Şimşək çaxarkən mobil telefondan istifadə təhlükəlidir? - Mütəxəssis rəyi

Şimşək çaxarkən mobil telefondan istifadə təhlükəlidir? - Mütəxəssis rəyiMüasir mobil telefonlar ildırımı özünə cəlb etmir və ildırımvurma riskini artırmır. Cihazların tərkibindəki az miqdarda metal və zəif radiosiqnal şüalanması insanı ildırım üçün hədəfə çevirmir. Lakin şimşək çaxarkən başqa bir təhlükə - elektrik şəbəkəsində gərginliyin kəskin artması yarana bilər.

Oxu.Az xəbər verir ki, bu barədə rusiyalı mütəxəssis Arseni Buryakov Gazeta.ru-ya açıqlamasında bildirib.

Ekspertin sözlərinə görə, bina daxilində mobil telefonla danışmaq, cihaz şarjda deyilsə və xarici naqillərə qoşulmayıbsa, ildırımvurma riskini artırmır. Təhlükə smartfon elektrik şəbəkəsinə qoşulduqda yarana bilər.

İldırım elektrik verilişi xəttinə düşdükdə naqillər vasitəsilə yayılan və rozetkalarla binaya daxil ola bilən güclü gərginlik impulsları yarana bilər.

"Smartfon şarj olunursa, o, evin elektrik şəbəkəsinə qoşulmuş vəziyyətdədir. Güclü impuls zamanı şarj cihazının zədələnməsi, batareyanın sıradan çıxması və hətta lokal yanğın baş verməsi ehtimalı var", - deyə Buryakov xəbərdarlıq edib.

Məhz bu səbəbdən şimşək çaxarkən həssas elektron cihazların elektrik şəbəkəsindən ayrılması məsləhət görülür. Bu qayda kompüterlərə, televizorlara və marşrutlaşdırıcılara da aiddir.

Mütəxəssis şimşək zamanı stasionar simli telefonlardan istifadə etməyi də tövsiyə etmir. Onun sözlərinə görə, elektrik impulsu kabel vasitəsilə telefona keçərək elektrik travmasına səbəb ola bilər. Mobil telefonlarda isə belə risk xarakterik deyil, çünki onların xarici kommunikasiya xətləri ilə birbaşa simli bağlantısı yoxdur.

İldırım çaxarkən sığınacaqdan kənarda qalmaq isə telefondan asılı olmayaraq özü-özlüyündə təhlükəlidir. Açıq ərazidə və ya hündür obyektlərin yaxınlığında olmaq insanı ildırım üçün potensial hədəfə çevirə bilər.

Smartfonla danışmaq ildırımvurma ehtimalını artırmasa da, insanın diqqətini təhlükədən və sığınacaq axtarmaqdan yayındıra bilər.

Buryakov ilk göy gurultusu səslərini eşidən kimi qapalı və qorunan məkana keçməyi, küçədə telefondan istifadəni isə təhlükəsiz yerə çatana qədər təxirə salmağı məsləhət görüb.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 440   Tarix: 18 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Zibil qutusuna bir neçə qaşıq tökün: Qoxu da, milçək də azalır

Yay aylarında artan istilik mətbəxdəki zibil qutularında pis qoxunun daha sürətli yaranmasına və milçəklərin bu bölgəyə yönəlməsinə səbəb ola bilər. Bunun qarşısını almaq üçün tövsiyə edilən sadə üsullardan biri zibil paketini taxmazdan əvvəl qutunun dibinə bir neçə xörək qaşığı soda səpməkdir. xəbə

15 avqust
.

Kişi biskvit yeyən arvadını döyüb öldürdü

Qazaxıstanda kişi biskvit yeyən arvadını öldürüb. yerli mediaya istinadən xəbər verir ki, hadisə Cambıl vilayətinin Merken rayonunda qeydə alınıb. Kişi biskvit yeyən arvadını döyərək öldürüb. Hadisədən sonra qadının rəfiqəsi bildirib ki, əri ona mütəmadi olaraq fiziki zorakılıq tətbiq edib. Bundan başqa

19 avqust
.

Yayda dondurma yeyənlərə XƏBƏRDARLIQ

Yay mövsümünü dondurmasız təsəvvür etmək çətindir. Həm böyüklərin, həm də uşaqların sevimli sərinləşdirici qidalarından biri olan dondurma isti havalarda ən çox istehlak edilən məhsullardandır. Lakin vitrindəki hər dondurma eyni keyfiyyət və təhlükəsizlik göstəricilərinə malik olmaya bilər. Məhsulu

15 avqust
.

Hər insanın dünyada özünə bənzəyən biri varmı? Alimlər açıqladı

"Dünyada hər insanın özünə bənzəyən biri var" fikri geniş yayılsa da, elmi araşdırmalar bunun hər kəs üçün keçərli olduğunu təsdiqləmir. Alimlərin fikrincə, nəticə "bənzər insan" anlayışının hansı meyarlarla müəyyənləşdirilməsindən asılıdır. Məsələn, saç rəngi, üz quruluşu və təbəssü

17 avqust
.

Oteldə ilk işiniz bu olsun: Qapıdan mütləq stəkan asın

Hotel otağına daxil olan kimi hamam otağındakı şüşə stəkanı qapı dəstəyindən asmaq ilk baxışdan qəribə bir xürafat kimi görünə bilər. xəbər verir ki, yorucu səyahətdən sonra hotel otağına yerləşib dincəlməyə çəkilməzdən əvvəl təcrübəli səyyahların əsla nəzərdən qaçırmadığı qeyri-adi bir üsul var. B

8 avqust
.

Yutub pul qazanmaq şərtlərini sərtləşdirir

Yutub məzmun yaradıcılarının reklam və premium abunə gəlirlərindən pay əldə etməsi üçün tələb olunan baxış hədlərini artırır. "Qafqazinfo" xəbər verir ki, yeni qaydalar Yutub Tərəfdaş Proqramına daxil olaraq reklam və Yutub Premium gəlirlərindən pay almaq istəyən yeni yaradıcıları əhatə edəcək

12 avqust
.

Çölə 12 min ton portağal qabığı tökdülər - 16 il sonra gördükləri MƏNZƏRƏ HEYRƏTLƏNDİRDİ

Kosta-Rikada kənd təsərrüfatı tullantılarının təbiətə faydalı şəkildə qaytarılması məqsədilə həyata keçirilən qeyri-adi layihə 16 il sonra gözlənilməz nəticə verib. " "a istinadla xəbər verir ki, hadisə 1997-ci ildə Kosta-Rikanın Quanakaste Milli Parkında baş verib. Ekoloqlar Daniel Janze

16 avqust
.

Ağcaqanadlar ən çox kimləri dişləyir?

Alimlər musiqi festivalında birbaşa eksperiment apararaq müəyyən ediblər ki, pivə və siqaret sevən insanlar ağcaqanadlar üçün əsl "maqnit"ə çevrilirlər. xəbər verir ki, Niderlandın "Lowlands" musiqi festivalında 450-dən çox adamın iştirakı ilə keçirilən araşdırma ağcaqanadların niy

16 avqust
.

"iPhone 18 Pro Max"ın kamerası yenilənir - Böyük ölçüdə olacaq

Gələn ay təqdimatı planlaşdırılan "iPhone 18 Pro Max"ın daha yaxşı kamera sisteminə malik olacağı bildirilir. "Qafqazinfo" Türkiyə mediasına istinadən xəbər verir ki, "dəyişkən diafraqma" sistemi yalnız "Pro max" üçün nəzərdə tutulacaq. Belə ki, "18 Pro Max"ı

19 avqust