Azərbaycanın qlobal gündəlikdə yeni mərhələsi: G20 Zirvəsinə dəvət

Azərbaycanın qlobal gündəlikdə yeni mərhələsi: G20 Zirvəsinə dəvət"Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Prezidenti Donald Tramp tərəfindən 2026-cı il dekabrın 14-15-də Mayamidə keçiriləcək G20 Liderlər Sammitinə dəvət olunması, şübhəsiz ki, Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan çəkisinin mühüm göstəricilərindən biridir. ABŞ-ın G20 sədrliyi çərçivəsində keçiriləcək sammitdə Azərbaycanın da dəvət olunan ölkələr sırasında yer alması artıq sıradan diplomatik protokol hadisəsi kimi qiymətləndirilə bilməz.

Burada əsas məsələ Azərbaycanın dünyanın ən böyük iqtisadiyyatlarının müzakirə platformasına dəvət edilməsidir. Çünki G20 yalnız iqtisadi məsələlərin müzakirə olunduğu format deyil. Bu platforma qlobal enerji təhlükəsizliyi, ticarət, investisiya, nəqliyyat-logistika, rəqəmsal transformasiya və beynəlxalq iqtisadi münasibətlərin gələcəyi baxımından mühüm siyasi çəkidə olan bir mərkəzdir.

"Bu fikirləri Sonxeber.az-a Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.

Ekspert qeyd edib ki, Azərbaycanın bu platformaya dəvətində ölkəmizin enerji siyasətinin və Şərqlə Qərb arasında formalaşdırdığı nəqliyyat-kommunikasiya bağlantılarının xüsusi əhəmiyyəti var. Azərbaycan artıq yalnız enerji resurslarını ixrac edən ölkə deyil, həm də Avrasiyanın enerji və nəqliyyat xəritəsində mühüm qovşaqlardan birinə çevrilir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycanın təşəbbüskarı və əsas iştirakçısı olduğu enerji layihələri bu gün bir sıra ölkələrin enerji təhlükəsizliyinə töhfə verir.

Digər tərəfdən, bu dəvət Azərbaycan-ABŞ münasibətlərinin yeni mərhələsini də nümayiş etdirir. Son dövrdə Bakı ilə Vaşinqton arasında strateji tərəfdaşlığın möhkəmlənməsi fonunda Prezident İlham Əliyevin G20 kimi qlobal platformaya dəvət olunması Azərbaycanın ABŞ üçün də artan strateji əhəmiyyətindən xəbər verir. Prezident İlham Əliyev də bu dəvəti ölkəmizə göstərilən xoş münasibətin ifadəsi kimi qiymətləndirib.

"Hesab edirəm ki, Azərbaycanın G20 formatında iştirakı ölkəmizin diplomatik imkanlarını genişləndirməklə yanaşı, iqtisadi və enerji potensialımızın qlobal miqyasda daha geniş təqdim olunması üçün yeni imkanlar yaradacaq. Azərbaycan burada yalnız öz milli maraqlarını ifadə edən dövlət kimi deyil, Avrasiyanın müxtəlif bölgələrini birləşdirən, enerji və nəqliyyat təhlükəsizliyinə töhfə verən, sabitlik və əməkdaşlıq təşəbbüsləri irəli sürən ölkə kimi çıxış edə bilər.
Bu dəvət həm də onu göstərir ki, Azərbaycanın geosiyasi çəkisi artıq yalnız Cənubi Qafqaz çərçivəsində qiymətləndirilmir. Bakı regional siyasətin iştirakçısından qlobal proseslərdə sözü və mövqeyi nəzərə alınan aktora çevrilməkdədir. G20 dəvətini məhz bu baxımdan Azərbaycanın beynəlxalq nüfuzunun və çoxvektorlu xarici siyasətinin mühüm nəticələrindən biri kimi dəyərləndirmək lazımdır.

