Böyükşor gölü təhlükədədir? - AÇIQLAMA

Böyükşor gölü təhlükədədir? - AÇIQLAMABöyükşor gölündə suyun yaşıllaşması sianobakteriyaların kəskin artması ehtimalını gündəmə gətirir və bu, su hövzəsində qida maddələrinin çoxalması, üzvi çirklənmə və ekosistemin tarazlığının pozulması kimi problemlərin göstəricisi ola bilər. Göldə əvvəlki monitorinqlərdə yüksək minerallaşma, xlorid və həll olmuş duzların miqdarının yüksək olması, həmçinin səthi-aktiv maddələrin aşkarlanması qeydə alınıb.

Bəs, sianobakteriyaların kəskin artmasına hansı ekoloji amillər səbəb ola bilər, bu proses gölün canlı aləminə və ətraf mühitə hansı təsirləri göstərə, yaxın ərazidə yaşayan insanlar üçün hansı riskləri yarada bilər və problemin qarşısını almaq üçün suyun keyfiyyətinin monitorinqi, çirklənmə mənbələrinin müəyyənləşdirilməsi və gölün ekoloji vəziyyətinin yaxşılaşdırılması istiqamətində hansı tədbirlər görülməlidir?
Böyükşor gölü təhlükədədir? - AÇIQLAMAMəsələ ilə bağlı Sonxeber.az-a açıqlama verən ekoloq Sadiq Həsənov bildirib ki, sianobakteriyaların Böyükşor gölündə həddindən artıq artması müşahidə olunur:

"Burada bir neçə əsas səbəb var. Böyükşor gölündə axının olmaması, suyun dayanıqlı vəziyyətdə olması, ətrafında yaşayış məntəqələrinin həddindən artıq çoxluğu, sənaye müəssisələrinin fəaliyyət göstərməsi və çirkab sularının gölə axıdılmasının hələ də tam dayandırılmaması sianobakteriyaların inkişafı üçün münbit şərait yaradır. Sianobakteriyaların, yəni göy-yaşıl yosunların əsas qidalandığı mənbələrdən biri məişət çirkab sularıdır. Bu sularda azot və fosforun miqdarı həddindən artıq yüksək olur. Bu maddələr də yosunların sürətlə inkişafına şərait yaradır və nəticədə sianobakteriyaların kütləvi şəkildə artmasına səbəb olur".

Ekspert bildirib ki, sianobakteriyalar kütləvi şəkildə artdıqdan və məhv olduqdan sonra onların parçalanması zamanı digər canlı orqanizmlər daha çox oksigen istifadə edir:

"Nəticədə suda oksigen azalır və bu da balıqların və digər bioloji resursların tükənməsinə səbəb ola bilər. Böyükşor gölündə sianobakteriyaların artmasının əsas səbəbləri fosfor və azotun həddindən artıq çox olması, havanın isti keçməsi və günəş enerjisinin yüksək olmasıdır. Temperaturun yüksəlməsi də bu bakteriyaların inkişafı üçün əlavə stimul yaradır. Son iki ay ərzində Bakıda quraqlığın müşahidə olunması və havaların isti keçməsi də bu prosesə təsir göstərir".

Onun sözlərinə görə, burada əsas tədbir, ilk növbədə, məişət çirkab sularının gölə axıdılmasının qarşısının alınmasıdır. Çünki Böyükşor dayanıqlı göldür və burada su axını çox məhduddur. Bu səbəbdən çirkab sularının gölə axıdılması ciddi problemlər yaradır. Eyni zamanda, vaxtilə gölə neft çirkablarının axıdılması nəticəsində həmin çirkləndiricilərin gölün dibində toplanması da əlavə çirklənmə mühiti yaradır. Bu amil həm pis qoxunun yaranmasına, həm də göl ətrafında əlavə diskomfortun formalaşmasına səbəb olur".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 523   Tarix: 19 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Gürcüstanda soydaşlarımızın təhsil problemi - VİDEO

Yeni tədris ilinin başlaması ilə qonşu Gürcüstanda yaşayan azərbaycanlılar yenə də təhsil sahəsində böyük problemlə qarşı-qarşıya qalıblar. Belə ki, bu ölkədə fəaliyyət göstərən azərbaycandilli ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı ilbəil azalmağa davam edir. Buna səbəb isə validyenləri

18 sentyabr 2021
.

Şotlandiyada on il öncə itmiş pişik evinə qayıtdı - FOTO

Şotlandiyanın Aberdin şəhərində 10 il öncə itmiş pişik tapılıb. Forbs adlı ev heyvanı üzərindəki mikroçip sayəsində evinə qaytarılıb. Belə ki, pişiyi tapan şəxs mikroçipdə əks olunan telefon nömrəsilə əlaqə saxlayıb. Məlum olub ki, heyvanın sahibi Edinburq şəhərində yaşayan bir ailədir. Ailə başçıs

18 sentyabr 2021
.

Tovuzda sel suları məktəb və evlərə doldu - VİDEO

Axşam saatlarında qərb bölgəsinə yağan güclü yağış daşqınlara səbəb olub. Xüsusən, Tovuz rayonunun Yanıqlı və Əsrik-Cırdaxan kəndlərində sel suları kənd yollarını yuyub. Su orta məktəb binasına və bəzi evlərə dolub. Bundan əlavə, əkin sahələrinə ciddi ziyan dəyib. Hazırda Yanıqlı kəndində elektrik enerjisini

18 sentyabr 2021
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18 sentyabr 2021
.

"Ölən öləcək, qalan qalacaq, həyat davam edir" - Rəşid Mahmudov pandemiyadan danışdı

Mütəxəssislər havaların soyuması ilə əlaqədar olaraq yoluxma sayının artacağını proqnozlaşdırırlar. Bununla bağlı artıq həyəcan təbili çalınır. Maraqlıdır insanların qapalı məkanlarda toplaşması, məktəblərin açılması həqiqətənmi yoluxmanı artıracaq?. Tibb Universitetinin dosenti, Əməkdar müəllim Rəşi

17 sentyabr 2021
.

Çörək əvvəlki qiymətinə qaytarıldı - YENİLƏNİB

"Çörəkçi" zavodu da çörəyin satışını əvvəlki qiymətə qaytarıb. Şirkətin hüquq departamentinin direktoru Akif Abbasov -ın redaksiyası ilə əlaqə saxlayaraq bildirib ki, təmsil etdiyi şirkət də çörəyin satışında əvvəlki qiyməti bərpa edib. O, çörəyin satış qiymətinin əvvəlki qiymətə qaytarılmasın

17 sentyabr 2021
.

Tovuza dolu düşüb - VİDEO

Tovuzun dağ kəndlərinə leysan yağıb, qısa müddətli dolu düşüb. APA-ya istinadən xəbər verir ki, bu gün rayonun Kirən, Əhmədabad, Əsrik Cırdaxan və Yanıqlı kəndlərinə dolu düşüb. Bəzi kəndlərdə isə yağışdan sonra sel gəlib. Təsərrüfata ciddi ziyan dəymədiyi bildirilir. Hazırda qərb rayonlarında yağıntıl

17 sentyabr 2021
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17 sentyabr 2021
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18 sentyabr 2021