Laçınlılar doğma yurda qayıdışın qürur və sevincini yaşayırlar

Laçınlılar doğma yurda qayıdışın qürur və sevincini yaşayırlarAzərbaycanın dilbər guşələrindən olan Laçın şəhərinin işğaldan azad edilməsindən dörd il ötür. 2022-ci il avqustun 26-da Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bütün Azərbaycan xalqını sevindirəcək müraciətlə çıxış etdi: "Bu gün, avqustun 26-da biz - azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!".
Böyük strateji əhəmiyyətə malik Laçın rayonu (1 şəhər, 1 qəsəbə və 125 kənd) 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. İşğal nəticəsində rayonun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. İşğal nəticəsində 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri işğalçılar tərəfindən talan və məhv edilib. 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb.
2020-ci ilin sentyabrın 27-də başlayan və tarixə 44 günlük müharibə kimi düşən İkinci Qarabağ müharibəsində 30 illik işğala son qoyuldu. Azərbaycan Prezidentinin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi və ordumuzun şanlı Zəfəri Ermənistanı kapitulyasiyaya və əraziləri boşaltmağa məcbur etdi. Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş nazirinin imzaladığı birgə bəyanata əsasən 2020-ci il dekabrın 1-də Laçın rayonu Ermənistan ordusu tərəfindən boşaldıldı. Bundan əvvəl, noyabrın 9-u Laçın rayonunun Güləbird, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Laçının işğaldan azad edilməsi Azərbaycanın hərbi və diplomatik qələbəsinin davamı idi.
Otuz ilə yaxın dövrdə erməni vandalizminə məruz qalan Laçın özünün yeni dövrünə qədəm qoyub. İşğaldan azad olunmuş ərazilərimizin inkişafını daim xüsusi diqqətdə saxlayan Prezident İlham Əliyev Laçın rayonuna bir neçə dəfə səfər edib. Bu səfərlər zamanı dövlətimizin başçısı tərəfindən 2023-cü il avqustun 25-də Laçın rayon 2 nömrəli tam orta məktəbinnin, mebel fabrikinin, "Hoçazfilm" yaradıcılıq studiyasının çəkiliş pavilyonunun, "Həkəri Balıq Təsərrüfatı"nın, "AzərEnerji" Açıq Səhmdar Cəmiyyətinin "Mişni" və "Alxaslı" Kiçik Su Elektrik stansiyalarının açılışı keçirilib.
2025-ci il may ayında 11,2 ha ərazidə "Laçın" İstirahət Kompleksi istifadəyə verilib. May ayının 28-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyıb Ərdöğanın iştirakı ilə Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilib, sonra iki qardaş ölkənin rəhbərləri Kəlbəcər-Laçın avtomobil yolunda görülən tikinti işləri ilə tanış olublar.
Həmçinin ötən il mayın 28-də Laçında Azərbaycan Prezidenti İlham Əliyevin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Zirvə görüşü keçirilib. Həmin gün Laçında hər üç dövlətin rəhbərlərinin iştirakı ilə 28 May - Müstəqillik Gününə həsr olunmuş konsert keçirilib.
Nəhayət bu il iyulun 11-də Prezident İlham Əliyev Laçında Hoçaz çayının üzərində yerləşən 14,7 meqavatlıq "Ağbulaq-1", 14,25 meqavatlıq "Ağbulaq-2" və 4 meqavatlıq "Şeylanlı" su elektrik stansiyalarının onlayn formatda açılışında iştirak edib və "Həkəriçay" su anbarının təməlini qoyub.
Bəli, Laçında həyata keçirilən genişmiqyaslı quruculuq işləri yüksək zövq və keyfiyyətlə aparılır. Baş plan layihəsində təbii yaşıllıqlarla əhatələnmiş şəhərin tarixən mövcud olmuş təxminən 258 hektar məskunlaşma ərazisində həyətyanı sahəsi olan fərdi evlərə üstünlük verilib. Bununla yanaşı, çoxfunksiyalı zonalarda və digər yaşayış ərazilərində çoxmənzilli binaların tikilməsi təklif edilir. Şəhərdə xəstəxana, İşğal və Zəfər muzeylərinin yerləşəcəyi Memorial Park, məktəbəqədər və tam orta təhsil müəssisələri, peşə məktəbi, həmçinin mədəniyyət və turizm obyektləri də yaradılıb. Laçın şəhərində istehsalat, xidmət və tədris müəssisələrinin yaradılması, əhalinin məşğulluğun təmin edilməsi də diqqət mərkəzində saxlanılır. Əhalinin məşğulluğunun təşkili rayonun tarixi ənənələrinə əsaslanır. Belə ki, yaxın gələcəkdə burada ekoloji və səmərəli kənd təsərrüfatı, tikinti, yüngül və qida sənayesi, balıqçılıq, tingçilik və digər sosial xidmət sahələrinin inkişafı nəzərdə tutulur. Laçın şəhərində yaradılan Aqro və Sənaye Parkında ümumilikdə 46 müəssisə fəaliyyət göstərəcək.
2023-cü ilin mayın 28-dən başlayaraq laçınlıların doğma yurda qayıdışına start verilib. Artıq Laçın şəhəri minlərlə ailəyə qucaq açıb və laçınlıların yurd həsrəti bitmək üzrədir. Köçürülən ailələrin Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb.
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən Laçın şəhərinin işğaldan azad edildiyi 26 avqust tarixi Laçın Şəhəri Günü kimi qeyd olunur. Bu gün laçınlılar Laçın Şəhəri Gününü 30 il həsrətində olduqları doğma evlərində qürur və sevinc hissi ilə qeyd edirlər.

