Bakıda qazi dostu ilə birgə qədim samovarı oğurladı - Bu cəzanı aldılar
Bakı şəhər Binəqədi rayonu Fatmayi bağlar massivində oğurluq etdiyinə görə tutulmuş 2 nəfərin məhkəməsi başa çatıb.
"Qafqazinfo" xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində 1995-ci il təvəllüdlü Fuad Babayev və dostu, 1993-cü ildə anadan olmuş Samir Müseyibova (ad və soyadlar şərtidir) hökm oxunub.
Məhkəmədə bildirilib ki, hər iki şəxs Fatmayidə 2 bağ evinə gizli şəkildə daxil olaraq, evlərdən antik əşyaları, elektronika avadanlıqlarını oğurlayıblar. Onlar oğurladıqları əşyaları paytaxtın mərkəzindəki antik əşyalar mağazasında və ikinci əl əşyaların satışı ilə məşğul olan şəxslərə satıblar.
Zərərçəkmiş şəxslərdən biri ifadəsində bildirib ki, bir il imiş işlərinin çoxluğu ilə əlaqədar bağ evinə baş çəkmirmiş. O, evə getdikdə oradan oğurluq edildiyini və dəyəri 4000 manat olan qədim samovarın, eləcə də bir neçə digər dəyərli əşyanın yerində olmadığını görüb.
Polisə məlumat verildikdən sonra oğurluq törətmiş şəxslər saxlanılıb və barələrində cinayət işi başlanılıb.
O da məlum olub ki, oğurluğa görə məsuliyyətə cəlb edilən şəxslərdən 33 yaşlı Samir Vətən müharibəsi iştirakçısıdır və bir neçə medalla təltif edilib. Onun ilk dəfə cinayət törətməsi, Fuadın isə əvvəllər də məhkumluğunun olması qeyd edilib.
Məhkəmənin hökmü ilə Fuad Babayevə 2 il həbs cəzası verilib. Samir isə 2 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Onun üzərinə elektron qolbaq taxılıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 197 Tarix: 21 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sabah Azərbaycanda 40 dərəcə isti olacaq
Azərbaycanda sabah bəzi yerlərdə 40 dərəcə isti gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz olacağı gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 23-2
21 avqustXırdalanda qətlə yetirilən şəxsin FOTOLARI
Bakıda 1995-ci il təvəllüdlü Rasif Rəhman oğlu Abdullayev bıçaqlanaraq öldürülüb. xatırladır ki, hadisə avqustun 19-da Abşeron rayonunun Xırdalan şəhəri, Yusif Məmmədəliyev küçəsində qeydə alınıb. Cinayət əməlini törətməkdə şübhəli bilinən 2008-ci il təvəllüdlü Ayxan Aslanov və 2006-cı il təvəllüdl
20 avqustBu avtobusun hərəkət istiqaməti dəyişdirildi
Paytaxtın Bakıxanov qəsəbəsinin Eldar Xəlilov küçəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunub. Bu barədə -a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. Bildirilib ki, məhdudiyyət səbəbindən 78 nömrəli müntəzəm marşrutu
21 avqustKürdəxanıda tikinti materialları yandı - Yenilənib
Bakı şəhərinin Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində yol kənarında tikinti materialları yanır. "Qafqazinfo" xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Bildirilib ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətind
20 avqustDaha 34 ölkəyə vizasız gedə biləcəyik
Azərbaycanla vizasız gediş-gəliş rejimi tətbiq olunan ölkələrin sayı artırılacaq. "Qafqazinfo" xəbər verir ki, bu, "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nın Tədbirlər Planında öz əksini tapıb. Belə ki, Proqramın aralıq nəticəs
20 avqustAbituriyent çox, plan yeri az: İxtisas seçimi edənləri nə gözləyir?
Bu il ali məktəblərə qəbul üçün abituriyentlərin sayının artması fonunda plan yerlərinin daha məhdud genişləndirilməsi təhsil imkanları və əmək bazarının tələbləri ilə bağlı müzakirələri yenidən gündəmə gətirir. Qəbul planları ali məktəblərin təklifləri əsasında hazırlanır, aidiyyəti qurumlarla razılaşdırılı
21 avqustLaçın Günü - Zəfər tariximizin və Böyük Qayıdışın rəmzi
Laçın Azərbaycanın qədim və zəngin tarixə malik bölgələrindən biri olmaqla yanaşı, xalqımızın yaddaşında xüsusi yeri olan müqəddəs torpaqlardandır. Hər il 26 avqust - Laçın Şəhəri Günü kimi qeyd olunur. Bu əlamətdar tarix Laçının işğaldan azad olunmasını, şəhərin yenidən dirçəlişini və doğma yurda qayıdışı
20 avqust