Jurnalist: Media azadlığı heç kimə başqa xalqı aşağılamaq hüququ vermir

Jurnalist: Media azadlığı heç kimə başqa xalqı aşağılamaq hüququ vermirAzərbaycan-Rusiya münasibətləri fonunda bəzi Rusiya media resurslarında Azərbaycan dövlətinə, xalqına və ölkə rəhbərliyinə qarşı təhqir və təhdid xarakterli ifadələrin səsləndirilməsi informasiya məkanında ciddi suallar doğurur. Xüsusilə media vasitəsilə yayılan bu cür ritorika yalnız jurnalistikanın peşə və etik prinsipləri baxımından deyil, iki ölkə arasında qarşılıqlı etimadın və ictimai münasibətlərin formalaşmasına təsiri baxımından da qiymətləndirilməlidir.

Bəs, dövlətə, xalqa və siyasi rəhbərliyə qarşı təhqir və təhdid xarakterli materialların mediada yayımlanması sivil jurnalistika və media etikası prinsiplərinə nə dərəcədə uyğundur və belə materiallar Azərbaycan-Rusiya informasiya münasibətlərinə, eləcə də iki ölkə arasında ictimai rəyə və qarşılıqlı münasibətlərə hansı təsirləri göstərə bilər?
Jurnalist: Media azadlığı heç kimə başqa xalqı aşağılamaq hüququ vermirMəsələ ilə bağlı Sonxeber.az-a açıqlama verən Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, jurnalist Hacıbəy Heydərli bildirib ki, Rusiyanın bəzi KİV-lərində Azərbaycan dövlətinə, xalqına və ölkə rəhbərliyinə qarşı təhqir və təhdidlərin yer aldığı materialların yayılmasını qəti şəkildə pisləyir.

"Təəssüf ki, Rusiyanın bəzi media resurslarında son vaxtlar peşəkar jurnalistika ilə təxribat arasında sərhədin açıq şəkildə pozulduğunu görürük. Belə materiallar informasiya verməkdən daha çox cəmiyyətlər arasında gərginlik yaratmağa, qarşılıqlı nifrəti körükləməyə xidmət edir. Əgər hansısa jurnalist və ya media qurumu özünü peşəkar hesab edirsə, ilk növbədə sözün məsuliyyətini anlamalıdır. Media azadlığı heç kimə başqa xalqı aşağılamaq, dövlətə qarşı təhdid səsləndirmək və yalan və təhqir üzərindən ictimai rəy formalaşdırmaq hüququ vermir".

Jurnalist bildirib ki, bu cür materiallara Rusiya jurnalistikasının öz daxilindən və beynəlxalq təşkilatlardan da ciddi reaksiya verilməlidir:

"Çünki həmkarının təhqir və təhdidlərini "söz azadlığı" adı altında müdafiə etmək peşə prinsiplərinə xəyanətdir. Azərbaycan mediası heç vaxt Rusiya xalqına qarşı düşmənçilik və nifrət dili üzərində jurnalistika qurmayıb. Bizim də qarşı tərəfdən gözləntimiz eynidir: fikir ayrılığı varsa, onu arqumentlə ifadə edin, faktla danışın, amma təhqirə və təhdidə əl atmayın"

Onun sözlərinə görə, Azərbaycan dövlətinə, xalqına və rəhbərliyinə qarşı təhqir və təhdid xarakterli materiallar yayanlar jurnalistika adı altında məsuliyyətsizliyi və təxribatı legitimləşdirə bilməzlər:

"Belə yanaşma iki ölkə arasında informasiya münasibətlərinə ciddi zərbə vurur və cəmiyyətlər arasında onsuz da həssas olan qarşılıqlı etimadı zədələyir. Jurnalistikanın gücü təhqirdə deyil, həqiqətdədir. Faktınız və arqumentiniz varsa, danışın. Yoxdursa, təhqir və təhdidə sığınmaq peşəkarlıq deyil, acizlikdir".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 142   Tarix: 19 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Stadionda 27 yaşlı oğlanın ölməsinin ANBAAN GÖRÜNTÜLƏRİ

Ötən gün paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində yerləşən stadionda ölüm hadisəsi baş verib. Futbol matçının bitməsinə təxminən 15 dəqiqə qalmış meydana çıxan Bakı sakini 27 yaşlı Xəyal İbadov meydançada həyatını itirib. Stadionun inzibatçısı Abdulla Şahverdiyev deyib ki, həmin şəxslər abunəlik sistemin

18 avqust
.

