5 uşaq atası olan 36 yaşlı kişi dənizdə batdı - Yenilənib
Astara rayonunda bir nəfər dənizdə batıb.
"Qafqazinfo" xəbər verir ki, hadisə Xəzər dənizinin Astara şəhəri sahilindəki "Bulvar" ərazisində baş verib.
İlkin məlumata görə, həmin şəxs Masallı rayonunun Kosagül kənd sakinidir.
Hazırda müvafiq qurumlar tərəfindən şəxsin axtarışları aparılır.
*
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Astara rayonunda ən yaxın sularda xilasetmə məntəqəsindən 1 km aralı dənizdə nəzarətsiz ərazidə 1 nəfər batıb.
FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
Hazırda vətəndaş - 1990-cı il təvəllüdlü Məmmədov Elman Beybala oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.
Əlavə məlumat veriləcək.
*
APA-nın məlumatına görə, hadisə Xəzər dənizinin Astara şəhər ərazisində, nəzarət olunmayan hissədə baş verib. Masallı rayonunun Kosagül kənd sakini olan 1990-cı il təvəllüdlü Elmar Bəybala oğlu Məmmədli yaxın qohumları ilə çimmək üçün dənizə gəlibmiş.
Elmar Məmmədli 5 uşaq atası olub.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 246 Tarix: 20 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Həkim müalicəsindən narazı qaldıqda rəsmi şikayət edə bilərsiniz - AÇIQLAMA
Tibbi müdaxilədən sonra xəstənin səhhətində arzuolunmaz nəticənin yaranması ilə bağlı Ali Məhkəmənin açıqlaması həkim səhvi ilə müalicənin gözlənilən nəticəni verməməsi arasındakı hüquqi fərqi gündəmə gətirir. Tibbi müdaxilənin nəticəsinin mənfi olması öz-özlüyündə həkimin peşə vəzifəsini pozduğunu göstərmir
20 avqustPrezident təqaüdçüləri ailə qurur
2021-ci ildə Prezident təqaüdçüləri olan Ruslan Murtuzov və Arzu Məmmədova ailə həyatı qurur. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Azərbaycan Universitetləri" səhifəsi paylaşım edib. Bildirilib ki, Sumqayıtda yerləşən Təbiət Elmləri Təmayüllü Gimnaziyanın və İstedad liseyinin məzunlar
18 avqustMəktəb alış-verişinə nə qədər vəsait lazımdır? - AÇIQLAMA
Yeni tədris ilinin başlamasına az vaxt qalması ilə məktəbli geyimləri, çanta, dəftərxana ləvazimatları və digər zəruri məhsullara tələbat artır. Hazırkı bazar məlumatlarında bəzi məhsullar üzrə qiymətlərin sabit qaldığı, bəzilərində isə ötən illə müqayisədə artım müşahidə olunduğu bildirilir. Bəs, yen
19 avqustGəncədə zibil poliqonunda döl tapıldı, araşdırma aparılır
Gəncədə yerləşən zibil poliqonunda körpə meyiti tapılıb. Axşam.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan məlumat yayıb. Bildirilib ki, 19 avqust 2026-cı il tarixdə Gəncə şəhər Cavadxan qəsəbəsində yerləşən zibil poliqonunda ölü dölün aşkar edilməsi faktı üzrə Gəncə şəhər prokurorluğunda araşdırm
20 avqustBu xəstəxananın baş həkimi işdən çıxarıldı
"Ağciyər Xəstəlikləri Mərkəzi" PHŞ-nin Yevlax Regional Xəstəxanasının idarəetmə aparatının rəhbəri - baş həkim Mirrəhim Nəbiyev tutduğu vəzifədən azad edilib. qafqazinfo-ya istinadən xəbər verir ki, hazırda onun yerinə təyinat yoxdur. M.Nəbiyevin vəzifədən azad edilməsinin səbəbi ilə bağl
19 avqust"Kubinka"da sakinlərlə "Vialon" MTK arasında münaqişə yaşanır (VİDEO)
Bakının Nəsimi rayonu, Balababa Məcidov küçəsi, "Kubinka" adlanan ərazidə sakinlərlə "Vialon" MTK rəhbərliyi arasında münaqişə yaşanır. Buna səbəb şirkətin ərazidə bəzi evləri alaraq, söküntü işləri aparmasıdır. Ərazidə bəzi sakinlərin evləri sökülüb, kompensasiya alıblar. Lakin kompensasiyanı
20 avqustNaomi Kempbell yenidən Bakıya gələcək
Məşhur model Naomi Kempbell yenidən Azərbaycana səfər edəcək. Axşam.az xəbər verir ki, modelin sentyabrın sonları Bakıda olacağı bildirilib. Qeyd edək ki, Naomi iki il əvvəl də "Formula 1" oyunlarını izləmək üçün şəhərimizə səfər etmişdi. Hazırda model Bodrumda dincəlir
19 avqust