Altay Əliyev - Şəhid ailələri, əlillər və müharibə veteranlarının müdafiəsi İctimai Birliyinin fəxri üzvü


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 109   Tarix: 20 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Həkim müalicəsindən narazı qaldıqda rəsmi şikayət edə bilərsiniz - AÇIQLAMA

Tibbi müdaxilədən sonra xəstənin səhhətində arzuolunmaz nəticənin yaranması ilə bağlı Ali Məhkəmənin açıqlaması həkim səhvi ilə müalicənin gözlənilən nəticəni verməməsi arasındakı hüquqi fərqi gündəmə gətirir. Tibbi müdaxilənin nəticəsinin mənfi olması öz-özlüyündə həkimin peşə vəzifəsini pozduğunu göstərmir

20 avqust
.

Prezident təqaüdçüləri ailə qurur

2021-ci ildə Prezident təqaüdçüləri olan Ruslan Murtuzov və Arzu Məmmədova ailə həyatı qurur. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Azərbaycan Universitetləri" səhifəsi paylaşım edib. Bildirilib ki, Sumqayıtda yerləşən Təbiət Elmləri Təmayüllü Gimnaziyanın və İstedad liseyinin məzunlar

18 avqust
.

Məktəb alış-verişinə nə qədər vəsait lazımdır? - AÇIQLAMA

Yeni tədris ilinin başlamasına az vaxt qalması ilə məktəbli geyimləri, çanta, dəftərxana ləvazimatları və digər zəruri məhsullara tələbat artır. Hazırkı bazar məlumatlarında bəzi məhsullar üzrə qiymətlərin sabit qaldığı, bəzilərində isə ötən illə müqayisədə artım müşahidə olunduğu bildirilir. Bəs, yen

19 avqust
.

Gəncədə zibil poliqonunda döl tapıldı, araşdırma aparılır

Gəncədə yerləşən zibil poliqonunda körpə meyiti tapılıb. Axşam.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan məlumat yayıb. Bildirilib ki, 19 avqust 2026-cı il tarixdə Gəncə şəhər Cavadxan qəsəbəsində yerləşən zibil poliqonunda ölü dölün aşkar edilməsi faktı üzrə Gəncə şəhər prokurorluğunda araşdırm

20 avqust
.

Bu xəstəxananın baş həkimi işdən çıxarıldı

"Ağciyər Xəstəlikləri Mərkəzi" PHŞ-nin Yevlax Regional Xəstəxanasının idarəetmə aparatının rəhbəri - baş həkim Mirrəhim Nəbiyev tutduğu vəzifədən azad edilib. qafqazinfo-ya istinadən xəbər verir ki, hazırda onun yerinə təyinat yoxdur. M.Nəbiyevin vəzifədən azad edilməsinin səbəbi ilə bağl

19 avqust
.

"Kubinka"da sakinlərlə "Vialon" MTK arasında münaqişə yaşanır (VİDEO)

Bakının Nəsimi rayonu, Balababa Məcidov küçəsi, "Kubinka" adlanan ərazidə sakinlərlə "Vialon" MTK rəhbərliyi arasında münaqişə yaşanır. Buna səbəb şirkətin ərazidə bəzi evləri alaraq, söküntü işləri aparmasıdır. Ərazidə bəzi sakinlərin evləri sökülüb, kompensasiya alıblar. Lakin kompensasiyanı

20 avqust
.

Naomi Kempbell yenidən Bakıya gələcək

Məşhur model Naomi Kempbell yenidən Azərbaycana səfər edəcək. Axşam.az xəbər verir ki, modelin sentyabrın sonları Bakıda olacağı bildirilib. Qeyd edək ki, Naomi iki il əvvəl də "Formula 1" oyunlarını izləmək üçün şəhərimizə səfər etmişdi. Hazırda model Bodrumda dincəlir

19 avqust
.

İrpenin fəxri vətəndaşlığı - Azərbaycanın güclü diplomatiyasına verilən yüksək qiymət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə "İrpen şəhərinin fəxri vətəndaşı" vəsiqəsinin təqdim edilməsi ölkəmizin uğurlu xarici siyasət kursunun və Prezident İlham Əliyevin həyata keçirdiyi fəal diplomatiyanın mühüm göstəricilərindən biri kimi diqqəti cəlb edir. Bu hadisə, ilk növbədə

19 avqust
.

Balaca Gülərin böyük arzusu gerçəkləşdi: Prezident İlham Əliyevin diqqəti Qarabağda insan amilinin daha bir nümunəsi oldu

Azərbaycan Prezidenti İlham Əliyevin Qarabağa hər səfəri yalnız dövlət əhəmiyyətli layihələrin icrası, quruculuq işlərinin gedişi və yeni təşəbbüslərlə deyil, həm də bölgəyə qayıdan insanların həyatına, onların arzu və istəklərinə göstərilən xüsusi diqqətlə yadda qalır. Bu baxımdan iyulun 11-də Şuş

19 avqust