr 2021
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18 sentyabr 2021