Əslində, məsələ təkcə Mayamiyə dəvət deyil. Məsələ Azərbaycanın dünya siyasətinin və qlobal iqtisadiyyatın əsas müzakirə masalarından birinə daha yaxınlaşmasıdır. Bu isə ölkəmizin qarşıdakı illərdə enerji, nəqliyyat, investisiya və geosiyasi əməkdaşlıq sahələrində daha böyük təşəbbüslərlə çıxış etməsi üçün ciddi imkanlar yaradır."-deyə, B.Quliyev əlavə edib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 299   Tarix: 19 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Gürcüstanda soydaşlarımızın təhsil problemi - VİDEO

Yeni tədris ilinin başlaması ilə qonşu Gürcüstanda yaşayan azərbaycanlılar yenə də təhsil sahəsində böyük problemlə qarşı-qarşıya qalıblar. Belə ki, bu ölkədə fəaliyyət göstərən azərbaycandilli ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı ilbəil azalmağa davam edir. Buna səbəb isə validyenləri

18 sentyabr 2021
.

Şotlandiyada on il öncə itmiş pişik evinə qayıtdı - FOTO

Şotlandiyanın Aberdin şəhərində 10 il öncə itmiş pişik tapılıb. Forbs adlı ev heyvanı üzərindəki mikroçip sayəsində evinə qaytarılıb. Belə ki, pişiyi tapan şəxs mikroçipdə əks olunan telefon nömrəsilə əlaqə saxlayıb. Məlum olub ki, heyvanın sahibi Edinburq şəhərində yaşayan bir ailədir. Ailə başçıs

18 sentyabr 2021
.

Tovuzda sel suları məktəb və evlərə doldu - VİDEO

Axşam saatlarında qərb bölgəsinə yağan güclü yağış daşqınlara səbəb olub. Xüsusən, Tovuz rayonunun Yanıqlı və Əsrik-Cırdaxan kəndlərində sel suları kənd yollarını yuyub. Su orta məktəb binasına və bəzi evlərə dolub. Bundan əlavə, əkin sahələrinə ciddi ziyan dəyib. Hazırda Yanıqlı kəndində elektrik enerjisini

18 sentyabr 2021
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18 sentyabr 2021
.

"Ölən öləcək, qalan qalacaq, həyat davam edir" - Rəşid Mahmudov pandemiyadan danışdı

Mütəxəssislər havaların soyuması ilə əlaqədar olaraq yoluxma sayının artacağını proqnozlaşdırırlar. Bununla bağlı artıq həyəcan təbili çalınır. Maraqlıdır insanların qapalı məkanlarda toplaşması, məktəblərin açılması həqiqətənmi yoluxmanı artıracaq?. Tibb Universitetinin dosenti, Əməkdar müəllim Rəşi

17 sentyabr 2021
.

Çörək əvvəlki qiymətinə qaytarıldı - YENİLƏNİB

"Çörəkçi" zavodu da çörəyin satışını əvvəlki qiymətə qaytarıb. Şirkətin hüquq departamentinin direktoru Akif Abbasov -ın redaksiyası ilə əlaqə saxlayaraq bildirib ki, təmsil etdiyi şirkət də çörəyin satışında əvvəlki qiyməti bərpa edib. O, çörəyin satış qiymətinin əvvəlki qiymətə qaytarılmasın

17 sentyabr 2021
.

Tovuza dolu düşüb - VİDEO

Tovuzun dağ kəndlərinə leysan yağıb, qısa müddətli dolu düşüb. APA-ya istinadən xəbər verir ki, bu gün rayonun Kirən, Əhmədabad, Əsrik Cırdaxan və Yanıqlı kəndlərinə dolu düşüb. Bəzi kəndlərdə isə yağışdan sonra sel gəlib. Təsərrüfata ciddi ziyan dəymədiyi bildirilir. Hazırda qərb rayonlarında yağıntıl

17 sentyabr 2021
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17 sentyabr 2021
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18 sentyabr 2021