Supermarketlər sizi daha çox alış-verişə necə vadar edir? - 5 psixoloji tələ
Supermarketə yalnız çörək və süd almaq üçün girib, ehtiyac olmayan məhsullarla dolu paketlə çıxmaq çoxlarına tanışdır. Mütəxəssislər bildirirlər ki, bu, heç də həmişə təsadüfi deyil.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, mağazalarda məhsulların yerləşdirilməsi, endirim kampaniyaları, iri alış-veriş arabaları və hətta qoxular insanların daha çox alış-veriş etməsinə hesablanan marketinq üsulları arasında yer alır.
Ən çox istifadə edilən üsullardan biri parlaq endirim etiketləridir. "30 faiz endirim", "2+1" və "sərfəli qiymət" kimi yazılar alıcının diqqətini cəlb edir və əvvəlcədən planlaşdırmadığı məhsulu almasına səbəb ola bilər. Mütəxəssislər belə halda "Endirim olmasaydı, bu məhsulu alardım?" sualını verməyi məsləhət görürlər.
Digər üsul bahalı və cəlbedici məhsulların göz səviyyəsində yerləşdirilməsidir. Buna görə də aşağı və yuxarı rəflərdəki alternativlərə baxmaq, məhsulların kiloqram və ya litr üzrə qiymətlərini müqayisə etmək tövsiyə olunur.
Böyük alış-veriş arabaları da insanlarda az məhsul aldıqları təəssüratı yarada bilər. Kiçik alış-veriş zamanı səbətdən istifadə etmək lazımsız məhsulların alınmasının qarşısını almağa kömək edir.
Təzə bişmiş çörək, ət və hazır yeməklərin qoxusu da iştahanı artıraraq impulsiv alış-verişə səbəb ola bilər. Buna görə mütəxəssislər marketə ac getməməyi məsləhət görürlər.
Kassaların yanında yerləşdirilən şokolad, saqqız, içki və digər xırda məhsullar da ən məşhur "tələlərdən" hesab olunur. Qiyməti aşağı görünsə də, belə alışlar ay ərzində xərcləri əhəmiyyətli dərəcədə artıra bilər.
Mütəxəssislərə görə, artıq alış-verişdən qorunmağın ən yaxşı yolu əvvəlcədən siyahı və büdcə hazırlamaq, səbətə atılan məhsulları ödənişdən əvvəl yenidən nəzərdən keçirməkdir.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 253 Tarix: 18 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Şimşək çaxarkən mobil telefondan istifadə təhlükəlidir? - Mütəxəssis rəyi
Müasir mobil telefonlar ildırımı özünə cəlb etmir və ildırımvurma riskini artırmır. Cihazların tərkibindəki az miqdarda metal və zəif radiosiqnal şüalanması insanı ildırım üçün hədəfə çevirmir. Lakin şimşək çaxarkən başqa bir təhlükə - elektrik şəbəkəsində gərginliyin kəskin artması yarana bilər. xəbə
18 avqustYüksək intellektli insanların 1 nömrəli hobbisi: Bu, şahmat deyil
İnsanlar çox ağıllı bir şəxsin boş axşamını necə keçirdiyini təsəvvür edərkən, adətən mürəkkəb fəaliyyətlər düşünürlər. Məsələn, şahmat taxtası və ya hansısa tapmaca. Bunun arxasında intellektin əzələ kimi işlədiyi və hobbilərin də onu məşq etdirmək üçün bir vasitə olduğu düşüncəsi dayanır. Qaynarinf
17 avqustCəlbediciliyi artırmaq üçün sadə hiylə - Alimlər açıqladı
Alimlər müəyyən ediblər ki, üz kontrastlı fonla əhatələndikdə və ya tünd saçlarla çərçivələndikdə üz dərisi daha hamar görünür. Bu zaman dərinin özündə heç bir dəyişiklik baş vermir. Nəticələr bəzi rəng kombinasiyalarının xarici görünüşü niyə daha cəlbedici göstərdiyini anlamağa kömək edir. Qaynarinf
14 avqustEvliliyi möhkəmləndirən üsul
Birlikdə idmanla məşğul olmaq evlilik münasibətlərini möhkəmləndirməyə kömək edir. Axşam.az xəbər verir ki, bu qənaətə "Briqham Yanq Universitetinin alimləri gəlib. Tədqiqat zamanı təxminən 1,7 min gənc evli cütlüyün məlumatları araşdırılıb. Alimlər fərdi məşqlərlə həyat yoldaşlarının birlikdə etdiy
20 avqust"Vogue" 2026-cı ilin ən dəbli itini seçdi
ABŞ-nin "Vogue" jurnalı 2026-cı ilin ən dəbli və stilli itini seçib. -ın xəbərinə görə, bu barədə nəşri məlumat yayımlayıb. Məlumata görə, "Dogue" müsabiqəsində minlərlə ev heyvanı sahibi iştirak edib və öz itlərinin şəkillərini göndərib. Münsiflər heyəti təkcə fotoların keyfiyyətin
19 avqustSupermarketlər sizi daha çox alış-verişə necə vadar edir? - 5 psixoloji tələ
Supermarketə yalnız çörək və süd almaq üçün girib, ehtiyac olmayan məhsullarla dolu paketlə çıxmaq çoxlarına tanışdır. Mütəxəssislər bildirirlər ki, bu, heç də həmişə təsadüfi deyil. xarici KİV-ə istinadən xəbər verir ki, mağazalarda məhsulların yerləşdirilməsi, endirim kampaniyaları, iri alış-veri
18 avqustTəyyarə bələdçiləri və pilotlarla bağlı narahatedici ARAŞDIRMA
Çoxsaylı peşə nümayəndələri arasında ionlaşdırıcı şüalanmanın təsiri ilə əlaqəli xərçəngdən ən yüksək ölüm riski təyyarə bələdçilərində müşahidə olunur. Siyahıda ikinci yerdə pilotlar qərarlaşıblar. Harvard Tibb Məktəbinin alimləri bu qənaətə gəliblər. xəbər verir ki, tədqiqatın nəticələri "JAM
19 avqust