İnsan niyə çətinlik zamanı Allaha daha çox yönəlir? -İLAHİYYATÇI AYDINLIQ GƏTİRDİ
Bəzən insan həyatın çətinlikləri qarşısında özünü gücsüz və çıxılmaz vəziyyətdə hiss edir.Məhz belə anlarda dua etməyə,mənəvi dayaq axtarmağa və Allaha daha çox yönəlməyə başlayır.Bəs insan niyə ən çox çətinlik zamanı Allaha sığınır?. Bu,qorxudan qaynaqlanır,yoxsa insanın daxilindəki mənəvi ehtiyacın təzahürüdür?
Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən ilahiyyatçı Ağa Hacıbəyli suallarımızı cavablandırıb:
"İnsan aciz bir varlıqdır, həm də yaradanın ən potensiallı bir məxluqudur. Yer üzündə insanın tayı-bərabəri yoxdur. Mələklərdən belə ali xislətlərlə, xüsusiyyətlərlə yaradan insanı var edib. Amma bu uca dəyərlərlə təchiz olunmuş, yaradılmış insan bir müsibət, bəla anında çöküş anında, xəstəlik zamanı və çarəsiz qaldığı anlarda öz fitrətinə, öz yaradanına dönmə məsuliyyətini idrak edir və ona görə çətinlik zamanında təbii ki, insan öz xaliqinə üz tutur. Başqa bütün qapıların ona açılıb fayda verməyəcəyini insan dərk edir. Ona görə tək, yeganə sultanlar sultanı olan Allahın onun imdadına, onun səsinə, o iç, daxili dünyasına yardım edəcəyinə insan güvənib etimad etdiyi üçün ona dönür. Bu
məsələnin çox önəmli bir tərəfidir" .
Ən böyük ibadət yalnız namazdırmı?
"Əlbəttə ki,kainatda ən böyük ibadət şəhadətlə başlayır. Yəni imanla başlayır, ondan sonra digər ibadətlər gəlir. Hətta mən onu söyləyim ki, İslam dininin ilk əmiri Qurani Kərimdə oxu ilə başlayır,təfəkkür ilə başlayır, düşüncə ilə başlayır. Namaz da merajdan gətirilmiş bir hədiyyədir, çox üst ali dəyərlərə malikdir və dinin sütunu sayılır. Mömünin qəlbinin meracı olaraq vəsf edir peyğəmbərimiz SAVS. Bu baxımdan çox ali bir dəyərə malik olan namazın da təbii ki, xüsusi bir ağırlığı və yeri var" .
Dua taleyi dəyişə bilərmi?
"İnsan dua etdikcə onun qəlbi yumşalır,insan dua etdikcə onun halı dəyişir, insan dua etdikcə onun təbiəti yumşalır. İnsanın təbiəti ,qəlbi ,ruhu yumşaldıqca əslində əməlləri dəyişdikcə bir yönü onun sanki qarşılaşacağı hadisələr də dəyişir. Qurani Kərimdə rəbbimiz "udu uni əstəcü vüləkum" deyir. "Mənə dua edin, mən də sizə cavab verim". Yəni dua bir möminin iç səsi,daxildən-daxilə xaliqə, yaradana bağlanmasıdır. Ona görə insan nə qədər çox ona bağlanarsa,insan nə qədər onun yolunu getməyə çalışarsa, o qədər də Allah-təala onun əslində yolunu, istiqamətini, qədərini,taleyini əlbəttə ki dəyişər. Allaha əmanət olun "
Lalə Məmmədova
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











XƏBƏRDARLIQ - Hava bu tarixdən PİSLƏŞİR
"Sabah vətənə qayıdıram və barəmdə yalan danışanlarla mübarizəmi hüquqi müstəvidə aparacam"- David Seliverstovla MÜSAHİBƏ
Sabah leysan olacaq
Bakının "Milyonerlər məhəlləsi" adlanan ərazisindəki yanğın söndürüldü: Xəsarət alanlar var - VİDEO
Balaca Gülərin böyük arzusu gerçəkləşdi - Prezident İlham Əliyevin diqqəti Kiçik Qaladərəsində daha bir unudulmaz hekayə yaratdı
Alacağınız evin gələcəkdə plana düşüb-düşməyəcəyini belə öyrənmək olar - Ekspert AÇIQLADI
Şübhələnən kişi, arvadının xəyanətini görün necə sübut etdi
Borc verən şəxs pulunu geri tələb edərkən mesajlaşmalara əsaslana bilərmi? - AÇIQLAMA
Ebru Gündeşin 200 min dollarlıq əməliyyatdan sonra görünüşü
Baş nazirdən Müdafiə Nazirliyinin mülki işçilərinin əməkhaqqıları ilə bağlı QƏRAR
2026-cı ildə ev almaq, yoxsa gözləmək? - AÇIQLAMA
Prezident təqaüdçüləri ailə qurur
Məktəb alış-verişinə nə qədər vəsait lazımdır? - AÇIQLAMA
Dünyanın yarısının danışdığı beş dil
Azərbaycanda DƏHŞƏT: Kişi namaz qılarkən öldürüldü, arvadı saxlanıldı