Valideynlərin həddindən artıq tələbkar olması uşaqların psixologiyasında hansı izləri buraxır? - AÇIQLAMA

Valideynlərin həddindən artıq tələbkar olması uşaqların psixologiyasında hansı izləri buraxır? - AÇIQLAMAValideynlərin övladlarından yüksək nəticə gözləməsi bəzən onların gələcəyini düşünməkdən qaynaqlanır. Lakin gözləntilər həddindən artıq olduqda bu münasibət uşağın psixoloji inkişafına mənfi təsir göstərə bilər.

Daim "daha yaxşı olmalısan", "filankəsdən geri qalmamalısan" kimi mesajlar alan uşaq zamanla öz dəyərini yalnız uğurları ilə əlaqələndirə bilər.

Bəs valideynlərin həddindən artıq tələbkar olması uşaqların psixologiyasında hansı izləri buraxır?

Psixoloq G.Qədirli bu barədə Sonxeber.az -a açıqlama verib:

"Valideynin övladından müəyyən gözləntilərinin olması normaldır və uşağın inkişafına müsbət təsir də göstərə bilər. Problem gözləntilərin uşağın yaşına, imkanlarına və fərdi xüsusiyyətlərinə uyğun gəlmədiyi zaman başlayır. Uşaq davamlı olaraq valideyninin tələb etdiyi səviyyəyə çatmağa çalışırsa və bunun qarşılığında sevgisinin və qəbul edilməsinin nəticələrindən asılı olduğunu hiss edirsə, bu, onun psixoloji inkişafına ciddi təsir göstərə bilər.

Belə uşaqlarda ilk növbədə uğursuzluq qorxusu və mükəmməlliyyətçilik yarana bilər. Onlar səhv etməyi inkişafın bir hissəsi kimi deyil, "mən bacarıqsızam" düşüncəsinin sübutu kimi qəbul edə bilərlər. Nəticədə özünəinam aşağı düşür, daim özünü başqaları ilə müqayisə edir və əldə etdiyi uğurlardan belə tam zövq ala bilmir. Digər tərəfdən, uşaqda narahatlıq, günahkarlıq və emosional gərginlik yarana bilər. Valideynini məyus etmək qorxusu onun qərarlarına təsir edir. Hətta böyüdükdən sonra belə "mən nə etsəm, kifayət etməyəcək" düşüncəsi davam edə bilər.

Həddindən artıq tələbkarlıq uşağın valideynlə münasibətinə də təsir edir. Uşaq zamanla valideyninə öz hisslərini, problemlərini və uğursuzluqlarını danışmaqdan çəkinə bilər. Çünki qarşılığında dəstək deyil, tənqid alacağını düşünür.

Ən vacib məqam isə budur ki, uşağın nəticəsi ilə uşağın özünü bir-birindən ayırmaq lazımdır. Uşaq imtahandan zəif nəticə göstərə bilər, səhv edə bilər, hansısa sahədə yaşıdlarından geri qala bilər. Bunların heç biri onun dəyərsiz və ya bacarıqsız olduğu anlamına gəlmir. Valideyn uşağa bunu hiss etdirməlidir ki, "səni uğur qazandığın üçün deyil, sən olduğun üçün sevirəm".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 826   Tarix: 18 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Gürcüstanda soydaşlarımızın təhsil problemi - VİDEO

Yeni tədris ilinin başlaması ilə qonşu Gürcüstanda yaşayan azərbaycanlılar yenə də təhsil sahəsində böyük problemlə qarşı-qarşıya qalıblar. Belə ki, bu ölkədə fəaliyyət göstərən azərbaycandilli ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı ilbəil azalmağa davam edir. Buna səbəb isə validyenləri

18 sentyabr 2021
.

Şotlandiyada on il öncə itmiş pişik evinə qayıtdı - FOTO

Şotlandiyanın Aberdin şəhərində 10 il öncə itmiş pişik tapılıb. Forbs adlı ev heyvanı üzərindəki mikroçip sayəsində evinə qaytarılıb. Belə ki, pişiyi tapan şəxs mikroçipdə əks olunan telefon nömrəsilə əlaqə saxlayıb. Məlum olub ki, heyvanın sahibi Edinburq şəhərində yaşayan bir ailədir. Ailə başçıs

18 sentyabr 2021
.

Tovuzda sel suları məktəb və evlərə doldu - VİDEO

Axşam saatlarında qərb bölgəsinə yağan güclü yağış daşqınlara səbəb olub. Xüsusən, Tovuz rayonunun Yanıqlı və Əsrik-Cırdaxan kəndlərində sel suları kənd yollarını yuyub. Su orta məktəb binasına və bəzi evlərə dolub. Bundan əlavə, əkin sahələrinə ciddi ziyan dəyib. Hazırda Yanıqlı kəndində elektrik enerjisini

18 sentyabr 2021
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18 sentyabr 2021
.

"Ölən öləcək, qalan qalacaq, həyat davam edir" - Rəşid Mahmudov pandemiyadan danışdı

Mütəxəssislər havaların soyuması ilə əlaqədar olaraq yoluxma sayının artacağını proqnozlaşdırırlar. Bununla bağlı artıq həyəcan təbili çalınır. Maraqlıdır insanların qapalı məkanlarda toplaşması, məktəblərin açılması həqiqətənmi yoluxmanı artıracaq?. Tibb Universitetinin dosenti, Əməkdar müəllim Rəşi

17 sentyabr 2021
.

Çörək əvvəlki qiymətinə qaytarıldı - YENİLƏNİB

"Çörəkçi" zavodu da çörəyin satışını əvvəlki qiymətə qaytarıb. Şirkətin hüquq departamentinin direktoru Akif Abbasov -ın redaksiyası ilə əlaqə saxlayaraq bildirib ki, təmsil etdiyi şirkət də çörəyin satışında əvvəlki qiyməti bərpa edib. O, çörəyin satış qiymətinin əvvəlki qiymətə qaytarılmasın

17 sentyabr 2021
.

Tovuza dolu düşüb - VİDEO

Tovuzun dağ kəndlərinə leysan yağıb, qısa müddətli dolu düşüb. APA-ya istinadən xəbər verir ki, bu gün rayonun Kirən, Əhmədabad, Əsrik Cırdaxan və Yanıqlı kəndlərinə dolu düşüb. Bəzi kəndlərdə isə yağışdan sonra sel gəlib. Təsərrüfata ciddi ziyan dəymədiyi bildirilir. Hazırda qərb rayonlarında yağıntıl

17 sentyabr 2021
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17 sentyabr 2021
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18 sentyabr 2021