Sevgilisinin qızıllarını oğurladı, borclarını ödədi (TƏFƏRRÜAT)
Xırdalanda birlikdə yaşadığı qadının evdən çıxmasından istifadə edən şəxs onun qızıl-zinət əşyalarını oğurlayıb.
Qaynarinfo xəbər verir ki, həmin şəxs qızılları tanımadığı mağazaya 1800 manata satıb, əldə etdiyi pulu isə şəxsi ehtiyaclarına və borclarına xərcləyib.
Hüquq mühafizə orqanlarına müraciətdən sonra hadisəni törədən şəxs saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 177.1-ci (oğurluq - özgənin əmlakını gizli olaraq talama) maddəsi ilə ittiham elan edilib. Cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb.
Məhkəmədə müəyyən edilib ki, qadın ərzaq almaq üçün evdən çıxarkən təqsirləndirilən şəxs ona 15 manat pul verib. Qadın evin qapısını bağlayaraq mağazaya gedib. Bundan sonra təqsirləndirilən şəxs pəncərədən onu çağıraraq açarı istəyib və dostunun gələcəyini deyib.
Açarı aldıqdan sonra isə qadının qızıllarını oğurlamaq qərarına gəlib. Yataq otağındakı dolabdan qızıl boyunbağı, iki qızıl klon, bir cüt qızıl sırğa və qızıl üzüyü götürərək evdən çıxıb.
Qadın mağazaya çatmamış evə qayıdıb və qapının açıq olduğunu görüb. Evdəki 4 yaşlı uşağını sakitləşdirdikdən sonra yataq otağına keçib. Dolabdakı qızılların olmadığını gördükdə təqsirləndirilən şəxsə zəng edib. Lakin ona cavab verilməyib.
Məhkəmədə təqsirləndirilən şəxs ittihamı qəbul edib. O, oğurladığı qızılları Bakı şəhəri, Nəsimi rayonunda yerləşən univermağda tanımadığı qızıl mağazasına 1800 manata satdığını bildirib. Əldə etdiyi pulu şəxsi ehtiyaclarına və borclarının qaytarılmasına xərclədiyini deyib.
Zərərçəkmiş şəxs isə oğurlanan qızıl-zinət əşyalarının ümumi dəyərinin 4900 manat olduğunu bildirib. Onun sözlərinə görə, əşyalar arasında 700 manat dəyərində qızıl boyunbağı, 200 və 1000 manat dəyərində iki qızıl klon, 3000 manat dəyərində bir cüt sırğa və brilyant dəst olub. O, dəymiş ziyanın ödənilmədiyini və qızılların qaytarılmasını istəyib.
Məhkəmə təqsirləndirilən şəxsə 1 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib.
Onun daha əvvəl başqa cinayət işi üzrə məhkumluğu da nəzərə alınıb. Abşeron Rayon Məhkəməsinin 2026-cı il tarixli hökmü ilə ona 2 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 il 4 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Hazırkı iş üzrə verilmiş 1 il 3 aylıq cəza əvvəlki hökmlə təyin edilmiş cəza ilə qismən toplanıb və ona qəti olaraq 2 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub.
Əvvəlki iş üzrə nəzərə alınmış 11 ay 10 gün və hazırkı iş üzrə tutulduğu 3 gün - ümumilikdə 11 ay 13 gün müddət cəzadan çıxılıb.
Nəticədə onun üzərində qəti olaraq 2 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 il 17 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Zəngəzurda saxlanılan Azərbaycan əsgəri ilə bağlı Ermənistan məhkəməsi qərar verdi
Azərbaycanda dörd qanun ləğv ediləcək
40 dəqiqə soyuqda avtobus gözləyən sərnişin: AYNA və BakuBus bu nəqliyyat problemini nə vaxt görəcək?
Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarıldı - Aralarında baş həkimlər də var
Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır (VİDEO)
"Bakı Metropoliteni" kanat yolları ilə sərnişin daşıyacaq
Mehdiyevin gəlininin BOKT-nun lisenziyası ləğv edildi
Yağıntılı havanın nə vaxtadək davam edəcək?
Temperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ
Bakıda mənzillərin kvadratmetri 19 min manat oldu - Ən bahalı ünvanlar
82 yaşlı Hacıbala Abutalıbov illər sonra görüntüləndi - Video
Prezident: "Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq"
Bakıda restoran sakinlərin narazılığına səbəb olub: "Gecələr rahat yata bilmirik" - Video
Trampdan İrana yeni zərbə mesajı: ABŞ Yaxın Şərqə 10 min hərbçi göndərir
15 gün əvvəl təyin olunmuşdu, vəzifəsindən ayrıldı