Qadınlara qəlyanın pulsuz təklif olunması bu təhlükələrə yol aça bilər

İctimai iaşə obyektlərində qadınlara qəlyanın xüsusi və ya pulsuz təklif olunması təkcə marketinq yanaşması deyil, həm də tütün istifadəsinin cəmiyyətdə necə təqdim edildiyi baxımından müzakirə edilə biləcək məsələdir. Xüsusilə qəlyanın qadınlar üçün "daha məqbul", "sosial" və y

18 avqust
.

Rəmişin qardaşı vəfat etdi

Mərhum Xalq artisti, gitara ifaçısı Rəmişin (Rafiq Hüseynov) qardaşı Romik Hüseynov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə qazi-jurnalist Rey Kərimoğlu məlumat yayıb. O bildirib ki, Romik Hüseynov bu gün Ağdam rayonunun Qarağacı kənd qəbiristanlığında dəfn ediləcək. Qeyd edək ki

18 avqust
.

Prezident İlham Əliyev G20 Zirvəsində: Azərbaycanın Qlobal Gündəliyə Artan Təsiri

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ABŞ Prezidenti Donald Tramp tərəfindən 2026-cı il dekabrın 14-15-də ABŞ-ın Mayami şəhərində keçiriləcək G20 Liderlər Sammitinə dəvət olunması Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunun mühüm göstəricilərindən biri kimi qiymətləndiril

19 avqust
.

Yeni dərs ili başlayır: məktəblərdə hansı çatışmazlıqlar var? - AÇIQLAMA

Yeni dərs ilinin başlamasına sayılı günlər qalıb. Şagird və müəllimlər yeni tədris ilinə hazırlaşdığı bir vaxtda məktəblərin maddi-texniki təminatı, infrastruktur vəziyyəti və mövcud çatışmazlıqlar yenidən gündəmə gəlir. Bəs yeni tədris ili ərəfəsində məktəblərdə hansı problemlər qalmaqdadır və əsa

18 avqust
.

Astaranın üç kəndində qaz olmayacaq

Astarada üç kənddə qaz olmayacaq. xəbər verir ki, bu barədə Lənkəran Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. Bildirilib ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar avqustun 20-də saat 10:00-dan etibarən Astara rayonunun Təngərüd, Maşxan və Lələkəpeştə kəndlərinin qaz təchizatında müvəqqət

19 avqust
.

Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi - Video

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 11-də Şuşa rayonunun Kiçik Qaladərəsi kəndində olarkən kənd sakini Əsəd Əsədovun evində olmuş, ailənin balaca fərdi Gülər isə dövlət başçısından traktor istəmişdi. "Qafqazinfo" AzTV-yə istinadən xəbər verir ki, İlham Əliyev kiçik sakinin arzusunu reallaşdırıb

19 avqust
.

2026-cı ildə ev almaq, yoxsa gözləmək? - AÇIQLAMA

Daşınmaz əmlak bazarında qiymətlərin son dövrdə artması ev almaq istəyənləri düşündürən əsas suallardan birini gündəmə gətirib: 2026-cı ildə mənzil almaq daha sərfəlidir, yoxsa qiymətlərin düşməsini gözləmək?. Əmlak məsələləri üzrə ekspert Fərid Cəfərli bu barədə -a açıqlama verib: . "Qiymətləri

18 avqust
.

"Zəhmətimiz boşa gedir"

Müğənni Elariz Məmmədoğlu sosial media hesabında paylaşım edib. Axşam.az xəbər verir ki, ifaçı təhsil almadan mahnı oxumağa çalışanları qınayıb. "Təhsil nə üçün idi? Kimin üçün çalışırıq? Heyif ki, bir çox mahnıları çox az adam qavrayır. Zəhmətimiz boşa gedir". Qeyd edək ki, Elariz uzun illərdi

19 avqust