AZAL təyyarə göyərtəsində POS-terminalla ödəniş imkanını istifadəyə verdi

AZAL təyyarə göyərtəsində POS-terminalla ödəniş imkanını istifadəyə verdi"Azərbaycan Hava Yolları" QSC (AZAL) sərnişin təcrübəsinin təkmilləşdirilməsi istiqamətində yeni bir həlli istifadəyə verib.

Sonxeber.az AZAL-a istinadən xəbər verir ki, artıq aviaşirkətə məxsus təyyarələrin göyərtələrində ABB POS terminalları vasitəsilə əlavə xidmətlərə görə ödəniş etmək mümkündür.

Bu həll sayəsində sərnişinlər uçuş zamanı təqdim olunan əlavə xidmətlərin ödənişini bank kartı ilə sürətli və təhlükəsiz şəkildə həyata keçirəcəklər.

Yeni xidmət çərçivəsində sərnişinlər mövcudluqdan asılı olaraq, uçuş zamanı ekonom sinifdə daha rahat oturacaq seçimi, həmçinin biznes və ya premium ekonom xidmət sinfinə keçid üçün ödənişi birbaşa təyyarənin göyərtəsində edə bilərlər. Beləliklə, əlavə xidmətlərdən yararlanmaq və onların ödənişi prosesi çevik və əlçatan olur.

Yeni həll AZAL-ın sərnişin təcrübəsinin davamlı təkmilləşdirilməsi və rəqəmsal transformasiyanın inkişaf etdirilməsi istiqamətində həyata keçirdiyi tədbirlərin növbəti mərhələsidir. Aviaşirkət səyahətin müxtəlif mərhələlərində rəqəmsal həllərin tətbiqini genişləndirərək sərnişinlər üçün xidmətlərin əlçatanlığını artırmağa və geniş seçim imkanları yaratmağa davam edir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 121   Tarix: 20 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Həkim müalicəsindən narazı qaldıqda rəsmi şikayət edə bilərsiniz - AÇIQLAMA

Tibbi müdaxilədən sonra xəstənin səhhətində arzuolunmaz nəticənin yaranması ilə bağlı Ali Məhkəmənin açıqlaması həkim səhvi ilə müalicənin gözlənilən nəticəni verməməsi arasındakı hüquqi fərqi gündəmə gətirir. Tibbi müdaxilənin nəticəsinin mənfi olması öz-özlüyündə həkimin peşə vəzifəsini pozduğunu göstərmir

20 avqust
.

Prezident təqaüdçüləri ailə qurur

2021-ci ildə Prezident təqaüdçüləri olan Ruslan Murtuzov və Arzu Məmmədova ailə həyatı qurur. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Azərbaycan Universitetləri" səhifəsi paylaşım edib. Bildirilib ki, Sumqayıtda yerləşən Təbiət Elmləri Təmayüllü Gimnaziyanın və İstedad liseyinin məzunlar

18 avqust
.

Məktəb alış-verişinə nə qədər vəsait lazımdır? - AÇIQLAMA

Yeni tədris ilinin başlamasına az vaxt qalması ilə məktəbli geyimləri, çanta, dəftərxana ləvazimatları və digər zəruri məhsullara tələbat artır. Hazırkı bazar məlumatlarında bəzi məhsullar üzrə qiymətlərin sabit qaldığı, bəzilərində isə ötən illə müqayisədə artım müşahidə olunduğu bildirilir. Bəs, yen

19 avqust
.

Gəncədə zibil poliqonunda döl tapıldı, araşdırma aparılır

Gəncədə yerləşən zibil poliqonunda körpə meyiti tapılıb. Axşam.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan məlumat yayıb. Bildirilib ki, 19 avqust 2026-cı il tarixdə Gəncə şəhər Cavadxan qəsəbəsində yerləşən zibil poliqonunda ölü dölün aşkar edilməsi faktı üzrə Gəncə şəhər prokurorluğunda araşdırm

20 avqust
.

Bu xəstəxananın baş həkimi işdən çıxarıldı

"Ağciyər Xəstəlikləri Mərkəzi" PHŞ-nin Yevlax Regional Xəstəxanasının idarəetmə aparatının rəhbəri - baş həkim Mirrəhim Nəbiyev tutduğu vəzifədən azad edilib. qafqazinfo-ya istinadən xəbər verir ki, hazırda onun yerinə təyinat yoxdur. M.Nəbiyevin vəzifədən azad edilməsinin səbəbi ilə bağl

19 avqust
.

"Kubinka"da sakinlərlə "Vialon" MTK arasında münaqişə yaşanır (VİDEO)

Bakının Nəsimi rayonu, Balababa Məcidov küçəsi, "Kubinka" adlanan ərazidə sakinlərlə "Vialon" MTK rəhbərliyi arasında münaqişə yaşanır. Buna səbəb şirkətin ərazidə bəzi evləri alaraq, söküntü işləri aparmasıdır. Ərazidə bəzi sakinlərin evləri sökülüb, kompensasiya alıblar. Lakin kompensasiyanı

20 avqust
.

Naomi Kempbell yenidən Bakıya gələcək

Məşhur model Naomi Kempbell yenidən Azərbaycana səfər edəcək. Axşam.az xəbər verir ki, modelin sentyabrın sonları Bakıda olacağı bildirilib. Qeyd edək ki, Naomi iki il əvvəl də "Formula 1" oyunlarını izləmək üçün şəhərimizə səfər etmişdi. Hazırda model Bodrumda dincəlir

19 avqust
.

İrpenin fəxri vətəndaşlığı - Azərbaycanın güclü diplomatiyasına verilən yüksək qiymət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə "İrpen şəhərinin fəxri vətəndaşı" vəsiqəsinin təqdim edilməsi ölkəmizin uğurlu xarici siyasət kursunun və Prezident İlham Əliyevin həyata keçirdiyi fəal diplomatiyanın mühüm göstəricilərindən biri kimi diqqəti cəlb edir. Bu hadisə, ilk növbədə

19 avqust
.

Balaca Gülərin böyük arzusu gerçəkləşdi: Prezident İlham Əliyevin diqqəti Qarabağda insan amilinin daha bir nümunəsi oldu

Azərbaycan Prezidenti İlham Əliyevin Qarabağa hər səfəri yalnız dövlət əhəmiyyətli layihələrin icrası, quruculuq işlərinin gedişi və yeni təşəbbüslərlə deyil, həm də bölgəyə qayıdan insanların həyatına, onların arzu və istəklərinə göstərilən xüsusi diqqətlə yadda qalır. Bu baxımdan iyulun 11-də Şuş

19 avqust