Xankəndidə restoranda dava-dalaş - 2 gənc həbs edildi
Xankəndidə məşhur restoranın qarşısında insident olub.
Sonxeber.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Kərkicahan qəsəbəsində yerləşən "Şah əsəri" restoranının qarşısında baş verib.
23 və 22 yaşlı gənclər həmin restoranın qarşısında ucadan nalayiq ifadələr işlədərək mübahisə ediblər. Hadisə zamanı onlardan biri bıçaq xəsarətləri alıb. Bu zaman polis əməkdaşları onlara irad bildirərək şöbəyə dəvət etsələr də, qanuni tələbə məhəl qoymayıblar. Nəticədə, hər iki şəxs saxlanılaraq, şöbəyə aparılıblar. Burada onlar barəsində müvafiq protokollar tərtib olunub.
Məlumata görə, hadisə günü restoranda bir xanımın ad günü məclisi keçirilirmiş. Həmin xanımın tanışı olan 23 və 22 yaşlı dostlar da orada iştirak ediblər. Gecə saat 22 radələrində xanım qonaqlardan birinin anası gələrək, sərxoş halda olan qızını aparmaq istəyib. Bu zaman barəsində inzibati xəta üzrə icraat aparılan şəxslərlə xanımın anası arasında mübahisə yaşanıb. Onlar restoranın önündə nalayiq ifadələr işlədərək, asayişi pozublar.
Məhkəmənin qərarı ilə onlardan 23 yaşlı şəxs 20 gün, digəri isə 15 gün müddətinə inzibati qaydada həbs olunublar.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakıda DƏHŞƏT: Avtobus gənc qızı vuraraq öldürdü
Rəşid Mahmudovun evində partlayış baş verib?
Novxanıda sərnişinlər avtobusda ekstrim yaşadı - Video
Rusiyalı milyarderlər Putindən sonrakı dövrə hazırlaşır: Kremldə hakimiyyət dəyişikliyi ssenariləri müzakirə olunur
Güclü küləklə bağlı xəbərdarlıq
Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığının gələcəyə hesablanmış istiqamətləri
Ev sahibi kirayəçini məhkəmə qərarı olmadan evdən çıxara bilərmi? - Qanun nə deyir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA
Kadir İnanırın mirasının məbləği açıqlandı
Azərbaycan-Böyük Britaniya: regional sabitlik və qlobal əməkdaşlıq perspektivləri
Netanyahunun sosial şəbəkə hesablarına kiberhücum oldu - FOTO
1960-cı ildə proqnozlaşdırılan "qiyamət günü" gəldi
Azərbaycan-Böyük Britaniya münasibətlərində yeni mərhələ başlayır
Azərbaycan-Böyük Britaniya arasında əməkdaşliq perspektivləri