Həkim müalicəsindən narazı qaldıqda rəsmi şikayət edə bilərsiniz - AÇIQLAMA
Tibbi müdaxilədən sonra xəstənin səhhətində arzuolunmaz nəticənin yaranması ilə bağlı Ali Məhkəmənin açıqlaması həkim səhvi ilə müalicənin gözlənilən nəticəni verməməsi arasındakı hüquqi fərqi gündəmə gətirir. Tibbi müdaxilənin nəticəsinin mənfi olması öz-özlüyündə həkimin peşə vəzifəsini pozduğunu göstərmir; bunun üçün tibbi yardımın göstərilməsi zamanı qanunvericilik və peşə tələblərinin pozulub-pozulmadığı və həmin pozuntunun yaranmış zərərlə səbəbli əlaqəsi araşdırılmalıdır.
Bəs, pasiyentin müalicənin nəticəsindən narazı qalması hansı hallarda həkim səhvi və ya hüquq pozuntusu kimi qiymətləndirilə bilər, bunun müəyyənləşdirilməsi zamanı hansı meyarlar əsas götürülür və vətəndaş tibbi xidmət nəticəsində hüquqlarının pozulduğunu düşünürsə, öz hüquqlarını hansı yollarla müdafiə edə bilər?
Məsələ ilə bağlı Sonxeber.az-a açıqlama verən vəkil Cavanşir Qasımzadə bildirib ki, Ali Məhkəmənin mövqeyi tibbi risk hüququnun əsas prinsiplərinə söykənir, müalicənin arzuolunmaz nəticələnməsi ilə hüquqi mənada həkim səhvi və ya təqsiri eyni anlayışlar deyil:
"Xəstənin nəticədən narazı qalması subyektiv göstəricidir və bu insan orqanizminin fərdi reaksiyalarındn, xəstəliyin ağırlıq dərəcəsindən və ya tibbin mövcud imkanlarının məhdudluğundan qaynaqlana bilər. Hüquqi baxımdan həkim səhvi və ya tibbi səhlənkarlıq isə obyektiv fakt tələb edir və tibb işçisinin üzərinə düşən vəzifələri, tibbi standartları, protokolları pozması, lazımi diqqəti göstərməməsi nəticəsində zərər vurulması deməkdir. Yəni, həkim nəticəyə görə deyil, müalicə prosesində standartlara riayət edib-etməməyinə görə məsuliyyət daşıyır".
Vəkil bildirib ki, əgər həkim bütün tibbi standartlara düzgün əməl edibsə, lakin obyektiv səbəblərdən arzuolunmaz ağırlaşma baş veribsə, bu, tibbi risk hesab olunur və hüquqi məsuliyyət yaratmır:
"Müalicənin nəticəsindən narazı qalan və ya hüquqlarının pozulduğunu düşünən vətəndaş öz maraqlarını müdafiə etmək üçün ilk növbədə tibb müəssisəsindən bütün tibbi sənədlərin təsdiqlənmiş surətlərini tələb etməlidir. Xidmətin keyfiyyətini yoxlamaq üçün Səhiyyə Nazirliyinə və ya TƏBİB-ə rəsmi şikayət ünvanlana, ekspert komissiyasının araşdırması tələb edilə bilər. Həmçinin vətəndaş dəymiş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər ki, burada da həlledici sübut həkimin hərəkətləri ilə nəticə arasında səbəbli əlaqəni müəyyən edən Məhkəmə-Tibbi Ekspertizası Komissiyasının rəyidir".
Onun sözlərinə görə, əgər həkimin əməlində ciddi səhlənkarlıq və ya cinayət tərkibi əlamətləri varsa, hüquq-mühafizə orqanlarına müraciət edərək cinayəttəqibinin başlanılmasını tələb etmək hüququ da mövcuddur.
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











XƏBƏRDARLIQ - Hava bu tarixdən PİSLƏŞİR
"Sabah vətənə qayıdıram və barəmdə yalan danışanlarla mübarizəmi hüquqi müstəvidə aparacam"- David Seliverstovla MÜSAHİBƏ
Sabah leysan olacaq
Bakının "Milyonerlər məhəlləsi" adlanan ərazisindəki yanğın söndürüldü: Xəsarət alanlar var - VİDEO
Balaca Gülərin böyük arzusu gerçəkləşdi - Prezident İlham Əliyevin diqqəti Kiçik Qaladərəsində daha bir unudulmaz hekayə yaratdı
Alacağınız evin gələcəkdə plana düşüb-düşməyəcəyini belə öyrənmək olar - Ekspert AÇIQLADI
Şübhələnən kişi, arvadının xəyanətini görün necə sübut etdi
Borc verən şəxs pulunu geri tələb edərkən mesajlaşmalara əsaslana bilərmi? - AÇIQLAMA
Ebru Gündeşin 200 min dollarlıq əməliyyatdan sonra görünüşü
Baş nazirdən Müdafiə Nazirliyinin mülki işçilərinin əməkhaqqıları ilə bağlı QƏRAR
2026-cı ildə ev almaq, yoxsa gözləmək? - AÇIQLAMA
Dünyanın yarısının danışdığı beş dil
Azərbaycanda DƏHŞƏT: Kişi namaz qılarkən öldürüldü, arvadı saxlanıldı