Səyahət etmək istəyənlərin NƏZƏRİNƏ: Aviabiletlər BAHALAŞACAQ
Yaxın Şərqdə davam edən geosiyasi gərginlik aviasiya yanacağının qiymətinə, uçuş marşrutlarına və aviaşirkətlərin xərclərinə təsir göstərərək beynəlxalq aviabiletlərin bahalaşması ehtimalını artırıb. Beynəlxalq Aviaşirkətlər Assosiasiyası da yanacaq qiymətlərindəki kəskin dəyişikliklərin aviaşirkətlərin uçuş cədvəllərinə və tutumuna təsir etdiyini bildirir. Azərbaycan üçün də bu məsələ xüsusi əhəmiyyət daşıyır. Çünki Bakıdan beynəlxalq uçuşlarda, xüsusilə Yaxın Şərq üzərindən keçən marşrutlarda yanacaq xərcləri və alternativ marşrutların yaranması biletlərin qiymətinə təsir göstərə bilər.
Bəs, aviasiya yanacağının bahalaşması Azərbaycandan xarici ölkələrə uçuşların qiymətlərinə nə dərəcədə təsir göstərə bilər və bu artım xüsusilə turizm mövsümündə Azərbaycan vətəndaşlarının xaricə səfərlərinə, eləcə də ölkəyə gələn turistlərin sayına necə təsir edə bilər?
Məsələ ilə bağlı Sonxeber.az-a açıqlama verən turizm eksperti Rəhman Quliyev bildirib ki, Yaxın Şərqdə münaqişənin uzanması və aviasiya yanacağının bahalaşması 2027-ci ildə beynəlxalq aviabiletlərin qiymətlərinə ciddi təzyiq yarada bilər.
"Qlobal səviyyədə qiymətlərin 10 faizə qədər artması ehtimalı Azərbaycandan xarici ölkələrə uçuşların da bahalaşmasına səbəb ola bilər. Çünki yanacaq xərcləri aviaşirkətlərin ümumi əməliyyat xərclərində mühüm paya malikdir və bu artımın bir hissəsi sərnişinlərin ödədiyi biletlərə yansıya bilər. Xüsusilə yay mövsümündə və tələbatın yüksək olduğu istiqamətlərdə qiymət artımı daha qabarıq hiss oluna bilər. Bu vəziyyət Azərbaycan vətəndaşlarının xaricə səfərlərinə müəyyən qədər təsir göstərə, daha münasib qiymətli istiqamətlərə üstünlük vermələrinə və səfərləri daha erkən planlaşdırmalarına səbəb ola bilər".
Ekspert bildirib ki, qiymət artımı uzunmüddətli və əhəmiyyətli olarsa, bəzi vətəndaşların xarici səfərlərinin sayını azaltması da mümkündür:
"Eyni zamanda, Azərbaycana gələn xarici turistlər üçün də aviabiletlərin bahalaşması ölkənin səyahət xərclərini artıra bilər. Bu baxımdan Azərbaycan digər turizm istiqamətləri ilə rəqabətdə qiymət üstünlüyünü qorumağa çalışmalıdır. Bununla belə, aviabiletlərin bahalaşmasının turist axınına təsiri yalnız yanacaq qiymətindən deyil, otel və digər xidmətlərin qiymətlərindən, birbaşa uçuşların sayından və ölkənin turizm cəlbediciliyindən də asılı olacaq. Ümumilikdə, yanacaq bahalaşması 2027-ci ildə həm xaricə səyahət edən Azərbaycan vətəndaşları, həm də ölkəyə gələn turistlər üçün əlavə xərc yarada bilər, lakin bunun turizmə təsirinin miqyası bazardakı digər amillərdən asılı olacaq".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Dünyanın yarısının danışdığı beş dil
Azərbaycanda müəllim VƏFAT ETDİ
Pensiyalar bu qədər ARTACAQ - AÇIQLAMA
Rəşidə Behbudova həyat yoldaşı və oğlu ilə - Fotolar
Qalmaqallı kollec direktoru işdən çıxarıldı
Bu tələbələrə əlavə TƏQAÜD veriləcək - Deputatdan AÇIQLAMA
İşdən çıxarıldı, ürəyi partlayıb öldü
Binasi belə olmayan universitet qəbul rekordu qırdı
Restoranda ətin tərkibində at DNT-si AŞKARLANDI: Hansı risklər var?
David Seliverstov Çingiz Qənizadənin yalanını ifşa etdi: "Ofisində görüşək, işçilərin kofe verər yarım saat söhbət edərik" - Video
İsmayıllıda ikiaylıq körpənin də öldüyü AĞIR QƏZADA yaralananların durumu açıqlandı - FOTO
Yağışlar gecikəcək - Amma daha dağıdıcı olacaq
Məktəbli forması ilə bağlı SƏS YAZISI yayıldı: Təhsil İdarəsi açıqlama verdi
Növbəti 4 gün ərzində Azərbaycanda 41 dərəcə isti gözlənilir